< Apenbaring 7 >

1 Deretter såg eg fire englar som stod på dei fire hyrno av jordi og heldt dei fire vindarne på jordi, so ingen vind skulde blåsa yver jordi eller yver havet eller på noko tre.
Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.
2 Og eg såg ein annan engel, som steig upp frå solovringi og hadde den livande Guds innsigle; og han ropa med høg røyst til dei fire englar som det var gjeve å skada jordi og havet,
Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi:
3 og sagde: «Skad ikkje jordi eller havet eller trei, fyrr me fær sett innsigle på vår Guds tenarar i deira pannor!»
«Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın».
4 Og eg høyrde talet på deim som hadde fenge innsigle: eit hundrad og fire og fyrti tusund med innsigle utav alle ætter av Israels born:
Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi:
5 av Juda-ætti tolv tusund med innsigle, av Ruben-ætti tolv tusund, av Gads-ætti tolv tusund,
Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər; Ruven qəbiləsindən 12 000 nəfər; Qad qəbiləsindən 12 000 nəfər;
6 av Assers-ætti tolv tusund, av Naftali-ætti tolv tusund, av Manasse-ætti tolv tusund,
Aşer qəbiləsindən 12 000 nəfər; Naftali qəbiləsindən 12 000 nəfər; Menaşşe qəbiləsindən 12 000 nəfər;
7 av Simeons-ætti tolv tusund, av Levi-ætti tolv tusund, av Issakars-ætti tolv tusund,
Şimeon qəbiləsindən 12 000 nəfər; Levi qəbiləsindən 12 000 nəfər; İssakar qəbiləsindən 12 000 nəfər;
8 av Sebulons-ætti tolv tusund, av Josefs-ætti tolv tusund, og av Benjamins-ætti tolv tusund med innsigle.
Zevulun qəbiləsindən 12 000 nəfər; Yusif qəbiləsindən 12 000 nəfər; Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər.
9 Deretter såg eg, og sjå: ein stor skare som ingen kunde telja, av alle folk og ætter og landslydar og tungemål, som stod framfor kongsstolen og Lambet, klædde i lange kvite klæde og med palmegreiner i henderne,
Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.
10 og dei ropa med høg røyst og sagde: «Frelsa høyrer til vår Gud, som sit på kongsstolen, og Lambet.»
Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
11 Og alle englarne stod rundt um stolen og um dei eldste og dei fire livendi, og dei fall ned for stolen på sitt andlit og tilbad Gud
Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər:
12 og sagde: «Amen! Velsigning og æra og visdom og takk og pris og magt og styrke høyrer til vår Gud i all æva! Amen.» (aiōn g165)
«Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!» (aiōn g165)
13 Og ein av dei eldste tok til ords og sagde til meg: «Desse som er klædde i dei lange kvite kjolarne, kven er dei, og kvar er dei komne ifrå?»
Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?»
14 Eg sagde til honom: «Herre, du veit det.» Og han sagde til meg: «Dette er dei som kjem ut or den store trengsla, og dei hev tvege kjolarne sine og gjort deim kvite i blodet av Lambet.
Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
15 Difor er dei for Guds kongsstol og tener honom dag og natt i hans tempel; og han som sit på stolen, skal reisa sin bustad yver deim.
Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq.
16 Dei skal ikkje lenger hungra og ikkje lenger tyrsta; ikkje heller skal soli falla på deim eller nokon hite;
Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq.
17 for Lambet som er midt framfor kongsstolen, skal vakta deim og leida deim til livsens vatskjeldor, og Gud skal turka kvar tåra frå augo deira.»
Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».

< Apenbaring 7 >