< 約翰福音 5 >

1 這事以後,到了猶太人的一個節期,耶穌就上耶路撒冷去。
Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi.
2 在耶路撒冷,靠近羊門有一個池子,希伯來話叫作畢士大,旁邊有五個廊子;
Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var.
3 裏面躺着瞎眼的、瘸腿的、血氣枯乾的許多病人。
Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı.
4
5 在那裏有一個人,病了三十八年。
Otuz səkkiz il xəstə olan bir adam da orada idi.
6 耶穌看見他躺着,知道他病了許久,就問他說:「你要痊癒嗎?」
İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?»
7 病人回答說:「先生,水動的時候,沒有人把我放在池子裏;我正去的時候,就有別人比我先下去。」
Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir».
8 耶穌對他說:「起來,拿你的褥子走吧!」
İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!»
9 那人立刻痊癒,就拿起褥子來走了。
O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi.
10 那天是安息日,所以猶太人對那醫好的人說:「今天是安息日,你拿褥子是不可的。」
Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır».
11 他卻回答說:「那使我痊癒的,對我說:『拿你的褥子走吧。』」
O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi».
12 他們問他說:「對你說『拿褥子走』的是甚麼人?」
Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?»
13 那醫好的人不知道是誰;因為那裏的人多,耶穌已經躲開了。
Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı.
14 後來耶穌在殿裏遇見他,對他說:「你已經痊癒了,不要再犯罪,恐怕你遭遇的更加利害。」
Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin».
15 那人就去告訴猶太人,使他痊癒的是耶穌。
O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi.
16 所以猶太人逼迫耶穌,因為他在安息日做了這事。
Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi.
17 耶穌就對他們說:「我父做事直到如今,我也做事。」
Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm».
18 所以猶太人越發想要殺他;因他不但犯了安息日,並且稱上帝為他的父,將自己和上帝當作平等。
Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.
19 耶穌對他們說:「我實實在在地告訴你們,子憑着自己不能做甚麼,惟有看見父所做的,子才能做;父所做的事,子也照樣做。
Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər.
20 父愛子,將自己所做的一切事指給他看,還要將比這更大的事指給他看,叫你們希奇。
Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz.
21 父怎樣叫死人起來,使他們活着,子也照樣隨自己的意思使人活着。
Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir.
22 父不審判甚麼人,乃將審判的事全交與子,
Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki,
23 叫人都尊敬子如同尊敬父一樣。不尊敬子的,就是不尊敬差子來的父。
hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.
24 我實實在在地告訴你們,那聽我話、又信差我來者的,就有永生;不至於定罪,是已經出死入生了。 (aiōnios g166)
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. (aiōnios g166)
25 我實實在在地告訴你們,時候將到,現在就是了,死人要聽見上帝兒子的聲音,聽見的人就要活了。
Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq.
26 因為父怎樣在自己有生命,就賜給他兒子也照樣在自己有生命,
Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
27 並且因為他是人子,就賜給他行審判的權柄。
Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur.
28 你們不要把這事看作希奇。時候要到,凡在墳墓裏的,都要聽見他的聲音,就出來:
Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib
29 行善的,復活得生;作惡的,復活定罪。
qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək.
30 「我憑着自己不能做甚麼,我怎麼聽見就怎麼審判。我的審判也是公平的;因為我不求自己的意思,只求那差我來者的意思。」
Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.
31 「我若為自己作見證,我的見證就不真。
Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.
32 另有一位給我作見證,我也知道他給我作的見證是真的。
Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm.
33 你們曾差人到約翰那裏,他為真理作過見證。
Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi.
34 其實,我所受的見證不是從人來的;然而,我說這些話,為要叫你們得救。
Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm.
35 約翰是點着的明燈,你們情願暫時喜歡他的光。
Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz.
36 但我有比約翰更大的見證;因為父交給我要我成就的事,就是我所做的事,這便見證我是父所差來的。
Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib.
37 差我來的父也為我作過見證。你們從來沒有聽見他的聲音,也沒有看見他的形像。
Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz.
38 你們並沒有他的道存在心裏;因為他所差來的,你們不信。
Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız.
39 你們查考聖經,因你們以為內中有永生;給我作見證的就是這經。 (aiōnios g166)
Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, (aiōnios g166)
40 然而,你們不肯到我這裏來得生命。
sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
41 「我不受從人來的榮耀。
İnsanlardan izzət qəbul etmirəm.
42 但我知道,你們心裏沒有上帝的愛。
Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur.
43 我奉我父的名來,你們並不接待我;若有別人奉自己的名來,你們倒要接待他。
Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz.
44 你們互相受榮耀,卻不求從獨一之上帝來的榮耀,怎能信我呢?
Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz?
45 不要想我在父面前要告你們;有一位告你們的,就是你們所仰賴的摩西。
Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır.
46 你們如果信摩西,也必信我,因為他書上有指着我寫的話。
Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb.
47 你們若不信他的書,怎能信我的話呢?」
Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

< 約翰福音 5 >