< لاویان 14 >

و خداوند موسی را خطاب کرده، گفت: ۱ 1
Rəbb Musaya dedi:
«این است قانون مبروص: در روزتطهیرش نزد کاهن آورده شود. ۲ 2
«Dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu adam kahinin yanına gətirildikdə
و کاهن بیرون لشکرگاه برود و کاهن ملاحظه کند. اگر بلای برص از مبروص رفع شده باشد، ۳ 3
kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın; onun dərisindəki əlamətlər sağalıbsa,
کاهن حکم بدهد که برای آن کسی‌که باید تطهیر شود، دوگنجشک زنده طاهر، و چوب ارز و قرمز و زوفابگیرند. ۴ 4
onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin.
و کاهن امر کند که یک گنجشک را درظرف سفالین بر بالای آب روان بکشند. ۵ 5
Kahinin buyurduğuna görə quşların biri saxsı qabda axar su üzərində kəsilsin.
و اماگنجشک زنده را با چوب ارز و قرمز و زوفا بگیردو آنها را با گنجشک زنده به خون گنجشکی که برآب روان کشته شده، فرو برد. ۶ 6
Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın.
و بر کسی‌که ازبرص باید تطهیر شود هفت مرتبه بپاشد، و حکم به طهارتش بدهد. و گنجشک زنده را به سوی صحرا رها کند. ۷ 7
Sonra qoy cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə buraxsın.
و آن کس که باید تطهیر شودرخت خود را بشوید، و تمامی موی خود رابتراشد، و به آب غسل کند، و طاهر خواهد شد. وبعد از آن به لشکرگاه داخل شود، لیکن تا هفت روز بیرون خیمه خود بماند. ۸ 8
Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın.
و در روز هفتم تمامی موی خود را بتراشد از سر و ریش وآبروی خود، یعنی تمامی موی خود را بتراشد ورخت خود را بشوید و بدن خود را به آب غسل دهد. پس طاهر خواهد بود. ۹ 9
Yeddinci gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini su ilə yusun, sonra pak sayılsın.
«و در روز هشتم دو بره نرینه بی‌عیب، ویک بره ماده‌یک ساله بی‌عیب، و سه عشر آرد نرم سرشته شده به روغن، برای هدیه آردی، و یک لج روغن بگیرد. ۱۰ 10
Səkkizinci gün o adam qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirsin.
و آن کاهن که او را تطهیر می‌کند، آن کس را که باید تطهیر شود، با این چیزها به حضور خداوند نزد در خیمه اجتماع حاضر کند. ۱۱ 11
Paklanma mərasimi ilə məşğul olan kahin paklanan adamı və gətirdiyi təqdimləri Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gətirsin.
و کاهن یکی از بره های نرینه را گرفته، آن را باآن لج روغن برای قربانی جرم بگذراند. و آنها رابرای هدیه جنبانیدنی به حضور خداوند بجنباند. ۱۲ 12
Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir qurbanı kimi təqdim etsin. Onları Rəbbin hüzurunda yellədərək təqdim etsin.
و بره را در جایی که قربانی گناه و قربانی سوختنی را ذبح می‌کنند، در مکان مقدس ذبح کند، زیرا قربانی جرم مثل قربانی گناه از آن کاهن است. این قدس اقداس است. ۱۳ 13
Toğlunu günah qurbanı və yandırma qurbanı kəsdiyi yerdə – müqəddəs sayılan yerdə kəssin; çünki günah qurbanı kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir.
و کاهن از خون قربانی جرم بگیرد، و کاهن آن را بر نرمه گوش راست کسی‌که باید تطهیر شود، و بر شست دست راست و بر شست پای راست وی بمالد. ۱۴ 14
Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəksin.
وکاهن قدری از لج روغن گرفته، آن را در کف دست چپ خود بریزد. ۱۵ 15
Kahin bir az zeytun yağı götürüb sol ovcuna töksün və
و کاهن انگشت راست خود را به روغنی که در کف چپ خود دارد فروبرد، و هفت مرتبه روغن را به حضور خداوندبپاشد. ۱۶ 16
sağ əlinin bir barmağını sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin.
و کاهن از باقی روغن که در کف وی است بر نرمه گوش راست و بر شست دست راست و بر شست پای راست آن کس که بایدتطهیر شود، بالای خون قربانی جرم بمالد. ۱۷ 17
Ovcunda qalan yağdan kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanından çəkdiyi yerlərə sürtsün.
