< 以弗所書 3 >

1 因此,我-保羅為你們外邦人作了基督耶穌被囚的,替你們祈禱。
Mən Paul siz başqa millətlərdən olanlar uğrunda Məsih İsanın məhbusuyam.
2 諒必你們曾聽見上帝賜恩給我,將關切你們的職分託付我,
Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram.
3 用啟示使我知道福音的奧祕,正如我以前略略寫過的。
Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi.
4 你們念了,就能曉得我深知基督的奧祕。
Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz.
5 這奧祕在以前的世代沒有叫人知道,像如今藉着聖靈啟示他的聖使徒和先知一樣。
Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır.
6 這奧祕就是外邦人在基督耶穌裏,藉着福音,得以同為後嗣,同為一體,同蒙應許。
Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir.
7 我作了這福音的執事,是照上帝的恩賜,這恩賜是照他運行的大能賜給我的。
Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi, buna əsasən Müjdəni yaymaq üçün xidmətçi oldum.
8 我本來比眾聖徒中最小的還小,然而他還賜我這恩典,叫我把基督那測不透的豐富傳給外邦人,
Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım
9 又使眾人都明白,這歷代以來隱藏在創造萬物之上帝裏的奧祕是如何安排的, (aiōn g165)
və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. (aiōn g165)
10 為要藉着教會使天上執政的、掌權的,現在得知上帝百般的智慧。
Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin.
11 這是照上帝從萬世以前,在我們主基督耶穌裏所定的旨意。 (aiōn g165)
Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. (aiōn g165)
12 我們因信耶穌,就在他裏面放膽無懼,篤信不疑地來到上帝面前。
Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik.
13 所以,我求你們不要因我為你們所受的患難喪膽,這原是你們的榮耀。
Buna görə xahiş edirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötrü ruhdan düşməyin. Bu sizə izzət gətirir.
14 因此,我在父面前屈膝,(
Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,
15 天上地上的各家,都是從他得名。)
16 求他按着他豐盛的榮耀,藉着他的靈,叫你們心裏的力量剛強起來,
O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin
17 使基督因你們的信,住在你們心裏,叫你們的愛心有根有基,
və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız,
18 能以和眾聖徒一同明白基督的愛是何等長闊高深,
belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə,
19 並知道這愛是過於人所能測度的,便叫上帝一切所充滿的,充滿了你們。
hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız.
20 上帝能照着運行在我們心裏的大力充充足足地成就一切,超過我們所求所想的。
Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha
21 但願他在教會中,並在基督耶穌裏,得着榮耀,直到世世代代,永永遠遠。阿們! (aiōn g165)
imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin. (aiōn g165)

< 以弗所書 3 >