< 使徒行傳 11 >

1 使徒和在猶太的眾弟兄聽說外邦人也領受了上帝的道。
Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər.
2 及至彼得上了耶路撒冷,那些奉割禮的門徒和他爭辯說:
Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək
3 「你進入未受割禮之人的家和他們一同吃飯了。」
dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən».
4 彼得就開口把這事挨次給他們講解說:
Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi:
5 「我在約帕城裏禱告的時候,魂遊象外,看見異象,有一物降下,好像一塊大布,繫着四角,從天縋下,直來到我跟前。
«Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır.
6 我定睛觀看,見內中有地上四足的牲畜和野獸、昆蟲,並天上的飛鳥。
Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var.
7 我且聽見有聲音向我說:『彼得,起來,宰了吃!』
Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!”
8 我說:『主啊,這是不可的!凡俗而不潔淨的物從來沒有入過我的口。』
Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”.
9 第二次,有聲音從天上說:『上帝所潔淨的,你不可當作俗物。』
Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”.
10 這樣一連三次,就都收回天上去了。
Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi.
11 正當那時,有三個人站在我們所住的房門前,是從凱撒利亞差來見我的。
Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı.
12 聖靈吩咐我和他們同去,不要疑惑。同着我去的,還有這六位弟兄,我們都進了那人的家。
Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik.
13 那人就告訴我們,他如何看見一位天使站在他屋裏,說:『你打發人往約帕去,請那稱呼彼得的西門來,
Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
14 他有話告訴你,可以叫你和你的全家得救。』
Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”.
15 我一開講,聖靈便降在他們身上,正像當初降在我們身上一樣。
Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi.
16 我就想起主的話說:『約翰是用水施洗,但你們要受聖靈的洗。』
Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”.
17 上帝既然給他們恩賜,像在我們信主耶穌基督的時候給了我們一樣;我是誰,能攔阻上帝呢?」
Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?»
18 眾人聽見這話,就不言語了,只歸榮耀與上帝,說:「這樣看來,上帝也賜恩給外邦人,叫他們悔改得生命了。」
Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».
19 那些因司提反的事遭患難四散的門徒直走到腓尼基和塞浦路斯,並安提阿;他們不向別人講道,只向猶太人講。
Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər.
20 但內中有塞浦路斯和古利奈人,他們到了安提阿也向希臘人傳講主耶穌。
Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar.
21 主與他們同在,信而歸主的人就很多了。
Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü.
22 這風聲傳到耶路撒冷教會人的耳中,他們就打發巴拿巴出去,走到安提阿為止。
Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər.
23 他到了那裏,看見上帝所賜的恩就歡喜,勸勉眾人,立定心志,恆久靠主。
O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar.
24 這巴拿巴原是個好人,被聖靈充滿,大有信心。於是有許多人歸服了主。
Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi.
25 他又往大數去找掃羅,
Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı.
26 找着了,就帶他到安提阿去。他們足有一年的工夫和教會一同聚集,教訓了許多人。門徒稱為「基督徒」是從安提阿起首。
Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
27 當那些日子,有幾位先知從耶路撒冷下到安提阿。
Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi.
28 內中有一位,名叫亞迦布,站起來,藉着聖靈指明天下將有大饑荒。(這事到克勞第年間果然有了。)
Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu.
29 於是門徒定意照各人的力量捐錢,送去供給住在猶太的弟兄。
Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin.
30 他們就這樣行,把捐項託巴拿巴和掃羅送到眾長老那裏。
Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.

< 使徒行傳 11 >