وبقیه روغن را که در کف کاهن است بر سر آن کس که باید تطهیر شود بمالد و کاهن برای وی به حضور خداوند کفاره خواهد نمود. ۱۸ 18
Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin.
و کاهن قربانی گناه را بگذراند، و برای آن کس که بایدتطهیر شود نجاست او را کفاره نماید. و بعد از آن قربانی سوختنی را ذبح کند. ۱۹ 19
Bundan sonra kahin günah qurbanını kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib
و کاهن قربانی سوختنی و هدیه آردی را بر مذبح بگذراند، وبرای وی کفاره خواهد کرد، و طاهر خواهد بود. ۲۰ 20
onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak sayılsın.
و اگر او فقیر باشد و دستش به اینها نرسد، پس یک بره نرینه برای قربانی جرم تا جنبانیده شود وبرای وی کفاره کند، بگیرد و یک عشر از آرد نرم سرشته شده به روغن برای هدیه آردی و یک لج روغن، ۲۱ 21
Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla bir loq zeytun yağı,
و دو فاخته یا دو جوجه کبوتر، آنچه دستش به آن برسد، و یکی قربانی گناه و دیگری قربانی سوختنی بشود. ۲۲ 22
biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin götürsün. Bunlara gücü çatar.
«و در روز هشتم آنها را نزد کاهن به درخیمه اجتماع برای طهارت خود به حضور خداوند بیاورد. ۲۳ 23
Paklanmasının səkkizinci günü bu adam bunları kahinin yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin.
و کاهن بره قربانی جرم و لج روغن را بگیرد و کاهن آنها را برای هدیه جنبانیدنی به حضور خداوند بجنباند. ۲۴ 24
Kahin təqsir qurbanı olan toğlunu və bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və
وقربانی جرم را ذبح نماید و کاهن از خون قربانی جرم گرفته، بر نرمه گوش راست و شست دست راست و شست پای راست کسی‌که تطهیرمی شود بمالد. ۲۵ 25
təqsir qurbanı olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin.
و کاهن قدری از روغن را به کف دست چپ خود بریزد. ۲۶ 26
Kahin zeytun yağından bir az sol ovcuna töksün
و کاهن از روغنی که دردست چپ خود دارد، به انگشت راست خودهفت مرتبه به حضور خداوند بپاشد. ۲۷ 27
və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi dəfə çiləsin.
و کاهن ازروغنی که در دست دارد بر نرمه گوش راست و برشست دست راست و بر شست پای راست کسی‌که تطهیر می‌شود، بر جای خون قربانی جرم بمالد. ۲۸ 28
Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin.
و بقیه روغنی که در دست کاهن است آن را بر سر کسی‌که تطهیر می‌شود بمالد تا برای وی به حضور خداوند کفاره کند. ۲۹ 29
Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin.
و یکی از دوفاخته یا از دو جوجه کبوتر را از آنچه دستش به آن رسیده باشد بگذراند. ۳۰ 30
Sonra bu adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin.
یعنی هر‌آنچه دست وی به آن برسد، یکی را برای قربانی گناه ودیگری را برای قربانی سوختنی با هدیه آردی. وکاهن برای کسی‌که تطهیر می‌شود به حضورخداوند کفاره خواهد کرد.» ۳۱ 31
Gücü çatan qədər birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin. Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin».
این است قانون کسی‌که بلای برص دارد، و دست وی به تطهیرخود نمی رسد. ۳۲ 32
Bu, dərisində cüzamın əlaməti olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır.
و خداوند موسی و هارون را خطاب کرده، گفت: ۳۳ 33
Rəbb Musaya və Haruna dedi:
«چون به زمین کنعان که من آن را به شمابه ملکیت می‌دهم داخل شوید، و بلای برص رادر خانه‌ای از زمین ملک شما عارض گردانم، ۳۴ 34
«Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm,
آنگاه صاحب‌خانه آمده، کاهن را اطلاع داده، بگوید که مرا به نظر می‌آید که مثل بلا در خانه است. ۳۵ 35
qoy ev sahibi gedib kahinə “evimdə kifə bənzər bir şey görünüb” deyə xəbər versin.
و کاهن امر فرماید تا قبل از داخل شدن کاهن برای دیدن بلا، خانه را خالی کنند، مباداآنچه در خانه است نجس شود، و بعد از آن کاهن برای دیدن خانه داخل شود، ۳۶ 36
Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki, evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin.
