< Псалтирь 116 >

1 Аллилуия. Я радуюсь, что Господь услышал голос мой, моление мое;
Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir.
2 приклонил ко мне ухо Свое, и потому буду призывать Его во все дни мои.
Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
3 Объяли меня болезни смертные, муки адские постигли меня; я встретил тесноту и скорбь. (Sheol h7585)
Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı. (Sheol h7585)
4 Тогда призвал я имя Господне: Господи! избавь душу мою.
O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!»
5 Милостив Господь и праведен, и милосерд Бог наш.
Rəbb lütfkardır, ədalətlidir, Allahımız mərhəmətlidir.
6 Хранит Господь простодушных: я изнемог, и Он помог мне.
Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı.
7 Возвратись, душа моя, в покой твой, ибо Господь облагодетельствовал тебя.
Ey canım, rahat ol, Çünki Rəbb sənə comərdlik etdi.
8 Ты избавил душу мою от смерти, очи мои от слез и ноги мои от преткновения.
Ya Rəbb, canımı ölümdən, Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.
9 Буду ходить пред лицем Господним на земле живых.
İndi Rəbbin hüzurunda gəzib-dolaşıram, Dirilər arasındayam.
10 Аллилуия. Я веровал, и потому говорил: я сильно сокрушен.
«Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim.
11 Я сказал в опрометчивости моей: всякий человек ложь.
Mən təlaşa düşüb belə demişdim: «Bütün insanlar yalançıdır».
12 Что воздам Господу за все благодеяния Его ко мне?
Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?
13 Чашу спасения прииму и имя Господне призову.
Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam.
14 Обеты мои воздам Господу пред всем народом Его.
Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm.
15 Дорога в очах Господних смерть святых Его!
Rəbbin gözündə hər bir möminin Ölümü çox bahadır.
16 О, Господи! я раб Твой, я раб Твой и сын рабы Твоей; Ты разрешил узы мои.
Aman, ya Rəbb, mən Sənin qulunam, Qulunam, kənizinin oğluyam, Buxovlarımı açmısan.
17 Тебе принесу жертву хвалы, и имя Господне призову.
Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam.
18 Обеты мои воздам Господу пред всем народом Его,
Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm
19 во дворах дома Господня, посреди тебя, Иерусалим! Аллилуия.
Rəbbin evinin həyətində, Ey Yerusəlim, sənin mərkəzində. Rəbbə həmd edin!

< Псалтирь 116 >