< 啟示錄 9 >

1 第五位天使吹號,我就看見一個星從天落到地上,有無底坑的鑰匙賜給它。 (Abyssos g12)
Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. (Abyssos g12)
2 它開了無底坑,便有煙從坑裏往上冒,好像大火爐的煙;日頭和天空都因這煙昏暗了。 (Abyssos g12)
O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. (Abyssos g12)
3 有蝗蟲從煙中出來,飛到地上;有能力賜給牠們,好像地上蠍子的能力一樣,
Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi.
4 並且吩咐牠們說,不可傷害地上的草和各樣青物,並一切樹木,惟獨要傷害額上沒有上帝印記的人。
Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar.
5 但不許蝗蟲害死他們,只叫他們受痛苦五個月。這痛苦就像蠍子螫人的痛苦一樣。
Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir.
6 在那些日子,人要求死,決不得死;願意死,死卻遠避他們。
O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq.
7 蝗蟲的形狀,好像預備出戰的馬一樣,頭上戴的好像金冠冕,臉面好像男人的臉面,
Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi.
8 頭髮像女人的頭髮,牙齒像獅子的牙齒。
Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi.
9 胸前有甲,好像鐵甲。牠們翅膀的聲音,好像許多車馬奔跑上陣的聲音。
Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi.
10 有尾巴像蠍子,尾巴上的毒鉤能傷人五個月。
Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər.
11 有無底坑的使者作牠們的王,按着希伯來話,名叫亞巴頓,希臘話,名叫亞玻倫。 (Abyssos g12)
Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi. (Abyssos g12)
12 第一樣災禍過去了,還有兩樣災禍要來。
Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir.
13 第六位天使吹號,我就聽見有聲音從上帝面前金壇的四角出來,
Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim.
14 吩咐那吹號的第六位天使,說:「把那捆綁在幼發拉底大河的四個使者釋放了。」
Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax».
15 那四個使者就被釋放;他們原是預備好了,到某年某月某日某時,要殺人的三分之一。
Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün.
16 馬軍有二萬萬;他們的數目我聽見了。
Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim.
17 我在異象中看見那些馬和騎馬的,騎馬的胸前有甲如火,與紫瑪瑙並硫磺。馬的頭好像獅子頭,有火、有煙、有硫磺從馬的口中出來。
Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı.
18 口中所出來的火與煙並硫磺,這三樣災殺了人的三分之一。
Bu üç bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu.
19 這馬的能力是在口裏和尾巴上;因這尾巴像蛇,並且有頭用以害人。
Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar.
20 其餘未曾被這些災所殺的人仍舊不悔改自己手所做的,還是去拜鬼魔和那些不能看、不能聽、不能走,金、銀、銅、木、石的偶像,
Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər.
21 又不悔改他們那些凶殺、邪術、姦淫、偷竊的事。
Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.

< 啟示錄 9 >