< 以弗所書 2 >

1 你們死在過犯罪惡之中,他叫你們活過來。
Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz.
2 那時,你們在其中行事為人,隨從今世的風俗,順服空中掌權者的首領,就是現今在悖逆之子心中運行的邪靈。 (aiōn g165)
Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. (aiōn g165)
3 我們從前也都在他們中間,放縱肉體的私慾,隨着肉體和心中所喜好的去行,本為可怒之子,和別人一樣。
Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.
4 然而,上帝既有豐富的憐憫,因他愛我們的大愛,
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün
5 當我們死在過犯中的時候,便叫我們與基督一同活過來。你們得救是本乎恩。
təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.
6 他又叫我們與基督耶穌一同復活,一同坐在天上,
Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
7 要將他極豐富的恩典,就是他在基督耶穌裏向我們所施的恩慈,顯明給後來的世代看。 (aiōn g165)
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. (aiōn g165)
8 你們得救是本乎恩,也因着信;這並不是出於自己,乃是上帝所賜的;
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
9 也不是出於行為,免得有人自誇。
Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
10 我們原是他的工作,在基督耶穌裏造成的,為要叫我們行善,就是上帝所預備叫我們行的。
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
11 所以你們應當記念:你們從前按肉體是外邦人,是稱為沒受割禮的;這名原是那些憑人手在肉身上稱為受割禮之人所起的。
Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər
12 那時,你們與基督無關,在以色列國民以外,在所應許的諸約上是局外人,並且活在世上沒有指望,沒有上帝。
o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz.
13 你們從前遠離上帝的人,如今卻在基督耶穌裏,靠着他的血,已經得親近了。
Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.
14 因他使我們和睦,將兩下合而為一,拆毀了中間隔斷的牆;
Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
15 而且以自己的身體廢掉冤仇,就是那記在律法上的規條,為要將兩下藉着自己造成一個新人,如此便成就了和睦。
Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin
16 既在十字架上滅了冤仇,便藉這十字架使兩下歸為一體,與上帝和好了,
və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi.
17 並且來傳和平的福音給你們遠處的人,也給那近處的人。
O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı.
18 因為我們兩下藉着他被一個聖靈所感,得以進到父面前。
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
19 這樣,你們不再作外人和客旅,是與聖徒同國,是上帝家裏的人了;
Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
20 並且被建造在使徒和先知的根基上,有基督耶穌自己為房角石,
Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.
21 各房靠他聯絡得合式,漸漸成為主的聖殿。
Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır.
22 你們也靠他同被建造,成為上帝藉着聖靈居住的所在。
Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.

< 以弗所書 2 >