< Yeşaya 50 >

1 Rəbb belə deyir: «Boşadığım ananızın talağı haradadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız, Ananız üsyankarlığınız üzündən qovuldu.
כה אמר יהוה אי זה ספר כריתות אמכם אשר שלחתיה או מי מנושי אשר מכרתי אתכם לו הן בעונתיכם נמכרתם ובפשעיכם שלחה אמכם
2 Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür.
מדוע באתי ואין איש קראתי ואין עונה--הקצור קצרה ידי מפדות ואם אין בי כח להציל הן בגערתי אחריב ים אשים נהרות מדבר תבאש דגתם מאין מים ותמת בצמא
3 Mənəm göyləri zülmətə bürüyən, Oranı çulla örtən».
אלביש שמים קדרות ושק אשים כסותם
4 Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.
אדני יהוה נתן לי לשון למודים לדעת לעות את יעף דבר יעיר בבקר בבקר יעיר לי אזן לשמע כלמודים
5 Xudavənd Rəbb qulağımı açdı, Mən qarşı durmadım, geri çəkilmədim.
אדני יהוה פתח לי אזן ואנכי לא מריתי אחור לא נסוגתי
6 Məni döyənlər üçün belimi açdım, Üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim.
גוי נתתי למכים ולחיי למרטים פני לא הסתרתי מכלמות ורק
7 Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.
ואדני יהוה יעזר לי על כן לא נכלמתי על כן שמתי פני כחלמיש ואדע כי לא אבוש
8 Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin.
קרוב מצדיקי--מי יריב אתי נעמדה יחד מי בעל משפטי יגש אלי
9 Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər? Rəqiblərimin hamısı paltar kimi köhnələcək, Onları güvə yeyib məhv edəcək.
הן אדני יהוה יעזר לי מי הוא ירשיעני הן כלם כבגד יבלו עש יאכלם
10 Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.
מי בכם ירא יהוה שמע בקול עבדו--אשר הלך חשכים ואין נגה לו יבטח בשם יהוה וישען באלהיו
11 Ey sizlər, od qalayıb, qığılcımı qoruyanlar, Hamınız öz odunuza, yandırdığınız qığılcımın içinə atılın. Mənim əlimdən aldığınız pay bu olacaq: Əzab içində qalacaqsınız.
הן כלכם קדחי אש מאזרי זיקות לכו באור אשכם ובזיקות בערתם--מידי היתה זאת לכם למעצבה תשכבון

< Yeşaya 50 >