< Hezekiel 10 >

1 Baktım, Keruvlar'ın başı üzerindeki kubbenin üzerinde laciverttaşından tahta benzer bir nesne gördüm.
Mən baxıb gördüm ki, keruvların başı üzərindəki qübbənin üstündə göy yaqut daşı kimi görünüşcə taxta bənzər bir şey peyda oldu.
2 RAB keten giysili adama, “Keruvlar'ın altındaki tekerleklerin arasına gir. Avuçlarını Keruvlar'ın arasındaki ateş közleriyle doldurup kentin üzerine közleri saç” dedi. Adamın oraya girdiğini gördüm.
Rəbb kətan geyinmiş adama belə söylədi: «Keruvların altındakı fırlanan təkərlərin arasına girib keruvların arasından iki ovuc odlu köz götür və şəhərin üzərinə səpələ». O adam gözümün qabağında oraya girdi.
3 Adam oraya girdiğinde, Keruvlar tapınağın güney tarafında duruyordu. Bulut tapınağın iç avlusunu doldurdu.
O adam oraya girəndə keruvlar məbədin cənub tərəfində durmuşdu. Bu zaman bulud içəri həyətə doldu.
4 RAB'bin görkemi Keruvlar'ın üzerinden ayrılıp tapınağın eşiğine gitti. Tapınak bulutla doldu. Avlu RAB'bin görkeminin parıltısıyla doluydu.
Rəbbin izzəti keruvun üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud bürüdü və həyət Rəbbin izzətinin nuru ilə doldu.
5 Keruvlar'ın kanatlarının sesi dış avludan bile duyuluyordu; tıpkı Her Şeye Gücü Yeten Tanrı'nın sesi gibiydi.
Keruvların qanadlarının səsi bayır həyətə qədər gəlirdi. Bu səs Külli-İxtiyar Allah danışdığı zaman çıxan səs kimi uca idi.
6 RAB keten giysili adama, “Keruvlar'dan ve tekerleklerin arasından ateş al” diye buyurunca, adam oraya girip bir tekerleğin yanında durdu.
Rəbb kətan geyinmiş adama «keruvların və fırlanan təkərlərin arasından od götür» deyə əmr edəndə o girib bir təkərin yanında durdu.
7 Sonra Keruvlar'dan biri aralarındaki ateşe elini uzattı, biraz ateş alıp keten giysili adamın avuçlarına koydu. Adam ateşi alıp oradan ayrıldı.
Onda keruvlardan biri keruvların arasından əlini uzadıb onların ortasında olan odu götürdü və kətan geyinmiş adamın ovcuna qoydu. O adam da odu götürüb çıxdı.
8 Keruvlar'ın kanatları altında insan eline benzer bir şekil göründü.
Keruvların qanadları altında insan əlinə bənzər bir şey göründü.
9 Baktım, her Keruv'un yanında birer tane olmak üzere dört tekerlek gördüm. Tekerlekler sarı yakut gibi parıldıyordu.
Mən baxıb gördüm ki, keruvların yanında dörd təkər və hər keruvun yanında bir təkər var. Təkərlər sarı yaqut kimi parıldayırdı.
10 Dördü de birbirine benziyor, iç içe girmiş bir tekerleği andırıyordu.
Dördünün də görünüşü eyni cür idi, sanki bir təkər o biri təkər içində yerləşmişdi.
11 Hareket edince Keruvlar'ın baktıkları dört yönden birine doğru, sağa sola dönmeden ilerliyordu. Ön tekerlek nereye yönelirse, öbür tekerlekler de onun ardınca gidiyordu.
Getdikləri zaman dörd tərəfə hərəkət edirdilər, gedərkən sağa-sola dönmürdülər. Baş hansı tərəfə yönəlmişdisə, o tərəfə də gedirdilər, gedərkən sağa-sola dönmürdülər.
12 Keruvlar'ın bedenleri –sırtları, elleri, kanatları– ve dördünün de tekerlekleri çepeçevre gözlerle doluydu.
Onların bütün bədəni, kürəyi, əlləri, qanadları və təkərləri – dördünün də təkərləri hər tərəfdən gözlərlə dolu idi.
13 Tekerleklere “Dönen tekerlekler” dendiğini duydum.
Mən bu təkərlərə «fırlanan təkərlər» deyildiyini eşitdim.
14 Her Keruv'un dört yüzü vardı: Birinci yüz öküz yüzüne, ikincisi insan yüzüne, üçüncüsü aslan yüzüne, dördüncüsü kartal yüzüne benziyordu.
Canlı məxluqların hər birinin dörd üzü var idi: birincisi keruv üzü, ikincisi insan üzü, üçüncüsü aslan üzü və dördüncüsü qartal üzü idi.
15 Keruvlar yukarıya doğru yükseldi. Bunlar daha önce Kevar Irmağı kıyısında gördüğüm canlı yaratıklardı.
Keruvlar yerdən qalxdı. Bunlar Kevar çayının sahilində gördüyüm həmin canlı məxluqlar idi.
16 Keruvlar hareket edince, yanlarındaki tekerlekler de hareket ediyor, Keruvlar yerden yükselmek için kanatlarını açınca, tekerlekler de yanlarından ayrılmıyordu.
Keruvlar gedəndə onların yanında olan təkərlər də gedirdi. Keruvlar yerdən qalxmaq üçün qanadlarını qaldıranda təkərlər də onların yanından ayrılmırdı.
17 Keruvlar durduğunda onlar da duruyor, Keruvlar yerden yükseldiğinde onlar da yükseliyordu. Çünkü yaratıkların ruhu tekerleklerdeydi.
Onlar dayananda bunlar da dayanırdı, onlar yerdən qalxanda bunlar da birlikdə yerdən qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.
18 RAB'bin görkemi tapınağın eşiğinden ayrılıp Keruvlar'ın üzerinde durdu.
Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu.
19 Ben bakarken Keruvlar kanatlarını açıp yerden yükseldi, tekerlekler de onlarla yükseldi. RAB'bin Tapınağı'nın Doğu Kapısı'nın girişinde durdular. İsrail Tanrısı'nın görkemi onların üzerindeydi.
Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.
20 Kevar Irmağı kıyısında, İsrail Tanrısı'nın altında gördüğüm ve Keruvlar olduğunu anladığım canlı yaratıklar bunlardı.
Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında gördüyüm həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur.
21 Her birinin dört yüzü, dört kanadı vardı. Kanatlarının altında insan elini andıran bir şey vardı.
Hər birinin dörd üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər bir şey var idi.
22 Yüzleri Kevar Irmağı kıyısında gördüğüm yüzlere benziyordu. Her biri dosdoğru ilerliyordu.
Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində gördüyüm üzlərə oxşayırdı. Hər biri üz tutduğu tərəfə irəliləyirdi.

< Hezekiel 10 >