< Zəbur 149 >

1 Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin! 2 İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun! 3 Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə Onu tərənnüm edin! 4 Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar. 5 Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər. 6 Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar. 7 Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar. 8 Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar. 9 Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin!

< Zəbur 149 >