< Əyyub 26 >

1 Əyyub belə cavab verdi:
ὑπολαβὼν δὲ Ιωβ λέγει
2 «Biçarəyə necə də kömək etdin! Taqətdən düşən qolu necə xilas etdin!
τίνι πρόσκεισαι ἢ τίνι μέλλεις βοηθεῖν πότερον οὐχ ᾧ πολλὴ ἰσχὺς καὶ ᾧ βραχίων κραταιός ἐστιν
3 Hikmətsiz adama necə məsləhət verdin! Ona bol-bol müdriklik öyrətdin!
τίνι συμβεβούλευσαι οὐχ ᾧ πᾶσα σοφία ἢ τίνι ἐπακολουθήσεις οὐχ ᾧ μεγίστη δύναμις
4 Axı bu sözləri kimə söyləyirsən? Sənin ağzınla kimin ruhu danışır?
τίνι ἀνήγγειλας ῥήματα πνοὴ δὲ τίνος ἐστὶν ἡ ἐξελθοῦσα ἐκ σοῦ
5 Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir.
μὴ γίγαντες μαιωθήσονται ὑποκάτωθεν ὕδατος καὶ τῶν γειτόνων αὐτοῦ
6 Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. (Sheol h7585)
γυμνὸς ὁ ᾅδης ἐπώπιον αὐτοῦ καὶ οὐκ ἔστιν περιβόλαιον τῇ ἀπωλείᾳ (Sheol h7585)
7 Şimalı boş fəzanın üstünə yayır, Dünyanı heçliyin üstündən asır.
ἐκτείνων βορέαν ἐπ’ οὐδέν κρεμάζων γῆν ἐπὶ οὐδενός
8 Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır.
δεσμεύων ὕδωρ ἐν νεφέλαις αὐτοῦ καὶ οὐκ ἐρράγη νέφος ὑποκάτω αὐτοῦ
9 Bədirlənmiş ayın üzünü örtür, Buludları üstünə çəkir.
ὁ κρατῶν πρόσωπον θρόνου ἐκπετάζων ἐπ’ αὐτὸν νέφος αὐτοῦ
10 Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür.
πρόσταγμα ἐγύρωσεν ἐπὶ πρόσωπον ὕδατος μέχρι συντελείας φωτὸς μετὰ σκότους
11 O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır.
στῦλοι οὐρανοῦ ἐπετάσθησαν καὶ ἐξέστησαν ἀπὸ τῆς ἐπιτιμήσεως αὐτοῦ
12 Dənizi gücü ilə çalxalayır, Müdrikliyi ilə Rahavı vurur.
ἰσχύι κατέπαυσεν τὴν θάλασσαν ἐπιστήμῃ δὲ ἔτρωσε τὸ κῆτος
13 Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır.
κλεῖθρα δὲ οὐρανοῦ δεδοίκασιν αὐτόν προστάγματι δὲ ἐθανάτωσεν δράκοντα ἀποστάτην
14 Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»
ἰδοὺ ταῦτα μέρη ὁδοῦ αὐτοῦ καὶ ἐπὶ ἰκμάδα λόγου ἀκουσόμεθα ἐν αὐτῷ σθένος δὲ βροντῆς αὐτοῦ τίς οἶδεν ὁπότε ποιήσει

< Əyyub 26 >