< دانیال 10 >

در سال سوم کورش پادشاه فارس، امری بر دانیال که به بلطشصر مسمی بود کشف گردید و آن امر صحیح و مشقت عظیمی بود. پس امر را فهمید و رویا را دانست. ۱ 1
Fars padşahı Kirin hökmranlığının üçüncü ilində Belteşassar adlanan Danielə bir vəhy gəldi. Bu vəhy həqiqi idi, amma anlaşılması çox çətin oldu. Görüntü ilə izah ediləndə o bu vəhyi dərk etdi.
در آن ایام من دانیال سه هفته تمام ماتم گرفتم. ۲ 2
O günlər mən Daniel üç həftə yas tutdum.
خوراک لذیذ نخوردم و گوشت و شراب به دهانم داخل نشد و تا انقضای آن سه هفته خویشتن را تدهین ننمودم. ۳ 3
Üç həftə bitənə qədər mən dadlı yemək yemədim, ət və şərab dilimə dəymədi və heç bir ətirli yağ sürtmədim.
و در روز بیست وچهارم ماه اول من بر کنار نهر عظیم یعنی دجله بودم. ۴ 4
Birinci ayın iyirmi dördüncü günü mən böyük Dəclə çayının kənarında idim.
و چشمان خود را برافراشته دیدم که ناگاه مردی ملبس به کتان که کمربندی از طلای اوفازبر کمر خود داشت، ۵ 5
Başımı qaldırıb gördüm ki, qarşımda kətan paltar geyinmiş, beli xalis qızılla qurşanan bir nəfər var.
و جسد او مثل زبرجد وروی وی مانند برق و چشمانش مثل شعله های آتش و بازوها و پایهایش مانند رنگ برنج صیقلی و آواز کلام او مثل صدای گروه عظیمی بود. ۶ 6
Onun bədəni sarı yaqut kimi, üzü şimşəyə bənzər, gözləri yanar məşəllər tək, qolları və ayaqları cilalanmış tunc kimi işıldayırdı, danışıq səsi kütlənin gurultusu kimi idi.
و من دانیال تنها آن رویا را دیدم و کسانی که همراه من بودند رویا را ندیدند لیکن لرزش عظیمی بر ایشان مستولی شد و فرار کرده، خودرا پنهان کردند. ۷ 7
Yalnız mən Daniel bu görüntünü gördüm, mənimlə birgə olan adamlar isə bunu görmədi. Ancaq onların arasına elə vəlvələ düşdü ki, gizlənmək üçün qaçdılar.
و من تنها ماندم و آن رویای عظیم را مشاهده می‌نمودم و قوت در من باقی نماند و خرمی من به پژمردگی مبدل گردید ودیگر هیچ طاقت نداشتم. ۸ 8
Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm.
اما آواز سخنانش راشنیدم و چون آواز کلام او را شنیدم به روی خودبر زمین افتاده، بیهوش گردیدم. ۹ 9
Mən onun danışıq səsini eşitdim. Danışıq səsini eşidəndə dərin yuxuya getdim və üzüstə düşüb torpağa uzandım.
که ناگاه دستی مرا لمس نمود و مرا بر دو زانو و کف دستهایم برخیزانید. ۱۰ 10
Bu vaxt mənə bir əl toxundu və məni əllərimlə dizlərimin üstünə qoydu.
و او مرا گفت: «ای دانیال مرد بسیارمحبوب! کلامی را که من به تو می‌گویم فهم کن وبر پایهای خود بایست زیرا که الان نزد تو فرستاده شده‌ام.» و چون این کلام را به من گفت لرزان بایستادم. ۱۱ 11
O mənə dedi: «Ey Allahın sevimlisi olan Daniel! Sənə dediyim sözləri dərk et və ayağa qalx, çünki indi sənin yanına göndərilmişəm». O bu sözləri deyəndə mən titrəyərək ayağa qalxdım.
