< 約翰福音 7 >

1 這事以後,耶穌在加利利遊行,不願在猶太遊行,因為猶太人想要殺他。
Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi.
2 當時猶太人的住棚節近了。
Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı.
3 耶穌的弟兄就對他說:「你離開這裏上猶太去吧,叫你的門徒也看見你所行的事。
Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün.
4 人要顯揚名聲,沒有在暗處行事的;你如果行這些事,就當將自己顯明給世人看。」
Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır».
5 因為連他的弟兄說這話,是因為不信他。
Çünki qardaşları da Ona iman etmirdi.
6 耶穌就對他們說:「我的時候還沒有到;你們的時候常是方便的。
Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir.
7 世人不能恨你們,卻是恨我,因為我指證他們所做的事是惡的。
Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm.
8 你們上去過節吧,我現在不上去過這節,因為我的時候還沒有滿。」
Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm».
9 耶穌說了這話,仍舊住在加利利。
İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı.
10 但他弟兄上去以後,他也上去過節,不是明去,似乎是暗去的。
Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi.
11 正在節期,猶太人尋找耶穌,說:「他在哪裏?」
Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər.
12 眾人為他紛紛議論,有的說:「他是好人。」有的說:「不然,他是迷惑眾人的。」
Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi.
13 只是沒有人明明地講論他,因為怕猶太人。
Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı.
14 到了節期,耶穌上殿裏去教訓人。
Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı.
15 猶太人就希奇,說:「這個人沒有學過,怎麼明白書呢?」
Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?»
16 耶穌說:「我的教訓不是我自己的,乃是那差我來者的。
İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir.
17 人若立志遵着他的旨意行,就必曉得這教訓或是出於上帝,或是我憑着自己說的。
Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək.
18 人憑着自己說,是求自己的榮耀;惟有求那差他來者的榮耀,這人是真的,在他心裏沒有不義。
Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz.
19 摩西豈不是傳律法給你們嗎?你們卻沒有一個人守律法。為甚麼想要殺我呢?」
Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?»
20 眾人回答說:「你是被鬼附着了!誰想要殺你?」
Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?»
21 耶穌說:「我做了一件事,你們都以為希奇。
İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz.
22 摩西傳割禮給你們(其實不是從摩西起的,乃是從祖先起的),因此你們也在安息日給人行割禮。
Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz.
23 人若在安息日受割禮,免得違背摩西的律法,我在安息日叫一個人全然好了,你們就向我生氣嗎?
Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz?
24 不可按外貌斷定是非,總要按公平斷定是非。」
Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».
25 耶路撒冷人中有的說:「這不是他們想要殺的人嗎?
Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi?
26 你看他還明明地講道,他們也不向他說甚麼,難道官長真知道這是基督嗎?
Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər?
27 然而,我們知道這個人從哪裏來;只是基督來的時候,沒有人知道他從哪裏來。」
Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək».
28 那時,耶穌在殿裏教訓人,大聲說:「你們也知道我,也知道我從哪裏來;我來並不是由於自己。但那差我來的是真的。你們不認識他,
İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız,
29 我卻認識他;因為我是從他來的,他也是差了我來。」
Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi».
30 他們就想要捉拿耶穌;只是沒有人下手,因為他的時候還沒有到。
Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.
31 但眾人中間有好些信他的,說:「基督來的時候,他所行的神蹟豈能比這人所行的更多嗎?」
Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»
32 法利賽人聽見眾人為耶穌這樣紛紛議論,祭司長和法利賽人就打發差役去捉拿他。
Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi.
33 於是耶穌說:「我還有不多的時候和你們同在,以後就回到差我來的那裏去。
İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm.
34 你們要找我,卻找不着;我所在的地方你們不能到。」
Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz».
35 猶太人就彼此對問說:「這人要往哪裏去,叫我們找不着呢?難道他要往散住希臘中的猶太人那裏去教訓希臘人嗎?
Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək?
36 他說:『你們要找我,卻找不着;我所在的地方,你們不能到』,這話是甚麼意思呢?」
“Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?»
37 節期的末日,就是最大之日,耶穌站着高聲說:「人若渴了,可以到我這裏來喝。
Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.
38 信我的人就如經上所說:『從他腹中要流出活水的江河來。』」
Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq».
39 耶穌這話是指着信他之人要受聖靈說的。那時還沒有賜下聖靈來,因為耶穌尚未得着榮耀。
Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi.
40 眾人聽見這話,有的說:「這真是那先知。」
Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər.
41 有的說:「這是基督。」但也有的說:「基督豈是從加利利出來的嗎?
Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir?
42 經上豈不是說『基督是大衛的後裔,從大衛本鄉伯利恆出來的』嗎?」
Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?»
43 於是眾人因着耶穌起了紛爭。
Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu.
44 其中有人要捉拿他,只是無人下手。
Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.
45 差役回到祭司長和法利賽人那裏。他們對差役說:「你們為甚麼沒有帶他來呢?」
Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu.
46 差役回答說:「從來沒有像他這樣說話的!」
Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
47 法利賽人說:「你們也受了迷惑嗎?
Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb?
48 官長或是法利賽人豈有信他的呢?
Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi?
49 但這些不明白律法的百姓是被咒詛的!」
Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!»
50 內中有尼哥德慕,就是從前去見耶穌的,對他們說:
Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi:
51 「不先聽本人的口供,不知道他所做的事,難道我們的律法還定他的罪嗎?」
«Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?»
52 他們回答說:「你也是出於加利利嗎?你且去查考,就可知道加利利沒有出過先知。」
Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz».
Bundan sonra hər kəs öz evinə getdi.

< 約翰福音 7 >