< Luka 23 >

1 Sonra bütün kurul üyeleri kalkıp İsa'yı Pilatus'a götürdüler.
Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı.
2 O'nu şöyle suçlamaya başladılar: “Bu adamın ulusumuzu yoldan saptırdığını gördük. Sezar'a vergi ödenmesine engel oluyor, kendisinin de Mesih, yani bir kral olduğunu söylüyor.”
Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır».
3 Pilatus İsa'ya, “Sen Yahudiler'in Kralı mısın?” diye sordu. İsa, “Söylediğin gibidir” yanıtını verdi.
Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».
4 Pilatus, başkâhinlerle halka, “Bu adamda hiçbir suç görmüyorum” dedi.
Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm».
5 Ama onlar üstelediler: “Yahudiye'nin her tarafında öğretisini yayarak halkı kışkırtıyor; Celile'den başlayıp ta buraya kadar geldi” dediler.
Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır».
6 Pilatus bunu duyunca, “Bu adam Celileli mi?” diye sordu.
Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?»
7 İsa'nın, Hirodes'in yönetimindeki bölgeden geldiğini öğrenince, kendisini o sırada Yeruşalim'de bulunan Hirodes'e gönderdi.
İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi.
8 Hirodes İsa'yı görünce çok sevindi. O'na ilişkin haberleri duyduğu için çoktandır O'nu görmek istiyor, gerçekleştireceği bir belirtiye tanık olmayı umuyordu.
Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu.
9 O'na birçok soru sordu, ama O hiç karşılık vermedi.
Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi.
10 Orada duran başkâhinlerle din bilginleri, İsa'yı ağır bir dille suçladılar.
Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər.
11 Hirodes de askerleriyle birlikte O'nu aşağılayıp alay etti. O'na gösterişli bir kaftan giydirip Pilatus'a geri gönderdi.
Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı.
12 Bu olaydan önce birbirine düşman olan Hirodes'le Pilatus, o gün dost oldular.
Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı.
13 Pilatus, başkâhinleri, yöneticileri ve halkı toplayarak onlara, “Siz bu adamı bana, halkı saptırıyor diye getirdiniz” dedi. “Oysa ben bu adamı sizin önünüzde sorguya çektim ve kendisinde öne sürdüğünüz suçlardan hiçbirini bulmadım.
O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb
onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim.
15 Hirodes de bulmamış olmalı ki, O'nu bize geri gönderdi. Görüyorsunuz, ölüm cezasını gerektiren hiçbir şey yapmadı.
Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib.
16 Bu nedenle ben O'nu dövdürüp salıvereceğim.”
Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm».
18 Ama onlar hep bir ağızdan, “Yok et bu adamı, bize Barabba'yı salıver!” diye bağırdılar.
Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!»
19 Barabba, kentte çıkan bir ayaklanmaya katılmaktan ve adam öldürmekten hapse atılmıştı.
Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı.
20 İsa'yı salıvermek isteyen Pilatus onlara yeniden seslendi.
Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı.
21 Onlar ise, “O'nu çarmıha ger, çarmıha ger!” diye bağrışıp durdular.
Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar.
22 Pilatus üçüncü kez, “Bu adam ne kötülük yaptı ki?” dedi. “Ölüm cezasını gerektirecek hiçbir suç bulmadım O'nda. Bu nedenle O'nu dövdürüp salıvereceğim.”
Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm».
23 Ne var ki onlar, yüksek sesle bağrışarak İsa'nın çarmıha gerilmesi için direttiler. Sonunda bağırışları baskın çıktı ve Pilatus, onların isteğinin yerine getirilmesine karar verdi.
Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi.
Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi.
25 İstedikleri kişiyi, ayaklanmaya katılmak ve adam öldürmekten hapse atılan kişiyi salıverdi. İsa'yı ise onların isteğine bıraktı.
Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.
26 Askerler İsa'yı götürürken, kırdan gelmekte olan Simun adında Kireneli bir adamı yakaladılar, çarmıhı sırtına yükleyip İsa'nın arkasından yürüttüler.
Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər.
27 Büyük bir halk topluluğu da İsa'nın ardından gidiyordu. Aralarında İsa için dövünüp ağıt yakan kadınlar vardı.
İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi.
28 İsa bu kadınlara dönerek, “Ey Yeruşalim kızları, benim için ağlamayın” dedi. “Kendiniz ve çocuklarınız için ağlayın.
İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın.
29 Çünkü öyle günler gelecek ki, ‘Kısır kadınlara, hiç doğurmamış rahimlere, emzirmemiş memelere ne mutlu!’ diyecekler.
Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər.
30 O zaman dağlara, ‘Üzerimize düşün!’ ve tepelere, ‘Bizi örtün!’ diyecekler.
“O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”.
31 Çünkü yaş ağaca böyle yaparlarsa, kuruya neler olacaktır?”
Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»
32 İsa'yla birlikte idam edilmek üzere ayrıca iki suçlu da götürülüyordu.
İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı.
33 Kafatası denilen yere vardıklarında İsa'yı, biri sağında öbürü solunda olmak üzere, iki suçluyla birlikte çarmıha gerdiler.
Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.
34 İsa, “Baba, onları bağışla” dedi. “Çünkü ne yaptıklarını bilmiyorlar.” O'nun giysilerini aralarında paylaşmak için kura çektiler.
Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
35 Halk orada durmuş, olanları seyrediyordu. Yöneticiler İsa'yla alay ederek, “Başkalarını kurtardı; eğer Tanrı'nın Mesihi, Tanrı'nın seçtiği O ise, kendini de kurtarsın” diyorlardı.
Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»
36 Askerler de yaklaşıp İsa'yla eğlendiler. O'na ekşi şarap sunarak, “Sen Yahudiler'in Kralı'ysan, kurtar kendini!” dediler.
Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib
belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»
38 Başının üzerinde şu yafta vardı: YAHUDİLER'İN KRALI BUDUR
Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
39 Çarmıha asılan suçlulardan biri, “Sen Mesih değil misin? Haydi, kendini de bizi de kurtar!” diye küfretti.
Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!»
40 Ne var ki, öbür suçlu onu azarladı. “Sende Tanrı korkusu da mı yok?” diye karşılık verdi. “Sen de aynı cezayı çekiyorsun.
O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
41 Nitekim biz haklı olarak cezalandırılıyor, yaptıklarımızın karşılığını alıyoruz. Oysa bu adam hiçbir kötülük yapmadı.”
Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
42 Sonra, “Ey İsa, kendi egemenliğine girdiğinde beni an” dedi.
Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
43 İsa ona, “Sana doğrusunu söyleyeyim, sen bugün benimle birlikte cennette olacaksın” dedi.
İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
44 Öğleyin on iki sularında güneş karardı, üçe kadar bütün ülkenin üzerine karanlık çöktü. Tapınaktaki perde ortasından yırtıldı.
Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,
günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.
46 İsa yüksek sesle, “Baba, ruhumu ellerine bırakıyorum!” diye seslendi. Bunu söyledikten sonra son nefesini verdi.
İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.
47 Olanları gören yüzbaşı, “Bu adam gerçekten doğru biriydi” diyerek Tanrı'yı yüceltmeye başladı.
Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi.
48 Olayı seyretmek için biriken halkın tümü olup bitenleri görünce göğüslerini döve döve geri döndüler.
Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.
49 Ama İsa'nın bütün tanıdıkları ve Celile'den O'nun ardından gelen kadınlar uzakta durmuş, olanları seyrediyorlardı.
İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
50 Yüksek Kurul üyelerinden Yusuf adında iyi ve doğru bir adam vardı.
Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi.
51 Bir Yahudi kenti olan Aramatya'dan olup Tanrı'nın Egemenliği'ni umutla bekleyen Yusuf, Kurul'un kararını ve eylemini onaylamamıştı.
O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi.
52 Pilatus'a gidip İsa'nın cesedini istedi.
O, Pilatın yanına gedib İsanın cəsədini istədi.
53 Cesedi çarmıhtan indirip keten beze sardı, hiç kimsenin konulmadığı, kayaya oyulmuş bir mezara yatırdı.
Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu.
54 Hazırlık Günü'ydü ve Şabat Günü başlamak üzereydi.
O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı.
55 İsa'yla birlikte Celile'den gelen kadınlar da Yusuf'un ardından giderek mezarı ve İsa'nın cesedinin oraya nasıl konulduğunu gördüler.
İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər.
56 Evlerine dönerek baharat ve güzel kokulu yağlar hazırladılar. Ama Şabat Günü, Tanrı'nın buyruğu uyarınca dinlendiler.
Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.

< Luka 23 >