< Zəbur 47 >

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin!
למנצח לבני-קרח מזמור ב כל-העמים תקעו-כף הריעו לאלהים בקול רנה
2 Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır!
כי-יהוה עליון נורא מלך גדול על-כל-הארץ
3 Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb.
ידבר עמים תחתינו ולאמים תחת רגלינו
4 Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. (Sela)
יבחר-לנו את-נחלתנו את גאון יעקב אשר-אהב סלה
5 Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi.
עלה אלהים בתרועה יהוה בקול שופר
6 Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin!
זמרו אלהים זמרו זמרו למלכנו זמרו
7 Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin.
כי מלך כל-הארץ אלהים-- זמרו משכיל
8 Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir.
מלך אלהים על-גוים אלהים ישב על-כסא קדשו
9 İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır!
נדיבי עמים נאספו-- עם אלהי אברהם כי לאלהים מגני-ארץ-- מאד נעלה

< Zəbur 47 >