< Zəbur 150 >

1 Rəbbə həmd edin! Müqəddəs məskənində Allaha həmd edin! Möhtəşəm göy qübbəsində Ona həmd edin! 2 Qüdrətli işləri üçün Ona həmd edin! Bol əzəmətinə görə Ona həmd edin! 3 Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin! 4 Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin! 5 Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin! 6 Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin!

< Zəbur 150 >