Preface
Read
+
Publisher
Nainoia, Inc.
PO Box 462, Bellefonte, PA 16823
(814) 470-8028
Nainoia Inc, Publisher
LinkedIn/NAINOIA-INC
Third Party Publisher Resources
Request Custom Formatted Verses
Please contact us below
Submit your proposed corrections
I understand that the Aionian Bible republishes public domain and Creative Commons Bible texts and that volunteers may be needed to present the original text accurately. I also understand that apocryphal text is removed and most variant verse numbering is mapped to the English standard. I have entered my corrections under the verse(s) below. Proposed corrections to the Azerbaijani Bible, 2-Corinthians Chapter 10 https://www.AionianBible.org/Bibles/Azerbaijani---Azerbaijani-Bible/2-Corinthians/10 1) Yanınızda ürkək, lakin sizdən uzaq ikən cürətli olan mən Paul Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş edir, 2) yalvarıram: yanınıza gələndə məni vadar etməyin ki, bizi cismani təbiətə görə həyat sürən insanlar zənn edən bəzi adamlara göstərməyi vacib saydığım cürəti sizə də göstərim. 3) Çünki cismən həyat sürsək də, cismani təbiətə görə döyüş aparmırıq. 4) Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, 5) Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk. 6) Siz Məsihə tamamilə itaət edəndə hər cür itaətsizliyi cəzalandırmağa hazır olacağıq. 7) Göz qabağında olanlara baxın. Kim Məsihə aid olduğuna arxalanırsa, yadda saxlasın ki, onun qədər biz də Məsihə aidik. 8) Sizi yıxmaq üçün deyil, inkişaf etdirmək üçün Rəbbin bizə verdiyi səlahiyyətə görə bir az artıq öyünsəm də, utanmaram. 9) Elə görünmək istəmirəm ki, məktublarımla sizi qorxuduram. 10) Mənim barəmdə deyirlər ki, «onun məktubları ciddi və təsirlidir, özünü görəndə isə zəhmsiz, nitqi də heçdir». 11) Kim bunu düşünürsə, qoy bilsin ki, uzaqda olanda məktublarımızla dediklərimizə yanınızda olanda da əməl edirik. 12) Öz-özü barədə zəmanət verən bəzi adamlarla özümüzü bərabər saymağa və yaxud da müqayisə etməyə sözsüz ki cəsarət etmirik. Özlərini öz arşınları ilə ölçə-ölçə, həmçinin özlərini özləri ilə müqayisə edə-edə onlar dərrakələrini itirdilər. 13) Biz isə hədsiz öyünməyəcəyik. Öyünməyimiz Allahın bizə verdiyi, sizin də daxil olduğunuz iş dairəsinin həddini aşmayacaq. 14) Sizə yetişməyənlər kimi uzaqlara getmirik. Çünki Məsihin Müjdəsini sizə çatdıran bizik. 15) Başqalarının əməyi ilə öyünüb həddimizi aşmırıq. Ümidvarıq ki, imanınız böyüdükcə aranızda işimizin əhatə dairəsi daha da genişlənəcək. 16) Beləcə başqasının işinin əhatə dairəsində olan nailiyyətlərlə öyünmədən Müjdəni sizin o tayınızdakı diyarlarda da yaya biləcəyik. 17) «Öyünən Rəbdə öyünsün». 18) Çünki özü barədə zəmanət verən insan yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur. Additional comments?
Refresh Captcha
The world's first Holy Bible un-translation!