و مرا گفت: «ای دانیال مترس زیرا از روزاول که دل خود را بر آن نهادی که بفهمی و به حضور خدای خود تواضع نمایی سخنان تومستجاب گردید و من به‌سبب سخنانت آمده‌ام. ۱۲ 12
O mənə dedi: «Qorxma, Daniel! Dərrakə qazanmağa meyl edib, Allahın önündə özünü aşağı tutmağı qərara aldığın üçün ilk gündən sözlərin eşidildi və mən sənin sözlərinə görə gəldim.
اما رئیس مملکت فارس بیست و یک روز بامن مقاومت نمود و میکائیل که یکی از روسای اولین است به اعانت من آمد و من در آنجا نزدپادشاهان فارس ماندم. ۱۳ 13
Lakin Fars ölkəsinin hamisi olan mələk iyirmi bir gün mənə qarşı dayandı. O zaman baş mələklərdən biri olan Mikael köməyimə gəldi, çünki mən orada Fars ölkəsinin hamisi olan mələklə birgə qalmışdım.
و من آمدم تا تو را ازآنچه در ایام آخر بر قوم تو واقع خواهد شداطلاع دهم زیرا که این‌رویا برای ایام طویل است.» ۱۴ 14
İndi gəldim ki, gələcəkdə xalqının başına nə gələcəyini sənə başa salım, çünki bu görüntü gələcək dövrə aiddir».
و چون اینگونه سخنان را به من گفته بود به روی خود بر زمین افتاده، گنگ شدم. ۱۵ 15
O belə sözlər söyləyərkən mən üzüstə yerə yıxılıb dinməz qaldım.
که ناگاه کسی به شبیه بنی آدم لبهایم را لمس نمود و من دهان خود را گشوده، متکلم شدم و به آن کسی‌که پیش من ایستاده بود گفتم: «ای آقایم از این‌رویادرد شدیدی مرا در‌گرفته است و دیگر هیچ قوت نداشتم. ۱۶ 16
Bu vaxt bəşər övladına bənzəyən bir nəfər dodaqlarıma toxundu. Mən ağzımı açıb danışmağa başladım və qarşımda durana dedim: «Ağam, bu görüntüyə görə əzaba qərq oldum və taqətim qalmadı.
پس چگونه بنده آقایم بتواند با آقایم گفتگو نماید و حال آنکه از آن وقت هیچ قوت درمن برقرار نبوده، بلکه نفس هم در من باقی نمانده است.» ۱۷ 17
Mən qulun ağamla necə danışa bilərəm? Çünki mənim gücüm tükəndi və canımda nəfəs qalmadı».
پس شبیه انسانی بار دیگر مرا لمس نموده، تقویت داد، ۱۸ 18
Onda insan simasında olan həmin şəxs yenə mənə toxunub güc verdi.
و گفت: «ای مرد بسیارمحبوب مترس! سلام بر تو باد و دلیر و قوی باش!» چون این را به من گفت تقویت یافتم و گفتم: «ای آقایم بگو زیرا که مرا قوت دادی.» ۱۹ 19
O dedi: «Ey Allahın sevimlisi, qorxma, sənə sülh olsun, möhkəm ol, möhkəm ol!» O mənimlə danışanda mən qüvvət tapıb dedim: «Ey ağam, danış, çünki sən mənə güc verdin».
پس گفت: «آیا می‌دانی که سبب آمدن من نزد توچیست؟ و الان برمی گردم تا با رئیس فارس جنگ نمایم و به مجرد بیرون رفتنم اینک رئیس یونان خواهد آمد. ۲۰ 20
O dedi: «Bilirsənmi mən niyə sənin yanına gəlmişəm? İndi mən Fars hamisi olan mələklə mübarizə etməyə qayıdıram. Mən gəlincə Yunan hamisi olan mələk gələcək.
لیکن تو را از آنچه در کتاب حق مرقوم است اطلاع خواهم داد و کسی غیر ازرئیس شما میکائیل نیست که مرا به ضد اینها مددکند. ۲۱ 21
Ancaq əvvəlcə mən həqiqət Kitabında yazılmış şeyləri sənə bildirəcəyəm. Onlara qarşı mübarizədə başçınız Mikaeldən başqa mənə köməkçi olan heç kəs yoxdur.

< دانیال 10 >