< 腓立比書 2 >

1 所以,在基督裏若有甚麼勸勉,愛心有甚麼安慰,聖靈有甚麼交通,心中有甚麼慈悲憐憫,
Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa,
2 你們就要意念相同,愛心相同,有一樣的心思,有一樣的意念,使我的喜樂可以滿足。
həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin.
3 凡事不可結黨,不可貪圖虛浮的榮耀;只要存心謙卑,各人看別人比自己強。
Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın
4 各人不要單顧自己的事,也要顧別人的事。
və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
5 你們當以基督耶穌的心為心:
Məsih İsa necə düşündü, siz də elə düşünün.
6 他本有上帝的形像, 不以自己與上帝同等為強奪的;
Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı.
7 反倒虛己, 取了奴僕的形像, 成為人的樣式;
Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb
8 既有人的樣子,就自己卑微, 存心順服,以至於死, 且死在十字架上。
Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
9 所以,上帝將他升為至高, 又賜給他那超乎萬名之上的名,
Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki,
10 叫一切在天上的、地上的,和地底下的, 因耶穌的名無不屈膝,
göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün
11 無不口稱「耶穌基督為主」, 使榮耀歸與父上帝。
və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
12 這樣看來,我親愛的弟兄,你們既是常順服的,不但我在你們那裏,就是我如今不在你們那裏,更是順服的,就當恐懼戰兢做成你們得救的工夫。
Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.
13 因為你們立志行事都是上帝在你們心裏運行,為要成就他的美意。
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
14 凡所行的,都不要發怨言,起爭論,
Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki,
15 使你們無可指摘,誠實無偽,在這彎曲悖謬的世代作上帝無瑕疵的兒女。你們顯在這世代中,好像明光照耀,
nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
16 將生命的道表明出來,叫我在基督的日子好誇我沒有空跑,也沒有徒勞。
Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim.
17 我以你們的信心為供獻的祭物,我若被澆奠在其上,也是喜樂,並且與你們眾人一同喜樂。
Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm.
18 你們也要照樣喜樂,並且與我一同喜樂。
Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.
19 我靠主耶穌指望快打發提摩太去見你們,叫我知道你們的事,心裏就得着安慰。
Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var.
20 因為我沒有別人與我同心,實在掛念你們的事。
Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur.
21 別人都求自己的事,並不求耶穌基督的事。
Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür.
22 但你們知道提摩太的明證;他興旺福音,與我同勞,待我像兒子待父親一樣。
Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz.
23 所以,我一看出我的事要怎樣了結,就盼望立刻打發他去;
Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm.
24 但我靠着主自信我也必快去。
Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.
25 然而,我想必須打發以巴弗提到你們那裏去。他是我的兄弟,與我一同做工,一同當兵,是你們所差遣的,也是供給我需用的。
Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim.
26 他很想念你們眾人,並且極其難過,因為你們聽見他病了。
Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi.
27 他實在是病了,幾乎要死;然而上帝憐恤他,不但憐恤他,也憐恤我,免得我憂上加憂。
O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi.
28 所以我越發急速打發他去,叫你們再見他,就可以喜樂,我也可以少些憂愁。
Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin.
29 故此,你們要在主裏歡歡樂樂地接待他,而且要尊重這樣的人;
Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin.
30 因他為做基督的工夫,幾乎至死,不顧性命,要補足你們供給我的不及之處。
Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.

< 腓立比書 2 >