< Yeşaya 49 >

1 Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, Ana bətnindən adımı yadına saldı.
שמעו איים אלי והקשיבו לאמים מרחוק יהוה מבטן קראני ממעי אמי הזכיר שמי
2 Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı.
וישם פי כחרב חדה בצל ידו החביאני וישימני לחץ ברור באשפתו הסתירני
3 Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm».
ויאמר לי עבדי אתה--ישראל אשר בך אתפאר
4 Amma mən dedim: «Mən boş yerə çalışdım, Gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, Mükafatım Allahımdadır».
ואני אמרתי לריק יגעתי לתהו והבל כחי כליתי אכן משפטי את יהוה ופעלתי את אלהי
5 Rəbb məni qulu etmək üçün Ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, Qüdrətim Allahım oldu. Rəbb indi belə deyir.
ועתה אמר יהוה יוצרי מבטן לעבד לו לשובב יעקב אליו וישראל לא (לו) יאסף ואכבד בעיני יהוה ואלהי היה עזי
6 O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
ויאמר נקל מהיותך לי עבד להקים את שבטי יעקב ונצירי (ונצורי) ישראל להשיב ונתתיך לאור גוים להיות ישועתי עד קצה הארץ
7 Adamların nifrət etdiyi, Millətin həqarətlə baxdığı, Hökmdarların qulu olan şəxsə, İsrailin Satınalanı, Müqəddəsi, Rəbb belə deyir: «İsrailin Müqəddəsi, Sadiq Rəbb səni seçdiyinə görə Padşahlar səni görüb ayağa qalxacaq, Əmirlər qarşında yerə səriləcək».
כה אמר יהוה גאל ישראל קדושו לבזה נפש למתעב גוי לעבד משלים מלכים יראו וקמו שרים וישתחוו--למען יהוה אשר נאמן קדש ישראל ויבחרך
8 Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, Xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm. Səni xalqım üçün əhd edəcəyəm ki, Dağılmış ölkəni bərpa edəsən, İrs olaraq yenə sahiblərinə verəsən.
כה אמר יהוה בעת רצון עניתיך וביום ישועה עזרתיך ואצרך ואתנך לברית עם להקים ארץ להנחיל נחלות שממות
9 Dustaqlara “çıxın”, Zülmətdə oturanlara “Özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, Hər çılpaq təpədə otlaq tapacaq.
לאמר לאסורים צאו לאשר בחשך הגלו על דרכים ירעו ובכל שפיים מרעיתם
10 Onlar nə ac, nə də susuz qalacaq, Qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, Onları bulaqlara doğru yönəldəcək.
לא ירעבו ולא יצמאו ולא יכם שרב ושמש כי מרחמם ינהגם ועל מבועי מים ינהלם
11 Mən bütün dağlarımı yola döndərəcəyəm, Yollarımı hamar edəcəyəm.
ושמתי כל הרי לדרך ומסלתי ירמון
12 Budur, xalqım uzaq yerlərdən, Kimisi şimaldan, kimisi qərbdən, Kimisi isə Sinim ölkəsindən gələcək».
הנה אלה מרחוק יבאו והנה אלה מצפון ומים ואלה מארץ סינים
13 Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək.
רנו שמים וגילי ארץ יפצחו (ופצחו) הרים רנה כי נחם יהוה עמו וענייו ירחם
14 Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu».
ותאמר ציון עזבני יהוה ואדני שכחני
15 Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
התשכח אשה עולה מרחם בן בטנה גם אלה תשכחנה ואנכי לא אשכחך
16 Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.
הן על כפים חקתיך חומתיך נגדי תמיד
17 Oğulların tələsib yanına gələcək, Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək.
מהרו בניך מהרסיך ומחריביך ממך יצאו
18 Qaldır başını, bax ətrafına: Hamı yığılıb yanına gəlir. Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki, Onların hamısı sənin üçün bər-bəzək olacaq, Gəlin kimi onları taxıb fəxr edəcəksən!
שאי סביב עיניך וראי כלם נקבצו באו לך חי אני נאם יהוה כי כלם כעדי תלבשי ותקשרים ככלה
19 Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq.
כי חרבתיך ושממתיך וארץ הרסתך כי עתה תצרי מיושב ורחקו מבלעיך
20 Sənin sürgündə doğulmuş övladların Səsini ucaldıb belə deyəcək: “Bu yer bizim üçün dar gəlir, Yaşamaq üçün bizə yer ver”.
עוד יאמרו באזניך בני שכליך צר לי המקום גשה לי ואשבה
21 Sən qəlbində deyəcəksən: “Axı bunları mənim üçün kim doğdu? Övladlarım itkin düşmüşdü, sonsuz oldum, Sürgün edilmişdim, qovulmuşdum. Belə isə bunları kim böyütdü? Mən tək-tənha qalmışdım, Bəs bunlar haradan gəlib-çıxdı?”»
ואמרת בלבבך מי ילד לי את אלה ואני שכולה וגלמודה גלה וסורה ואלה מי גדל--הן אני נשארתי לבדי אלה איפה הם
22 Xudavənd Rəbb belə deyir: «Budur, Mən əlimi millətlərə Bir işarə kimi uzadacağam, Bayrağımı xalqlar arasında qaldıracağam. Onlar sənin oğullarını qucağında, Qızlarını çiyinlərində gətirəcək.
כה אמר אדני יהוה הנה אשא אל גוים ידי ואל עמים ארים נסי והביאו בניך בחצן ובנתיך על כתף תנשאנה
23 Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».
והיו מלכים אמניך ושרותיהם מיניקתיך--אפים ארץ ישתחוו לך ועפר רגליך ילחכו וידעת כי אני יהוה אשר לא יבשו קוי
24 Məgər güclünün əlindən qənimət alına bilərmi? Zorakının əlindən əsirlər qurtula bilərmi?
היקח מגבור מלקוח ואם שבי צדיק ימלט
25 Amma Rəbb belə deyir: «Bəli, güclünün əlindən əsirlər də alına bilər, Zorakının əlindən qənimət də götürülə bilər, Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm, Övladlarını Mən qurtaracağam.
כי כה אמר יהוה גם שבי גבור יקח ומלקוח עריץ ימלט ואת יריבך אנכי אריב ואת בניך אנכי אושיע
26 Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm, Öz qanları ilə sərxoş olub Şirin şərab içənlərin halına düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».
והאכלתי את מוניך את בשרם וכעסיס דמם ישכרון וידעו כל בשר כי אני יהוה מושיעך וגאלך אביר יעקב

< Yeşaya 49 >