و بلا را ملاحظه نماید. اگر بلا در دیوارهای خانه از خطهای مایل به سبزی یا سرخی باشد، و از سطح دیوار گودتربنماید، ۳۷ 37
Əlamətə baxsın: evin divarlarında yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa,
پس کاهن از خانه نزد در بیرون رود وخانه را هفت روز ببندد. ۳۸ 38
kahin evdən çıxsın və onu bağlayıb yeddi gün müddətinə təcrid etsin.
و در روز هفتم کاهن باز بیاید و ملاحظه نماید اگر بلا در دیوارهای خانه پهن شده باشد، ۳۹ 39
Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət evin divarına yayılıbsa,
آنگاه کاهن امر فرماید تاسنگهایی را که بلا در آنهاست کنده، آنها را به‌جای ناپاک بیرون شهر بیندازند. ۴۰ 40
onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə atılsın.
و اندرون خانه را از هر طرف بتراشند و خاکی را که تراشیده باشند به‌جای ناپاک بیرون شهر بریزند. ۴۱ 41
Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara – həmin murdar yerə töksünlər.
وسنگهای دیگر گرفته، به‌جای آن سنگها بگذارندو خاک دیگر گرفته، خانه را اندود کنند. ۴۲ 42
Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra təzə mala götürüb evi malalasınlar.
و اگربلا برگردد و بعد از کندن سنگها و تراشیدن واندود کردن خانه باز در خانه بروز کند، ۴۳ 43
Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə,
پس کاهن بیاید و ملاحظه نماید. اگر بلا در خانه پهن شده باشد این برص مفسد در خانه است و آن نجس است. ۴۴ 44
kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın.
پس خانه را خراب کند باسنگهایش و چوبش و تمامی خاک خانه و به‌جای ناپاک بیرون شهر بیندازند. ۴۵ 45
Belə halda qoy ev sökülsün, onun daşları, taxtaları, bütün malası şəhərdən kənara – murdar yerə atılsın.
و هر‌که داخل خانه شود در تمام روزهایی که بسته باشد تا شام نجس خواهد بود. ۴۶ 46
Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın.
و هر‌که در خانه بخوابدرخت خود را بشوید و هر‌که در خانه چیزی خورد، رخت خود را بشوید. ۴۷ 47
O evdə yeyən yaxud yatan adam geyimlərini yusun.
و چون کاهن بیاید و ملاحظه نماید اگر بعد از اندود کردن خانه بلا در خانه پهن نشده باشد، پس کاهن حکم به طهارت خانه بدهد، زیرا بلا رفع شده است. ۴۸ 48
Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o, evi pak elan etsin, çünki kif keçib gedib.
وبرای تطهیر خانه دو گنجشک و چوب ارز و قرمزو زوفا بگیرد. ۴۹ 49
O, evi pak etmək üçün iki quş, sidr ağacının budağı, al rəngli ip və züfa otunu götürüb
و یک گنجشک را در ظرف سفالین بر آب روان ذبح نماید، ۵۰ 50
quşların birini saxsı qabda axar su üzərində kəssin.
و چوب ارز وزوفا و قرمز و گنجشک زنده را گرفته، آنها را به خون گنجشک ذبح شده و آب روان فرو برد، وهفت مرتبه بر خانه بپاشد. ۵۱ 51
Sonra kahin sidr ağacının budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın, evə yeddi dəfə çiləyərək
و خانه را به خون گنجشک و به آب روان و به گنجشک زنده و به چوب ارز و زوفا و قرمز تطهیر نماید. ۵۲ 52
quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfa otu və al rəngli iplə o evi pak etsin.
وگنجشک زنده را بیرون شهر به سوی صحرا رهاکند، و خانه را کفاره نماید و طاهر خواهد بود.» ۵۳ 53
Qoy kahin sağ qalan quşu şəhərdən kənara – çölə buraxsın. Beləcə o evi kəffarə etsin ki, o pak sayılsın».
این است قانون، برای هر بلای برص و برای سعفه، ۵۴ 54
Bu, hər cür cüzam, qotur,
و برای برص رخت و خانه، ۵۵ 55
geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif,
و برای آماس و قوبا و لکه براق. ۵۶ 56
şiş, səpki və ləkə,
و برای تعلیم دادن که چه وقت نجس می‌باشد و چه وقت طاهر. این قانون برص است. ۵۷ 57
belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır.

< لاویان 14 >