< 歌羅西書 1 >

1 奉上帝旨意,作基督耶穌使徒的保羅和兄弟提摩太
Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan və Timotey qardaşdan
2 寫信給歌羅西的聖徒,在基督裏有忠心的弟兄。願恩惠、平安從上帝我們的父歸與你們!
Kolossedəki Məsihdə olan müqəddəs və sadiq bacı-qardaşlara salam! Atamız Allahdan sizə lütf və sülh olsun!
3 我們感謝上帝我們主耶穌基督的父,常常為你們禱告;
Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik.
4 因聽見你們在基督耶穌裏的信心,並向眾聖徒的愛心,
Çünki sizin Məsih İsaya imanınızdan və bütün müqəddəslərə göstərdiyiniz məhəbbətdən xəbərdar olduq.
5 是為那給你們存在天上的盼望;這盼望就是你們從前在福音真理的道上所聽見的。
İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz.
6 這福音傳到你們那裏,也傳到普天之下,並且結果,增長,如同在你們中間,自從你們聽見福音,真知道上帝恩惠的日子一樣。
Bu Müjdə onu eşitdiyiniz, həqiqətdə Allahın lütfünü dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayılmaqdadır.
7 正如你們從我們所親愛、一同作僕人的以巴弗所學的。他為我們作了基督忠心的執事,
Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz.
8 也把你們因聖靈所存的愛心告訴了我們。
O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdırdı.
9 因此,我們自從聽見的日子,也就為你們不住地禱告祈求,願你們在一切屬靈的智慧悟性上,滿心知道上帝的旨意;
Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik.
10 好叫你們行事為人對得起主,凡事蒙他喜悅,在一切善事上結果子,漸漸地多知道上帝;
Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz,
11 照他榮耀的權能,得以在各樣的力上加力,好叫你們凡事歡歡喜喜地忍耐寬容;
hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz,
12 又感謝父,叫我們能與眾聖徒在光明中同得基業。
müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz.
13 他救了我們脫離黑暗的權勢,把我們遷到他愛子的國裏;
O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü.
14 我們在愛子裏得蒙救贖,罪過得以赦免。
Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik.
15 愛子是那不能看見之上帝的像,是首生的,在一切被造的以先。
Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur.
16 因為萬有都是靠他造的,無論是天上的,地上的;能看見的,不能看見的;或是有位的,主治的,執政的,掌權的;一概都是藉着他造的,又是為他造的。
Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı.
17 他在萬有之先;萬有也靠他而立。
Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.
18 他也是教會全體之首。他是元始,是從死裏首先復生的,使他可以在凡事上居首位。
Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur.
19 因為父喜歡叫一切的豐盛在他裏面居住。
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa
20 既然藉着他在十字架上所流的血成就了和平,便藉着他叫萬有-無論是地上的、天上的-都與自己和好了。
və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.
21 你們從前與上帝隔絕,因着惡行,心裏與他為敵。
Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz.
22 但如今他藉着基督的肉身受死,叫你們與自己和好,都成了聖潔,沒有瑕疵,無可責備,把你們引到自己面前。
İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin.
23 只要你們在所信的道上恆心,根基穩固,堅定不移,不致被引動失去福音的盼望。這福音就是你們所聽過的,也是傳與普天下萬人聽的,我-保羅也作了這福音的執事。
Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum.
24 現在我為你們受苦,倒覺歡樂;並且為基督的身體,就是為教會,要在我肉身上補滿基督患難的缺欠。
İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram.
25 我照上帝為你們所賜我的職分作了教會的執事,要把上帝的道理傳得全備,
Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını,
26 這道理就是歷世歷代所隱藏的奧祕;但如今向他的聖徒顯明了。 (aiōn g165)
yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. (aiōn g165)
27 上帝願意叫他們知道,這奧祕在外邦人中有何等豐盛的榮耀,就是基督在你們心裏成了有榮耀的盼望。
Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir.
28 我們傳揚他,是用諸般的智慧,勸戒各人,教導各人,要把各人在基督裏完完全全地引到上帝面前。
Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik.
29 我也為此勞苦,照着他在我裏面運用的大能盡心竭力。
Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram.

< 歌羅西書 1 >