< 啟示錄 8 >

1 羔羊揭開第七印的時候,天上寂靜約有二刻。
Quzu yeddinci möhürü açanda göydə təxminən yarım saat sükut yarandı.
2 我看見那站在上帝面前的七位天使,有七枝號賜給他們。
Onda mən Allahın önündə dayanan yeddi mələyi gördüm. Onlara yeddi şeypur verildi.
3 另有一位天使,拿着金香爐來,站在祭壇旁邊。有許多香賜給他,要和眾聖徒的祈禱一同獻在寶座前的金壇上。
Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin.
4 那香的煙和眾聖徒的祈禱從天使的手中一同升到上帝面前。
Buxurun tüstüsü müqəddəslərin duaları ilə birgə mələyin əlindən Allahın önünə yüksəldi.
5 天使拿着香爐,盛滿了壇上的火,倒在地上;隨有雷轟、大聲、閃電、地震。
Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi.
6 拿着七枝號的七位天使就預備要吹。
Yeddi şeypuru olan yeddi mələk onları çalmağa hazırlaşdı.
7 第一位天使吹號,就有雹子與火攙着血丟在地上;地的三分之一和樹的三分之一被燒了,一切的青草也被燒了。
Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı.
8 第二位天使吹號,就有彷彿火燒着的大山扔在海中;海的三分之一變成血,
İkinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü.
9 海中的活物死了三分之一,船隻也壞了三分之一。
Dənizdə olan canlı məxluqların üçdə biri öldü. Gəmilərin də üçdə biri məhv oldu.
10 第三位天使吹號,就有燒着的大星,好像火把從天上落下來,落在江河的三分之一和眾水的泉源上。
Üçüncü mələk şeypurunu çaldı. Onda göydən məşəl kimi yanan böyük bir ulduz enib çayların üçdə birinin və su qaynaqlarının üstünə düşdü.
11 (這星名叫「茵蔯」。)眾水的三分之一變為茵蔯,因水變苦,就死了許多人。
O ulduzun adına «Yovşan» deyilir. Suların üçdə biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu.
12 第四位天使吹號,日頭的三分之一、月亮的三分之一、星辰的三分之一都被擊打,以致日月星的三分之一黑暗了,白晝的三分之一沒有光,黑夜也是這樣。
Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı.
13 我又看見一個鷹飛在空中,並聽見牠大聲說:「三位天使要吹那其餘的號。你們住在地上的民,禍哉!禍哉!禍哉!」
Onda göyün ortasında uçan bir qartal gördüm və onun uca səslə belə dediyini eşitdim: «Şeypurlarını çalacaq o biri üç mələyin şeypur səslərindən yer üzündə yaşayanların vay, vay, vay halına!»

< 啟示錄 8 >