< 使徒行傳 13 >

1 在安提阿的教會中,有幾位先知和教師,就是巴拿巴和稱呼尼結的西面、古利奈人路求,與分封之王希律同養的馬念,並掃羅。
Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul.
2 他們事奉主、禁食的時候,聖靈說:「要為我分派巴拿巴和掃羅,去做我召他們所做的工。」
Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın».
3 於是禁食禱告,按手在他們頭上,就打發他們去了。
Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydular və onları yola saldılar.
4 他們既被聖靈差遣,就下到西流基,從那裏坐船往塞浦路斯去。
Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya getdilər və oradan da gəmi ilə Kiprə getdilər.
5 到了撒拉米,就在猶太人各會堂裏傳講上帝的道,也有約翰作他們的幫手。
Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi.
6 經過全島,直到帕弗,在那裏遇見一個有法術、假充先知的猶太人,名叫巴‧耶穌。
Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər.
7 這人常和方伯士求‧保羅同在。士求‧保羅是個通達人,他請了巴拿巴和掃羅來,要聽上帝的道。
Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi.
8 只是那行法術的以呂馬(這名翻出來就是行法術的意思)敵擋使徒,要叫方伯不信真道。
Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı.
9 掃羅又名保羅,被聖靈充滿,定睛看他,
Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib
10 說:「你這充滿各樣詭詐奸惡,魔鬼的兒子,眾善的仇敵,你混亂主的正道還不止住嗎?
dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi?
11 現在主的手加在你身上,你要瞎眼,暫且不見日光。」他的眼睛立刻昏蒙黑暗,四下裏求人拉着手領他。
İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin.
12 方伯看見所做的事,很希奇主的道,就信了。
Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.
13 保羅和他的同人從帕弗開船,來到旁非利亞的別加,約翰就離開他們,回耶路撒冷去。
Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı.
14 他們離了別加往前行,來到彼西底的安提阿,在安息日進會堂坐下。
Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular.
15 讀完了律法和先知的書,管會堂的叫人過去,對他們說:「二位兄台,若有甚麼勸勉眾人的話,請說。」
Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin».
16 保羅就站起來,舉手,說:「以色列人和一切敬畏上帝的人,請聽。
Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın.
17 這以色列民的上帝揀選了我們的祖宗,當民寄居埃及的時候抬舉他們,用大能的手領他們出來;
Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı.
18 又在曠野容忍他們,約有四十年。
Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü.
19 既滅了迦南地七族的人,就把那地分給他們為業;
Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi.
20 此後給他們設立士師,約有四百五十年,直到先知撒母耳的時候。
Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi.
21 後來他們求一個王,上帝就將便雅憫支派中基士的兒子掃羅,給他們作王四十年。
Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi.
22 既廢了掃羅,就選立大衛作他們的王,又為他作見證說:『我尋得耶西的兒子大衛,他是合我心意的人,凡事要遵行我的旨意。』
Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”.
23 從這人的後裔中,上帝已經照着所應許的,為以色列人立了一位救主,就是耶穌。
Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi.
24 在他沒有出來以先,約翰向以色列眾民宣講悔改的洗禮。
İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar.
25 約翰將行盡他的程途說:『你們以為我是誰?我不是基督;只是有一位在我以後來的,我解他腳上的鞋帶也是不配的。』
Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.
26 「弟兄們,亞伯拉罕的子孫和你們中間敬畏上帝的人哪,這救世的道是傳給我們的。
Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib.
27 耶路撒冷居住的人和他們的官長,因為不認識基督,也不明白每安息日所讀眾先知的書,就把基督定了死罪,正應了先知的預言;
Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər.
28 雖然查不出他有當死的罪來,還是求彼拉多殺他;
Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər.
29 既成就了經上指着他所記的一切話,就把他從木頭上取下來,放在墳墓裏。
Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular.
30 上帝卻叫他從死裏復活。
Lakin Allah Onu ölülər arasından diriltdi.
31 那從加利利同他上耶路撒冷的人多日看見他,這些人如今在民間是他的見證。
İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir.
32 我們也報好信息給你們,就是那應許祖宗的話,
Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib,
33 上帝已經向我們這作兒女的應驗,叫耶穌復活了。正如詩篇第二篇上記着說: 你是我的兒子, 我今日生你。
Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb: “Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum”.
34 論到上帝叫他從死裏復活,不再歸於朽壞,就這樣說: 我必將所應許大衛那聖潔、 可靠的恩典賜給你們。
Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”.
35 又有一篇上說: 你必不叫你的聖者見朽壞。
Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”.
36 「大衛在世的時候遵行了上帝的旨意,就睡了,歸到他祖宗那裏,已見朽壞;
Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi.
37 惟獨上帝所復活的,他並未見朽壞。
Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi.
38 所以,弟兄們,你們當曉得:赦罪的道是由這人傳給你們的。
Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq,
39 你們靠摩西的律法,在一切不得稱義的事上信靠這人,就都得稱義了。
iman edən hər kəs bu İnsanda saleh sayılacaq.
40 所以,你們務要小心,免得先知書上所說的臨到你們。
Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin:
41 主說: 你們這輕慢的人要觀看,要驚奇,要滅亡; 因為在你們的時候,我行一件事, 雖有人告訴你們, 你們總是不信。」
“Baxın, siz ey xor baxanlar, Mat qalın və yox olun. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Sizə danışsaydılar, inanmazdınız”».
42 他們出會堂的時候,眾人請他們到下安息日再講這話給他們聽。
Paulla Barnaba sinaqoqdan çıxarkən camaat onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar.
43 散會以後,猶太人和敬虔進猶太教的人多有跟從保羅、巴拿巴的。二人對他們講道,勸他們務要恆久在上帝的恩中。
Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
44 到下安息日,合城的人幾乎都來聚集,要聽上帝的道。
Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı.
45 但猶太人看見人這樣多,就滿心嫉妒,硬駁保羅所說的話,並且毀謗。
İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar.
46 保羅和巴拿巴放膽說:「上帝的道先講給你們原是應當的;只因你們棄絕這道,斷定自己不配得永生,我們就轉向外邦人去。 (aiōnios g166)
Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. (aiōnios g166)
47 因為主曾這樣吩咐我們說: 我已經立你作外邦人的光, 叫你施行救恩,直到地極。」
Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».
48 外邦人聽見這話,就歡喜了,讚美上帝的道;凡預定得永生的人都信了。 (aiōnios g166)
Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. (aiōnios g166)
49 於是主的道傳遍了那一帶地方。
Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı.
50 但猶太人挑唆虔敬、尊貴的婦女和城內有名望的人,逼迫保羅、巴拿巴,將他們趕出境外。
Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular.
51 二人對着眾人跺下腳上的塵土,就往以哥念去了。
Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər.
52 門徒滿心喜樂,又被聖靈充滿。
Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.

< 使徒行傳 13 >