< Zəbur 114 >

1 İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda 2 Yəhuda Rəbbin müqəddəs məskəni oldu, İsrail Rəbbin səltənəti oldu. 3 Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi. 4 Zirvələr qoçlar kimi, Təpələr quzular kimi tullandı. 5 Ey dəniz, niyə qaçdın, sənə nə oldu? Ey İordan çayı, niyə belə geri çəkildin? 6 Ey zirvələr, qoçlar kimi, Ey təpələr, quzular kimi niyə tullandınız? 7 Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl! 8 Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur.

< Zəbur 114 >