< 馬可福音 2 >

1 過了些日子,耶穌又進了迦百農。人聽見他在房子裏,
Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı.
2 就有許多人聚集,甚至連門前都沒有空地;耶穌就對他們講道。
O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi.
3 有人帶着一個癱子來見耶穌,是用四個人抬來的;
Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər.
4 因為人多,不得近前,就把耶穌所在的房子,拆了房頂,既拆通了,就把癱子連所躺臥的褥子都縋下來。
Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər.
5 耶穌見他們的信心,就對癱子說:「小子,你的罪赦了。」
İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».
6 有幾個文士坐在那裏,心裏議論,說:
Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər:
7 「這個人為甚麼這樣說呢?他說僭妄的話了。除了上帝以外,誰能赦罪呢?」
«Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»
8 耶穌心中知道他們心裏這樣議論,就說:「你們心裏為甚麼這樣議論呢?
İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz?
9 或對癱子說『你的罪赦了』,或說『起來!拿你的褥子行走』,哪一樣容易呢?
Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?
10 但要叫你們知道,人子在地上有赦罪的權柄。」就對癱子說:
Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi:
11 「我吩咐你,起來!拿你的褥子回家去吧。」
«Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!»
12 那人就起來,立刻拿着褥子,當眾人面前出去了,以致眾人都驚奇,歸榮耀與上帝,說:「我們從來沒有見過這樣的事!」
Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».
13 耶穌又出到海邊去,眾人都就了他來,他便教訓他們。
İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi.
14 耶穌經過的時候,看見亞勒腓的兒子利未坐在稅關上,就對他說:「你跟從我來。」他就起來,跟從了耶穌。
Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
15 耶穌在利未家裏坐席的時候,有好些稅吏和罪人與耶穌並門徒一同坐席;因為這樣的人多,他們也跟隨耶穌。
İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi.
16 法利賽人中的文士看見耶穌和罪人並稅吏一同吃飯,就對他門徒說:「他和稅吏並罪人一同吃喝嗎?」
Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»
17 耶穌聽見,就對他們說:「康健的人用不着醫生,有病的人才用得着。我來本不是召義人,乃是召罪人。」
İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
18 當下,約翰的門徒和法利賽人禁食。他們來問耶穌說:「約翰的門徒和法利賽人的門徒禁食,你的門徒倒不禁食,這是為甚麼呢?」
Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?»
19 耶穌對他們說:「新郎和陪伴之人同在的時候,陪伴之人豈能禁食呢?新郎還同在,他們不能禁食。
İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar.
20 但日子將到,新郎要離開他們,那日他們就要禁食。
Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
21 沒有人把新布縫在舊衣服上,恐怕所補上的新布帶壞了舊衣服,破的就更大了。
Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.
22 也沒有人把新酒裝在舊皮袋裏,恐怕酒把皮袋裂開,酒和皮袋就都壞了;惟把新酒裝在新皮袋裏。」
Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».
23 耶穌當安息日從麥地經過。他門徒行路的時候,掐了麥穗。
Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar.
24 法利賽人對耶穌說:「看哪,他們在安息日為甚麼做不可做的事呢?」
Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?»
25 耶穌對他們說:「經上記着大衛和跟從他的人缺乏飢餓之時所做的事,你們沒有念過嗎?
İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı?
26 他當亞比亞他作大祭司的時候,怎麼進了上帝的殿,吃了陳設餅,又給跟從他的人吃。這餅除了祭司以外,人都不可吃。」
O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi».
27 又對他們說:「安息日是為人設立的,人不是為安息日設立的。
Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.
28 所以,人子也是安息日的主。」
Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».

< 馬可福音 2 >