< 馬太福音 21 >

1 耶穌和門徒將近耶路撒冷,到了伯法其,在橄欖山那裏。
Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək
2 耶穌就打發兩個門徒,對他們說:「你們往對面村子裏去,必看見一匹驢拴在那裏,還有驢駒同在一處;你們解開,牽到我這裏來。
onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin.
3 若有人對你們說甚麼,你們就說:『主要用牠。』那人必立時讓你們牽來。
Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz».
4 這事成就是要應驗先知的話,說:
Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi:
5 要對錫安的居民說: 看哪,你的王來到你這裏, 是溫柔的,又騎着驢, 就是騎着驢駒子。」
«Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”».
6 門徒就照耶穌所吩咐的去行,
Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər.
7 牽了驢和驢駒來,把自己的衣服搭在上面,耶穌就騎上。
Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi.
8 眾人多半把衣服鋪在路上;還有人砍下樹枝來鋪在路上。
Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi.
9 前行後隨的眾人喊着說: 和散那歸於大衛的子孫! 奉主名來的是應當稱頌的! 高高在上和散那!
İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!»
10 耶穌既進了耶路撒冷,合城都驚動了,說:「這是誰?」
İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı.
11 眾人說:「這是加利利拿撒勒的先知耶穌。」
Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».
12 耶穌進了上帝的殿,趕出殿裏一切做買賣的人,推倒兌換銀錢之人的桌子,和賣鴿子之人的凳子,
İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi.
13 對他們說:「經上記着說: 我的殿必稱為禱告的殿, 你們倒使它成為賊窩了。」
Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»
14 在殿裏有瞎子、瘸子到耶穌跟前,他就治好了他們。
İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi.
15 祭司長和文士看見耶穌所行的奇事,又見小孩子在殿裏喊着說:「和散那歸於大衛的子孫!」就甚惱怒,
Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar
16 對他說:「這些人所說的,你聽見了嗎?」耶穌說:「是的。經上說『你從嬰孩和吃奶的口中完全了讚美』的話,你們沒有念過嗎?」
və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından Kamil həmd aldın” sözünü heç oxumamısınızmı?»
17 於是離開他們,出城到伯大尼去,在那裏住宿。
İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.
18 早晨回城的時候,他餓了,
Səhəri gün İsa şəhərə qayıdanda acmışdı.
19 看見路旁有一棵無花果樹,就走到跟前,在樹上找不着甚麼,不過有葉子,就對樹說:「從今以後,你永不結果子。」那無花果樹就立刻枯乾了。 (aiōn g165)
Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. (aiōn g165)
20 門徒看見了,便希奇說:「無花果樹怎麼立刻枯乾了呢?」
Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər.
21 耶穌回答說:「我實在告訴你們,你們若有信心,不疑惑,不但能行無花果樹上所行的事,就是對這座山說:『你挪開此地,投在海裏!』也必成就。
İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.
22 你們禱告,無論求甚麼,只要信,就必得着。」
İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».
23 耶穌進了殿,正教訓人的時候,祭司長和民間的長老來問他說:「你仗着甚麼權柄做這些事?給你這權柄的是誰呢?」
İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»
24 耶穌回答說:「我也要問你們一句話,你們若告訴我,我就告訴你們我仗着甚麼權柄做這些事。
İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.
25 約翰的洗禮是從哪裏來的?是從天上來的?是從人間來的呢?」他們彼此商議說:「我們若說『從天上來』,他必對我們說:『這樣,你們為甚麼不信他呢?』
Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.
26 若說『從人間來』,我們又怕百姓,因為他們都以約翰為先知。」
Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır».
27 於是回答耶穌說:「我們不知道。」耶穌說:「我也不告訴你們我仗着甚麼權柄做這些事。」
Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm.
28 又說:「一個人有兩個兒子。他來對大兒子說:『我兒,你今天到葡萄園裏去做工。』
Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi.
29 他回答說:『我不去』,以後自己懊悔,就去了。
O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi.
30 又來對小兒子也是這樣說。他回答說:『父啊,我去』,他卻不去。
Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi.
31 你們想,這兩個兒子是哪一個遵行父命呢?」他們說:「大兒子。」耶穌說:「我實在告訴你們,稅吏和娼妓倒比你們先進上帝的國。
Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər.
32 因為約翰遵着義路到你們這裏來,你們卻不信他;稅吏和娼妓倒信他。你們看見了,後來還是不懊悔去信他。」
Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız.
33 「你們再聽一個比喻:有個家主栽了一個葡萄園,周圍圈上籬笆,裏面挖了一個壓酒池,蓋了一座樓,租給園戶,就往外國去了。
Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.
34 收果子的時候近了,就打發僕人到園戶那裏去收果子。
Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi.
35 園戶拿住僕人,打了一個,殺了一個,用石頭打死一個。
Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər.
36 主人又打發別的僕人去,比先前更多;園戶還是照樣待他們。
Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər.
37 後來打發他的兒子到他們那裏去,意思說:『他們必尊敬我的兒子。』
“Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi.
38 不料,園戶看見他兒子,就彼此說:『這是承受產業的。來吧,我們殺他,佔他的產業!』
Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”.
39 他們就拿住他,推出葡萄園外,殺了。
Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər.
40 園主來的時候要怎樣處治這些園戶呢?」
Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?»
41 他們說:「要下毒手除滅那些惡人,將葡萄園另租給那按着時候交果子的園戶。」
Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».
42 耶穌說:「經上寫着: 匠人所棄的石頭 已作了房角的頭塊石頭。 這是主所做的, 在我們眼中看為希奇。 這經你們沒有念過嗎?
İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”.
43 所以我告訴你們,上帝的國必從你們奪去,賜給那能結果子的百姓。
Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək.
44 誰掉在這石頭上,必要跌碎;這石頭掉在誰的身上,就要把誰砸得稀爛。」
Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək».
45 祭司長和法利賽人聽見他的比喻,就看出他是指着他們說的。
Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər.
46 他們想要捉拿他,只是怕眾人,因為眾人以他為先知。
Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.

< 馬太福音 21 >