< תהילים 81 >

למנצח על-הגתית לאסף ב הרנינו לאלהים עוזנו הריעו לאלהי יעקב 1
Musiqi rəhbəri üçün. Asəfin «Gittit» üstə oxunan məzmuru. Qüvvətimiz olan Allahı mədh edin, Yaqubun Allahına cuşa gəlib nida edin!
שאו-זמרה ותנו-תף כנור נעים עם-נבל 2
İlahi oxuyun, Dəfi, xoş avazlı liranı və çəngi çalın.
תקעו בחדש שופר בכסה ליום חגנו 3
Təzə Ay mərasimində, ay bədirlənəndə, Bizim bayram günündə Şeypur çalın!
כי חק לישראל הוא משפט לאלהי יעקב 4
Çünki bu, İsrail üçün verilən qaydadır, Yaqubun Allahının hökmüdür.
עדות ביהוסף שמו-- בצאתו על-ארץ מצרים שפת לא-ידעתי אשמע 5
O, Misir əleyhinə çıxanda Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim:
הסירותי מסבל שכמו כפיו מדוד תעברנה 6
«Onun çiyinlərini bu yükdən qurtarıram, Qoy əlləri bu ağır səbətdən azad olsun.
בצרה קראת ואחלצך אענך בסתר רעם אבחנך על-מי מריבה סלה 7
Dar günündə Məni çağırdın, Mən də səni qurtardım. Gurlayaraq tufan içindən sənə cavab verdim, Meriva sularında səni sınadım. (Sela)
שמע עמי ואעידה בך ישראל אם-תשמע-לי 8
Ey xalqım, dinlə, xəbərdarlıq edirəm, Ey İsrail, kaş ki Məni dinləyəydin!
לא-יהיה בך אל זר ולא תשתחוה לאל נכר 9
Aranızda özgə allah olmasın, Yad allaha kimsə səcdə qılmasın.
אנכי יהוה אלהיך-- המעלך מארץ מצרים הרחב-פיך ואמלאהו 10
Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm.
ולא-שמע עמי לקולי וישראל לא-אבה לי 11
Lakin xalqım səsimi eşitmədi, İsrail nəsli Məni istəmədi.
ואשלחהו בשרירות לבם ילכו במועצותיהם 12
Onların inadkar qəlblərinə izin verdim ki, Necə istəyirlər, elə gəzsinlər.
לו--עמי שמע לי ישראל בדרכי יהלכו 13
Kaş ki xalqım Mənə qulaq asaydı, İsrail nəsli Mənim yolumla gedəydi!
כמעט אויביהם אכניע ועל צריהם אשיב ידי 14
Bir anda düşmənlərini yerə sərərdim, Əlimi yağılarının üstünə qaldırardım.
משנאי יהוה יכחשו-לו ויהי עתם לעולם 15
Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi, Əbədi olaraq vaxtları belə keçərdi.
ויאכילהו מחלב חטה ומצור דבש אשביעך 16
Sizə taxılın əlasını yedirərdim, Sizi qayadan axan balla bəsləyərdim».

< תהילים 81 >