< 2 Korintierne 4 >

1 Difor, då me hev denne tenesta, etter som me hev fenge miskunn, so misser me ikkje modet,
Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik.
2 men me hev avsagt dei skamlege løynvegar og gjeng ikkje fram med svikråd eller forfalskar Guds ord, men ved å kunngjera sanningi steller me oss fram for alle manns samvit for Guds åsyn.
Xəcalət gətirən gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın önündə, hər insanın vicdanı qarşısında özümüz barədə zəmanət veririk.
3 Er då enn vårt evangelium dult, so er det dult millom deim som vert fortapte,
Əgər yaydığımız Müjdə qapalıdırsa, yalnız həlak olanlar üçün qapalıdır.
4 dei som guden til denne verdi hev blinda den vantruande hugen på, so ljoset frå evangeliet um Kristi herlegdom, han som er Guds bilæte, ikkje skal skina for deim. (aiōn g165)
Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın. (aiōn g165)
5 For ikkje oss sjølve forkynnar me, men Kristus Jesus som Herre, men oss sjølve som dykkar tenarar for Jesu skuld.
Biz özümüzü yox, İsa Məsihi Rəbb olaraq vəz edirik. Özümüzü isə İsa naminə qullarınız olaraq təqdim edirik.
6 For Gud, som sagde at ljos skulde skina fram or myrkret, han er den som og let det skina i våre hjarto, so kunnskapen um Guds herlegdom i Jesu Kristi åsyn skulde lysa fram frå oss.
Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin.
7 Men me hev denne skatten i leirkjerald, so den rike krafti skal vera av Gud og ikkje av oss,
Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.
8 med di me stødt er i trengsla, men ikkje i stengsla, tvilande, men ikkje mistvilande,
Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik.
9 forfylgde, men ikkje uppgjevne, nedslegne, men ikkje tynte,
Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq.
10 alltid berande Jesu daude med oss i likamen, at og Jesu liv må verta openberra i vår likam;
İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün.
11 for endå medan me liver, vert me alltid yvergjevne til dauden for Jesu skuld, at og Jesu liv må verta openberra i vårt døyelege kjøt.
Çünki İsanın həyatı fani cismimizdə aydın görünsün deyə biz yaşaya-yaşaya İsa üçün həmişə ölümə təslim edilirik.
12 Soleis er då dauden verksam i oss, men livet i dykk.
Beləliklə, ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir.
13 Men då me hev den same Ande med trui - etter det som stend skrive: «Eg trudde, difor tala eg» - so trur me og, difor talar me og,
«İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq.
14 då me veit, at han som vekte upp Herren Jesus, skal og vekkja oss upp med Jesus og stella oss fram med dykk.
Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq.
15 For det hender alt for dykkar skuld, so nåden kann vinna so mange fleire og verka rikleg takk til Guds æra.
Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin.
16 Difor misser me ikkje modet, men um og vårt ytre menneskje gjeng til grunns, so vert då det indre uppnya dag etter dag.
Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.
17 For vår kortvarande og lette trengsla verkar for oss ei æveleg nøgd av herlegdom i yvermål på yvermål, (aiōnios g166)
Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. (aiōnios g166)
18 med di me ikkje fester oss ved det synlege, men ved det usynlege; for det synlege er timelegt, men det usynlege ævelegt. (aiōnios g166)
Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir. (aiōnios g166)

< 2 Korintierne 4 >