< Від Марка 14 >

1 За два ж дні була Пасха й Опрі́сноки. А первосвященики й книжники стали шукати, я́к би пі́дступом взяти Його та забити.
Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar.
2 Вони говорили: „Та не в свято, щоб бува́ колотне́ча в наро́ді не сталась“.
Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».
3 Коли ж Ісус був у Віфанії, у домі Си́мона, на проказу слабого, і сидів при столі, підійшла одна жінка, аляба́строву пляшечку маючи щирого на́рдового дуже ці́нного мира. І розбила вона аляба́строву пляшечку, і вилила миро на голову Йому!
İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü.
4 А дехто обу́рювались між собою й каза́ли: „На́що таке марнотра́тство на миро?
Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur?
5 Бо можна було б це миро продати більше, як за три сотні динаріїв, і вбогим роздати“. І нарікали на неї.
Axı bu ətiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar.
6 Ісус же сказав: „Залиші́ть її! Чого при́крість їй робите? Вона добрий учинок зробила Мені.
Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.
7 Бо вбогих ви маєте за́вжди з собою, і коли схочете, можете їм робити добро, — Мене ж не постійно ви маєте.
Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam.
8 Що могла, те зробила вона: заздалегі́дь намасти́ла Моє тіло на по́хорон.
Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi.
9 Поправді кажу́ вам: де тільки ця Єва́нгелія проповідувана буде в ці́лому світі, — на пам'ятку їй буде сказане й те, що́ зробила вона!“
Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın».
10 Юда ж Іскаріо́тський, один із Дванадцятьо́х, подався до первосвящеників, щоб їм Його видати.
O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə onların yanına getdi.
11 А вони, як почули, зраділи, і обіцяли йому срібнякі́в за те дати. І він став вишукувати, я́к би слушного ча́су їм видати Його.
Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.
12 А першого дня Опрі́сноків, коли пасху приношено в жертву, сказали Йому Його учні: „Куди хочеш, щоб пішли й приготува́ли ми Тобі пасху спожити?“
Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»
13 І посилає Він двох із Своїх учнів, і каже до них: „Підіть до міста, і стріне вас чоловік, що не́стиме в гле́кові воду, — то йдіть за ним.
İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin.
14 І там, куди він уві́йде, скажіть до госпо́даря дому: „Учитель питає: „Де кімна́та Моя, в якій Я споживу́ зо Своїми у́чнями пасху?“
O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›”
15 І він вам покаже велику го́рницю, ви́стелену та готову: там приготуйте для нас“.
Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün».
16 І учні пішли, і до міста прийшли, і знайшли, як Він їм сказав, — і зачали́ вони пасху готува́ти.
Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
17 А коли настав вечір, Він приходить із Дванадцятьма́.
Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi.
18 І як сиділи вони при столі й споживали, промовив Ісус: „Поправді кажу вам, що один з-поміж вас, „який споживає зо Мною“, видасть Мене́“.
Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».
19 Вони зачали́ сумувати, і один по одно́му питати Його: „Чи не я?“
Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?»
20 А Він їм сказав: „Один із Дванадцятьо́х, що в миску мача́є зо Мною.
İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur.
21 Людський Син справді йде, як про Нього написано; та горе тому́ чоловікові, що видасть він Лю́дського Сина! Було б краще тому чоловікові, коли б він не родився!“
Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».
22 Як вони ж споживали, Ісус узяв хліб, і поблагословив, поламав, і дав їм, і сказав: „Прийміть, споживайте, це — тіло Моє!“
Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir».
23 І взяв Він чашу, і, вчинивши подяку, подав їм, — і пили́ з неї всі.
Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi.
24 І промовив до них: „Це — кров Моя Ново́го Заповіту, що за багатьох проливається.
İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
25 Поправді кажу́ вам, що віднині не пи́тиму Я від плоду виноградного до того дня, як нови́м буду пити його в Царстві Божім!“
Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
26 А коли відспівали вони, на го́ру Оливну пішли.
Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.
27 Промовляє тоді їм Ісус: „Усі ви споку́ситесь ночі цієї, як написано: „Уражу́ Па́стиря, — і розпоро́шаться вівці!“
İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Qoyunlar pərən-pərən olacaq”.
28 По воскресінні ж Своїм Я вас ви́переджу в Галілеї“.
Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».
29 І відізвався до Нього Петро: „Хоч спокусяться й усі, — та не я!“
Peter Ona dedi: «Hamı Səni atıb getsə də, mən belə etməyəcəyəm».
30 Ісус же йому відказав: „Поправді кажу́ тобі, що сьогодні, цієї ось ночі, перше ніж заспіває півень дві́чі, — відречешся ти три́чі від Мене!“
İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».
31 А він ще сильніш запевняв: „Коли б мені й умерти з Тобою, — я не відречу́ся Тебе!“Так же само сказали й усі.
Amma Peter daha qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.
32 І приходять вони до місцевости, на ім'я́ Гефсима́нія, і каже Він у́чням Своїм: „Посидьте ви тут, поки Я помолюся“.
Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın».
33 І, взявши з Собою Петра, і Якова та Івана, Він зачав сумувати й тужи́ти.
O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı.
34 І сказав Він до них: „Обго́рнена сумом смерте́льним душа Моя! Залиші́ться тут і пильнуйте!“
Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun».
35 І Він відійшов трохи далі, припав до землі, та й благав, щоб, як можна, минула Його ця година.
İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin.
