< 加拉太書 5 >

1 基督釋放了我們,叫我們得以自由。所以要站立得穩,不要再被奴僕的軛挾制。
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.
2 我-保羅告訴你們,若受割禮,基督就與你們無益了。
Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz.
3 我再指着凡受割禮的人確實地說,他是欠着行全律法的債。
Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur.
4 你們這要靠律法稱義的,是與基督隔絕,從恩典中墜落了。
Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz.
5 我們靠着聖靈,憑着信心,等候所盼望的義。
Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik.
6 原來在基督耶穌裏,受割禮不受割禮全無功效,惟獨使人生發仁愛的信心才有功效。
Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
7 你們向來跑得好,有誰攔阻你們,叫你們不順從真理呢?
Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi?
8 這樣的勸導不是出於那召你們的。
Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil.
9 一點麵酵能使全團都發起來。
Azacıq maya bütün xəmiri acıdır.
10 我在主裏很信你們必不懷別樣的心;但攪擾你們的,無論是誰,必擔當他的罪名。
Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək.
11 弟兄們,我若仍舊傳割禮,為甚麼還受逼迫呢?若是這樣,那十字架討厭的地方就沒有了。
Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı.
12 恨不得那攪亂你們的人把自己割絕了。
Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
13 弟兄們,你們蒙召是要得自由,只是不可將你們的自由當作放縱情慾的機會,總要用愛心互相服事。
Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
14 因為全律法都包在「愛人如己」這一句話之內了。
Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev».
15 你們要謹慎,若相咬相吞,只怕要彼此消滅了。
Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.
16 我說,你們當順着聖靈而行,就不放縱肉體的情慾了。
Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz.
17 因為情慾和聖靈相爭,聖靈和情慾相爭,這兩個是彼此相敵,使你們不能做所願意做的。
Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.
18 但你們若被聖靈引導,就不在律法以下。
Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.
19 情慾的事都是顯而易見的,就如姦淫、污穢、邪蕩、
Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq,
20 拜偶像、邪術、仇恨、爭競、忌恨、惱怒、結黨、紛爭、異端、
bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,
21 嫉妒、醉酒、荒宴等類。我從前告訴你們,現在又告訴你們,行這樣事的人必不能承受上帝的國。
paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
22 聖靈所結的果子,就是仁愛、喜樂、和平、忍耐、恩慈、良善、信實、
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
23 溫柔、節制。這樣的事沒有律法禁止。
həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.
24 凡屬基督耶穌的人,是已經把肉體連肉體的邪情私慾同釘在十字架上了。
Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.
25 我們若是靠聖靈得生,就當靠聖靈行事。
Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.
26 不要貪圖虛名,彼此惹氣,互相嫉妒。
Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.

< 加拉太書 5 >