< 馬太福音 14 >

1 那時,分封的王希律聽見耶穌的名聲,
O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi.
2 就對臣僕說:「這是施洗的約翰從死裏復活,所以這些異能從他裏面發出來。」
Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».
3 起先,希律為他兄弟腓力的妻子希羅底的緣故,把約翰拿住,鎖在監裏。
Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı.
4 因為約翰曾對他說:「你娶這婦人是不合理的。」
Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır».
5 希律就想要殺他,只是怕百姓,因為他們以約翰為先知。
Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı.
6 到了希律的生日,希羅底的女兒在眾人面前跳舞,使希律歡喜。
Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi.
7 希律就起誓,應許隨她所求的給她。
O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək.
8 女兒被母親所使,就說:「請把施洗約翰的頭放在盤子裏,拿來給我。」
Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver».
9 王便憂愁,但因他所起的誓,又因同席的人,就吩咐給她;
Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər.
10 於是打發人去,在監裏斬了約翰,
Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu.
11 把頭放在盤子裏,拿來給了女子;女子拿去給她母親。
Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı.
12 約翰的門徒來,把屍首領去埋葬了,就去告訴耶穌。
Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.
13 耶穌聽見了,就上船從那裏獨自退到野地裏去。眾人聽見,就從各城裏步行跟隨他。
İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi.
14 耶穌出來,見有許多的人,就憐憫他們,治好了他們的病人。
İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
15 天將晚的時候,門徒進前來,說:「這是野地,時候已經過了,請叫眾人散開,他們好往村子裏去,自己買吃的。」
Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar».
16 耶穌說:「不用他們去,你們給他們吃吧!」
Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin».
17 門徒說:「我們這裏只有五個餅,兩條魚。」
Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».
18 耶穌說:「拿過來給我。」
İsa «onları buraya, Mənə gətirin» dedi.
19 於是吩咐眾人坐在草地上,就拿着這五個餅,兩條魚,望着天祝福,擘開餅,遞給門徒,門徒又遞給眾人。
Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar.
20 他們都吃,並且吃飽了,把剩下的零碎收拾起來,裝滿了十二個籃子。
Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar.
21 吃的人,除了婦女孩子,約有五千。
Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.
22 耶穌隨即催門徒上船,先渡到那邊去,等他叫眾人散開。
Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər.
23 散了眾人以後,他就獨自上山去禱告。到了晚上,只有他一人在那裏。
İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi.
24 那時船在海中,因風不順,被浪搖撼。
Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi.
25 夜裏四更天,耶穌在海面上走,往門徒那裏去。
Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi.
26 門徒看見他在海面上走,就驚慌了,說:「是個鬼怪!」便害怕,喊叫起來。
Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar.
27 耶穌連忙對他們說:「你們放心,是我,不要怕!」
Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»
28 彼得說:「主,如果是你,請叫我從水面上走到你那裏去。」
Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim».
29 耶穌說:「你來吧。」彼得就從船上下去,在水面上走,要到耶穌那裏去;
İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi.
30 只因見風甚大,就害怕,將要沉下去,便喊着說:「主啊,救我!」
Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı.
31 耶穌趕緊伸手拉住他,說:「你這小信的人哪,為甚麼疑惑呢?」
İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?»
32 他們上了船,風就住了。
Onlar qayığa mindikləri zaman külək sakitləşdi.
33 在船上的人都拜他,說:「你真是上帝的兒子了。」
Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.
34 他們過了海,來到革尼撒勒地方。
İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar.
35 那裏的人一認出是耶穌,就打發人到周圍地方去,把所有的病人帶到他那裏,
O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər.
36 只求耶穌准他們摸他的衣裳繸子;摸着的人就都好了。
Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.

< 馬太福音 14 >