36 І благав Він: „Авва -Отче, — Тобі все можливе: пронеси мимо Мене цю чашу! А проте, — не чого хочу Я, але чого Ти“.
O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».
37 І вернувся, і знайшов їх, що спали, та й каже Петрові: „Симоне, спиш ти? Однієї години не зміг попильнува́ти?
İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin?
38 Пильнуйте й моліться, щоб не впасти в спокусу, — бадьо́рий бо дух, але не́мічне тіло!“
Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».
39 І зно́ву пішов і молився, те саме промовивши слово.
İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi.
40 А вернувшись, ізнову знайшов їх, що спали, бо зважні́ли їм очі були́. І не знали вони, що́ Йому відказати.
Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər.
41 І вернувсь Він утретє, та й каже до них: „Ви ще далі спите́ й спочиваєте? Скі́нчено, — надійшла та година: у руки грішникам ось видається Син Лю́дський!
İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur.
42 Уставайте, ходім, — ось набли́зивсь Мій зрадник“.
Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»
43 І зараз, як Він ще говорив, прийшов Юда, один із Дванадцятьо́х, а з ним люди з мечами та ки́ями від первосвящеників, і книжників, і старших.
İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi.
44 А зрадник Його дав був знака їм, кажучи: „Кого я поцілую, то Він, — беріть Його, і обере́жно ведіть“.
İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm nəzarət altında aparın».
45 І, прийшовши, підійшов він негайно та й каже: „Учителю!“І поцілував Його.
O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü.
46 Вони ж руки свої накла́ли на Нього, — і схопи́ли Його.
Yanındakı adamlar əl atıb İsanı tutdular.
47 А один із тих, що стояли навко́ло, меча ви́хопив та й рубону́в раба́ первосвященика, — і відтяв йому вухо.
İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.
48 А Ісус їм промовив у відповідь: „Немов на розбійника вийшли з мечами та ки́ями, щоб узяти Мене.
İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz?
49 Я щодня був із вами у храмі, навчаючи, — і Мене не взяли́ ви. Але, щоб збулися Писа́ння“.
Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma qoy Müqəddəs Yazılar yerinə yetsin».
50 Тоді всі полиши́ли Його й повтікали.
Onda hamı İsanı atıb qaçdı.
51 Один же юна́к, по наго́му заго́рнений у покрива́ло, ішов услід за Ним. І хапа́ють його.
Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar.
52 Але він, покрива́ло поки́нувши, утік наги́й.
Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.
53 А Ісуса вони повели́ до первосвященика. І зійшлися всі первосвященики й старші та книжники.
İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı.
54 Петро ж зда́лека йшов услід за Ним до сере́дини дво́ру первосвященика; і сидів він із службою, і грівсь при огні.
Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı.
55 А первосвященики та ввесь синедріо́н шукали посві́дчення на Ісуса, щоб Йому заподіяти смерть, — і не знахо́дили.
Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər.
56 Бо багато-хто свідчив фальши́во на Нього, але́ не було́ згідних сві́дчень.
Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi.
57 Тоді деякі встали, і кривосві́дчили супроти Нього й казали:
Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər:
58 „Ми чули, як Він говорив: Я зруйную цей храм рукотво́рний, — і за три дні збудую інший, нерукотво́рний“.
«Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”».
59 Але й так не було́ їхнє свідчення згідне.
Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.
60 Тоді встав насере́дині первосвященик, та й Ісуса спитав і сказав: „Ти нічо́го не відповідаєш, що свідчать вони проти Тебе?“
Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?»
61 Він же мовчав, і нічого не відповідав. Первосвященик ізно́ву спитав Його, до Нього говорячи: „Чи Христос Ти, Син Благослове́нного?“
Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?»
62 А Ісус відказав: „Я! І побачите ви Сина Лю́дського, що сидітиме по прави́ці сили Божої, і на хмарах небесних прихо́дитиме!“
İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz».
63 Роздер тоді первосвященик одежу свою та й сказав: „На що́ нам ще свідки потрібні?
Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var?
64 Ви чули цю богозневагу. Як вам здається?“Вони ж усі присудили, що Він умерти повинен.
Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir.
65 Тоді деякі стали плювати на Нього, і закривати обличчя Йому, і бити Його та казати Йому: „Пророкуй!“Служба теж Його била по що́ках.
Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular.
66 А коли Петро був на подві́р'ї надо́лі, приходить одна із служниць первосвященика,
Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi.
67 і як Петра вона вгледіла, що грівся, подивилась на нього та й каже: „І ти був із Ісусом Назаряни́ном!“
Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin».
68 Він же відрікся, говорячи: „Не відаю, і не розумію, що́ кажеш“. І вийшов назо́вні, на нереддвір'я. І заспівав тоді півень.
Amma Peter bunu inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı.
69 Служниця ж, коли його вгледіла, стала знов говорити прия́вним: „Цей із них!“
Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da onlardandır».
70 І він зно́ву відрікся. Незаба́ром же знов говорили прия́вні Петрові: „Поправді, ти з них, — бо ти галіле́янин. Та й мо́ва твоя́ така са́ма“.
Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan da, sən onlardansan, çünki Qalileyalısan».
71 А він став клясти́сь та божитись: „Не знаю Цього Чоловіка, про Якого говорите ви!“
Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o Adamı tanımıram».
72 І заспівав півень хвилі тієї подруге. І згадав Петро слово, що Ісус був промовив йому: „Перше ніж заспіває півень дві́чі, — відречешся ти тричі від Мене“. І кинувся він, та й плакати став.
Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.

< Від Марка 14 >