< 1 Івана 5 >

1 Кожен, хто вірує, що Ісус єсть Христос, той від Бога родив ся; і кожен, хто любить Родившого, любить і рожденого від Нього.
İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir.
2 По сьому пізнаємо, що любимо дітей Божих, коли Бога любимо, і заповіді Його хоронимо.
Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik.
3 Се бо любов Божа, щоб ми хоронили заповіді Його; а заповіді Його не тяжкі.
Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil.
4 Все бо рождене від Бога сьвіт побіждає; і ся побіда, побідивша сьвіт, віра наша.
Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır.
5 Хто се, що побіждає сьвіт, як не той, хто вірує, що Ісус Син Божий?
Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan!
6 Се Той, що прийшов з водою і кровю, Ісус Христос; та й не з водою тільки, а з водою і кровю; а Дух сьвідкує, бо Дух є правда.
Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir.
7 Бо три їх, що сьвідкують на небі: Отець, Слово і сьвятий Дух, і сї три - одно.
Bəli, üç şahid var:
8 І троє їх, що сьвідкують на землї: дух і вода і кров; і сї троє - одно.
Ruh, su və qan. Bunların üçü də bir-birinə uyğun gəlir.
9 Коли сьвідченнє людей приймаємо, то сьвідченнє Боже більше, бо се сьвідченнє Боже, котрим сьвідчив про Сина свого.
Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib.
10 Хто вірує в Сина Божого, має сьвідченнє в собі; хто не вірує Богу, ложником зробив Його, бо не увірував у сьвідченнє, котрим сьвідкував Бог про Сина свого.
Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb.
11 А се сьвідченнє єсть, що життє вічне дав нам Бог, а се життє у Синї Його. (aiōnios g166)
Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. (aiōnios g166)
12 Хто має Сина, має життє; хто не має Сина Божого, життя не має.
Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.
13 Се написав я вам, віруючим в імя Сина Божого, щоб ви знали, що маєте життє вічне, і щоб вірували в імя Сина Божого. (aiōnios g166)
Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz. (aiōnios g166)
14 І се одвага, котру маємо до Него, що, коли чого просимо по волї Його, Він слухає нас;
Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.
15 і коли знаємо, що Він слухає нас, чого б ми не просили, то знаємо, що одержуємо прощення від Него.
Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq.
16 Коли хто бачить брата свого, що грішить гріхом не на смерть, нехай молить ся, і (Бог) дасть Йому життє, тим що грішить не на смерть. Єсть гріх на смерть, не за сей кажу, щоб молив ся.
Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin.
17 Всяка неправда гріх, та єсть гріх не на смерть.
Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var.
18 Знаємо, що кожний, хто родив ся від Бога, не грішить; тільки рождений від Бога, хоронить себе, а лихий не дотикаєть ся його.
Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir.
19 Знаємо, що ми від Бога, і ввесь сьвіт у лихому лежить.
Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır.
20 Знаємо ж, що Син Божий прийшов, і дав нам розум, щоб пізнавали Бога правдивого; і ми в правдивому, в Синї Його Ісусї Христї. (aiōnios g166)
Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur. (aiōnios g166)
21 Сей правдивий Бог, і життє вічне. Дїточки, хоронїть себе від ідолів. Амінь.
Ey övladlar, özünüzü bütlərdən qoruyun!

< 1 Івана 5 >