< 馬太福音 20 >

1 「因為天國好像家主清早去雇人進他的葡萄園做工,
Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir.
2 和工人講定一天一錢銀子,就打發他們進葡萄園去。
O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.
3 約在巳初出去,看見市上還有閒站的人,
Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü.
4 就對他們說:『你們也進葡萄園去,所當給的,我必給你們。』他們也進去了。
Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”.
5 約在午正和申初又出去,也是這樣行。
Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi.
6 約在酉初出去,看見還有人站在那裏,就問他們說:『你們為甚麼整天在這裏閒站呢?』
On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”
7 他們說:『因為沒有人雇我們。』他說:『你們也進葡萄園去。』
“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi.
8 到了晚上,園主對管事的說:『叫工人都來,給他們工錢,從後來的起,到先來的為止。』
Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.
9 約在酉初雇的人來了,各人得了一錢銀子。
On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar.
10 及至那先雇的來了,他們以為必要多得;誰知也是各得一錢。
Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar.
11 他們得了,就埋怨家主說:
Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:
12 『我們整天勞苦受熱,那後來的只做了一小時,你竟叫他們和我們一樣嗎?』
“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.
13 家主回答其中的一人說:『朋友,我不虧負你,你與我講定的不是一錢銀子嗎?
O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı?
14 拿你的走吧!我給那後來的和給你一樣,這是我願意的。
Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm.
15 我的東西難道不可隨我的意思用嗎?因為我作好人,你就紅了眼嗎?』
Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”
16 這樣,那在後的,將要在前;在前的,將要在後了。 」
Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
17 耶穌上耶路撒冷去的時候,在路上把十二個門徒帶到一邊,對他們說:
İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi:
18 「看哪,我們上耶路撒冷去,人子要被交給祭司長和文士。他們要定他死罪,
«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər;
19 又交給外邦人,將他戲弄,鞭打,釘在十字架上;第三日他要復活。」
ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».
20 那時,西庇太兒子的母親同她兩個兒子上前來拜耶穌,求他一件事。
O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi.
21 耶穌說:「你要甚麼呢?」她說:「願你叫我這兩個兒子在你國裏,一個坐在你右邊,一個坐在你左邊。」
İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun».
22 耶穌回答說:「你們不知道所求的是甚麼;我將要喝的杯,你們能喝嗎?」他們說:「我們能。」
Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik».
23 耶穌說:「我所喝的杯,你們必要喝;只是坐在我的左右,不是我可以賜的,乃是我父為誰預備的,就賜給誰。」
İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».
24 那十個門徒聽見,就惱怒他們弟兄二人。
Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu.
25 耶穌叫了他們來,說:「你們知道外邦人有君王為主治理他們,有大臣操權管束他們。
İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.
26 只是在你們中間,不可這樣;你們中間誰願為大,就必作你們的用人;
Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
27 誰願為首,就必作你們的僕人。
Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun.
28 正如人子來,不是要受人的服事,乃是要服事人,並且要捨命,作多人的贖價。」
Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
29 他們出耶利哥的時候,有極多的人跟隨他。
İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi.
30 有兩個瞎子坐在路旁,聽說是耶穌經過,就喊着說:「主啊,大衛的子孫,可憐我們吧!」
Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı.
31 眾人責備他們,不許他們作聲;他們卻越發喊着說:「主啊,大衛的子孫,可憐我們吧!」
Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar.
32 耶穌就站住,叫他們來,說:「要我為你們做甚麼?」
İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»
33 他們說:「主啊,要我們的眼睛能看見!」
Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın».
34 耶穌就動了慈心,把他們的眼睛一摸,他們立刻看見,就跟從了耶穌。
İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.

< 馬太福音 20 >