< 馬太福音 15 >

1 那時,有法利賽人和文士從耶路撒冷來見耶穌,說:
Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər:
2 「你的門徒為甚麼犯古人的遺傳呢?因為吃飯的時候,他們不洗手。」
«Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?»
3 耶穌回答說:「你們為甚麼因着你們的遺傳犯上帝的誡命呢?
İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz?
4 上帝說:『當孝敬父母』;又說:『咒罵父母的,必治死他。』
Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.
5 你們倒說:『無論何人對父母說:我所當奉給你的已經作了供獻,
Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə,
6 他就可以不孝敬父母。』這就是你們藉着遺傳,廢了上帝的誡命。
onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz.
7 假冒為善的人哪,以賽亞指着你們說的預言是不錯的。他說:
Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:
8 這百姓用嘴唇尊敬我, 心卻遠離我;
“Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır.
9 他們將人的吩咐當作道理教導人, 所以拜我也是枉然。」
Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
10 耶穌就叫了眾人來,對他們說:「你們要聽,也要明白。
İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin.
11 入口的不能污穢人,出口的乃能污穢人。」
Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir».
12 當時,門徒進前來對他說:「法利賽人聽見這話,不服,你知道嗎?」
O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər».
13 耶穌回答說:「凡栽種的物,若不是我天父栽種的,必要拔出來。
Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq.
14 任憑他們吧!他們是瞎眼領路的;若是瞎子領瞎子,兩個人都要掉在坑裏。」
Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».
15 彼得對耶穌說:「請將這比喻講給我們聽。」
Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et».
16 耶穌說:「你們到如今還不明白嗎?
İsa dedi: «Siz də hələ dərk etməmisiniz?
17 豈不知凡入口的,是運到肚子裏,又落在茅廁裏嗎?
Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?
18 惟獨出口的,是從心裏發出來的,這才污穢人。
Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər.
19 因為從心裏發出來的,有惡念、凶殺、姦淫、苟合、偷盜、妄證、謗讟。
Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.
20 這都是污穢人的;至於不洗手吃飯,那卻不污穢人。」
İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».
21 耶穌離開那裏,退到泰爾、西頓的境內去。
İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi.
22 有一個迦南婦人,從那地方出來,喊着說:「主啊,大衛的子孫,可憐我!我女兒被鬼附得甚苦。」
Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı.
23 耶穌卻一言不答。門徒進前來,求他說:「這婦人在我們後頭喊叫,請打發她走吧。」
İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar.
24 耶穌說:「我奉差遣不過是到以色列家迷失的羊那裏去。」
Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm».
25 那婦人來拜他,說:「主啊,幫助我!」
Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et».
26 他回答說:「不好拿兒女的餅丟給狗吃。」
İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».
27 婦人說:「主啊,不錯;但是狗也吃牠主人桌子上掉下來的碎渣兒。」
Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir».
28 耶穌說:「婦人,你的信心是大的!照你所要的,給你成全了吧。」從那時候,她女兒就好了。
O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.
29 耶穌離開那地方,來到靠近加利利的海邊,就上山坐下。
İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu.
30 有許多人到他那裏,帶着瘸子、瞎子、啞巴、有殘疾的,和好些別的病人,都放在他腳前;他就治好了他們。
Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi.
31 甚至眾人都希奇;因為看見啞巴說話,殘疾的痊癒,瘸子行走,瞎子看見,他們就歸榮耀給以色列的上帝。
Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.
32 耶穌叫門徒來,說:「我憐憫這眾人;因為他們同我在這裏已經三天,也沒有吃的了。我不願意叫他們餓着回去,恐怕在路上困乏。」
İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər».
33 門徒說:「我們在這野地,哪裏有這麼多的餅叫這許多人吃飽呢?」
Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?»
34 耶穌說:「你們有多少餅?」他們說:「有七個,還有幾條小魚。」
İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var».
35 他就吩咐眾人坐在地上,
Onda İsa camaata əmr etdi ki, yerə otursunlar.
36 拿着這七個餅和幾條魚,祝謝了,擘開,遞給門徒;門徒又遞給眾人。
Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi.
37 眾人都吃,並且吃飽了,收拾剩下的零碎,裝滿了七個筐子。
Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.
38 吃的人,除了婦女孩子,共有四千。
Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi.
39 耶穌叫眾人散去,就上船,來到馬加丹的境界。
İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.

< 馬太福音 15 >