< 使徒行傳 12 >

1 那時,希律王下手苦害教會中幾個人,
O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı.
2 用刀殺了約翰的哥哥雅各。
Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi.
3 他見猶太人喜歡這事,又去捉拿彼得。那時正是除酵的日子。
Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi.
4 希律拿了彼得,收在監裏,交付四班兵丁看守,每班四個人,意思要在逾越節後把他提出來,當着百姓辦他。
O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin.
5 於是彼得被囚在監裏;教會卻為他切切地禱告上帝。
Peter buna görə zindanda saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi.
6 希律將要提他出來的前一夜,彼得被兩條鐵鍊鎖着,睡在兩個兵丁當中;看守的人也在門外看守。
Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu.
7 忽然,有主的一個使者站在旁邊,屋裏有光照耀,天使拍彼得的肋旁,拍醒了他,說:「快快起來!」那鐵鍊就從他手上脫落下來。
Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü.
8 天使對他說:「束上帶子,穿上鞋。」他就那樣做。天使又說:「披上外衣,跟着我來。」
Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl».
9 彼得就出來跟着他,不知道天使所做是真的,只當見了異象。
Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür.
10 過了第一層第二層監牢,就來到臨街的鐵門,那門自己開了。他們出來,走過一條街,天使便離開他去了。
Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdilər. Birdən mələk Peterdən ayrıldı.
11 彼得醒悟過來,說:「我現在真知道主差遣他的使者,救我脫離希律的手和猶太百姓一切所盼望的。」
O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı».
12 想了一想,就往那稱呼馬可的約翰、他母親馬利亞家去,在那裏有好些人聚集禱告。
Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi.
13 彼得敲外門,有一個使女,名叫羅大,出來探聽,
Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi.
14 聽得是彼得的聲音,就歡喜的顧不得開門,跑進去告訴眾人說:「彼得站在門外。」
Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb.
15 他們說:「你是瘋了!」使女極力地說:「真是他!」他們說:「必是他的天使!」
Onlar isə belə dedilər: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir».
16 彼得不住地敲門。他們開了門,看見他,就甚驚奇。
Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar.
17 彼得擺手,不要他們作聲,就告訴他們主怎樣領他出監;又說:「你們把這事告訴雅各和眾弟兄。」於是出去,往別處去了。
Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi.
18 到了天亮,兵丁擾亂得很,不知道彼得往哪裏去了。
Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?»
19 希律找他,找不着,就審問看守的人,吩咐把他們拉去殺了。後來希律離開猶太,下凱撒利亞去,住在那裏。
Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi. Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı.
20 希律惱怒泰爾、西頓的人。他們那一帶地方是從王的地土得糧,因此就託了王的內侍臣伯拉斯都的情,一心來求和。
Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi.
21 希律在所定的日子,穿上朝服,坐在位上,對他們講論一番。
Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi.
22 百姓喊着說:「這是神的聲音,不是人的聲音。」
Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!»
23 希律不歸榮耀給上帝,所以主的使者立刻罰他,他被蟲所咬,氣就絕了。
O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı.
24 上帝的道日見興旺,越發廣傳。
Allahın kəlamı isə yayılırdı və təsiri artırdı.
25 巴拿巴和掃羅辦完了他們供給的事,就從耶路撒冷回來,帶着稱呼馬可的約翰同去。
Barnaba və Şaul Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdılar.

< 使徒行傳 12 >