< До римлян 11 >

1 Отож я питаю: Чи ж Бог відкинув наро́да Свого́? Зо́всім ні! Бо й я ізра́їльтянин, із насіння Авраамового, Веніями́нового племени.
Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm.
2 Не відкинув Бог наро́да Свого́, що його перше знав. Чи ви не знаєте, що гово́рить Писа́ння „про Іллю“, як він ска́ржиться Богові на Ізраїля, кажучи:
Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir:
3 „Господи, вони повбивали пророків Твоїх, і Твої же́ртівники поруйнували, і лишився я сам, і шукають моєї душі“.
«Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
4 Та що каже йому Божа відповідь: „Я для Себе зоставив сім тисяч мужа, що перед Ваа́лом колін не схилили“.
Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
5 Також і тепе́рішнього ча́су залиши́вся останок за ви́бором благодаті.
Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var.
6 А коли за благода́ттю, то не з учинків, інакше благода́ть не була́ б благода́ттю. А коли з учинків, то це більше не благода́ть, інакше вчи́нок не є вже вчинок.
Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.
7 Що ж? Чого Ізраїль шукає, того не оде́ржав, та оде́ржали ви́брані, а останні затверді́ли,
Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu.
8 як написано: „Бог дав їм духа засипа́ння, очі, щоб не бачили, і ву́ха, щоб не чули, аж до сього́днішнього дня“.
Necə ki yazılıb: «Allah onları dərin yuxuya saldı, Onlara bu günədək görməyən gözlər, Eşitməyən qulaqlar verdi».
9 А Дави́д каже: „Нехай станеться стіл їхній за сітку й за па́стку, і на спокусу, та їм на заплату;
Davud da belə deyir: «Süfrələri onlara tələ, tor, Büdrəmə daşı və cəza olsun.
10 нехай потемні́ють їхні очі, щоб не бачили, хай наза́вжди зігне́ться хребе́т їхній!“
Gözlərinə qara gəlsin, görməsinlər, Belləri həmişə bükülü qalsın!»
11 Тож питаю: Чи ж спіткну́лись вони, щоб упасти? Зо́всім ні! Але з їхнього зане́паду — спасі́ння поганам, щоб ви́кликати за́здрість у них.
Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın.
12 А коли їхній зане́пад — багатство для світу, а їхнє упоко́рення — багатство поганам, — скільки ж більш повнота́ їхня?
Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
13 Кажу́ бо я вам, поганам: через те, що я апо́стол поганів, я хвалю́ свою службу,
Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki,
14 може як викличу за́здрість у своїх за тілом, і спасу́ де́кого з них.
bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim.
15 Коли ж відки́нення їх — то прими́рення світу, то що́ їхнє прийняття́, як не життя з мертвих?
Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi?
16 А коли святий пе́рвісток, то й тісто святе; а коли святий корінь, то й ві́ття святе.
Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17 Коли ж деякі з галу́зок відломи́лися, а ти, бувши дике оливне дерево, прищепи́вся між них і став спільнико́м то́вщу оли́вного ко́реня,
Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa,
18 то не вихваляйся перед галу́зками; а коли вихваля́єшся, то знай, що не ти носиш кореня, але корінь тебе.
o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır.
19 Отже скажеш: „Галу́зки відломи́лися, щоб я прищепи́вся“.
O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum.
20 Добре. Вони відломились невірством, а ти тримаєшся вірою; не величайся, але бійся.
Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx!
21 Бо коли Бог природних галу́зок не пожалував, то Він і тебе не пожа́лує!
Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək.
22 Отже, бач до́брість і суво́рість Божу, — на відпалих суворість, а на тебе до́брість Божа, коли перебу́деш у до́брості, коли ж ні, то й ти бу́деш відтя́тий.
Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan.
23 Та й вони, коли не зоста́нуться в невірстві, прище́пляться, бо має Бог силу їх знов прищепи́ти.
Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir.
24 Бо коли ти відтя́тий з оливки, дикої з природи, і проти природи заще́плений до доброї оливки, то скільки ж більше ті, що природні, прище́пляться до своєї власної оливки?
Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
25 Бо не хо́чу я, браття, щоб ви не знали цієї таємниці, — щоб не були́ ви високої думки про себе, що жорстокість ста́лась Ізраїлеві поча́сти, аж поки не вві́йде повне число поган,
Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın.
26 і так увесь Ізраїль спасеться, як написано: „При́йде з Сіо́ну Спаситель, і відве́рне безбожність від Якова,
Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
27 і це запові́т їм від Мене, коли відійму́ гріхи їхні!“
«Günahlarını aradan qaldırdığım zaman Mənim onlarla bağladığım Əhd budur».
28 Тож вони за Єва́нгелією вороги ради вас, а за вибором — улю́блені ради отців.
Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir.
29 Бо да́ри й покли́кання Божі невідмінні.
Çünki Allahın ənamları və dəvəti geri alınmaz.
30 Бо як і ви були́ колись неслухняні Богові, а тепер поми́лувані через їхній непо́слух,
Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız;
31 так і вони тепер спроти́вились для поми́лування вас, щоб і самі були помилувані.
eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar.
32 Бо замкнув Бог усіх у непо́слух, щоб помилувати всіх. (eleēsē g1653)
Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin. (eleēsē g1653)
33 О глиби́но багатства, і премудрости, і знання́ Божого! Які недовідо́мі при́суди Його, і недослі́джені дороги Його!
Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!
34 „Бо хто розум Господній пізнав? Або хто був дорадник Йому?
«Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?»
35 Або хто давніш Йому дав, і йому бу́де відда́но?“
«Kim Ona bir şey verdi ki, Əvəzini Ondan istəyə bilsin?»
36 Бо все з Нього, через Нього і для Нього! Йому слава навіки. Амі́нь. (aiōn g165)
Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin. (aiōn g165)

< До римлян 11 >