< Salmos 15 >

1 Jehová, ¿quién habitará en tu tabernáculo? ¿quién residirá en el monte de tu santidad?
Davudun məzmuru. Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar?
2 El que anda en integridad, y obra justicia, y habla verdad en su corazón:
Kamillik yolu ilə gedən, Əməlisaleh olan, Ürəkdən həqiqəti söyləyən,
3 El que no revolvió con su lengua, ni hizo mal a su prójimo, ni levantó vergüenza contra su cercano.
Dilinə böhtan gəlməyən, Dostuna yamanlıq etməyən, Qonşusunu təhqir etməyən,
4 En sus ojos es menospreciado el vil, y a los que temen a Jehová, honra: juró en daño suyo, y no mudó.
Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən,
5 Su dinero no dio a usura, ni tomó cohecho contra el inocente. El que hace estas cosas, no resbalará jamás.
Sələmlə pul verməyən, Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan. Əsla sarsılmaz belə həyat sürən insan!

< Salmos 15 >