< Salmenes 48 >

1 En sang, en salme; av Korahs barn. Stor er Herren og høilovet i vår Guds stad, på hans hellige berg.
Qorah övladlarının məzmuru. Bir ilahi. Allahımızın şəhərində, Öz müqəddəs dağında Rəbb çox əzəmətlidir, Bol həmdlərə layiqdir.
2 Fagert hever det sig, en glede for all jorden er Sions berg, det ytterste Norden, den store konges stad.
Şimala tərəf böyük Padşahın şəhəri – Sion dağı ucalığı ilə gözəldir, Dünyanın sevincidir.
3 Gud er i dens borger, han er blitt kjent som et fast vern.
Onun qalalarında Allah Özünü Alınmaz qala kimi göstərmişdir.
4 For se, kongene samlet sig, de drog frem tilsammen.
Padşahlar bir yerə yığıldılar, Siona yürüş etdilər.
5 De så, da blev de forferdet; de blev slått med redsel, flyktet i hast.
Onu görəndə mat qaldılar, Qorxub tez qaçdılar.
6 Beven grep dem der, angst som hos en fødende kvinne.
Hamilə qadının ağrısı kimi Canlarına lərzə düşdü.
7 Ved østenvind knuste du Tarsis-skib.
Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçaladın.
8 Likesom vi hadde hørt, så har vi nu sett det i Herrens, hærskarenes Guds stad, i vår Guds stad; Gud gjør den fast til evig tid. (Sela)
Ordular Rəbbinin şəhərində – Allahımızın şəhərində Nə eşitmişiksə, onu gördük, Allah oranı əbədi saxlayacaq. (Sela)
9 Vi grunder, Gud, på din miskunnhet midt i ditt tempel.
Ey Allah, məbədində Məhəbbətin barədə dərindən düşünürük.
10 Som ditt navn, Gud, så er din pris inntil jordens ender; din høire hånd er full av rettferdighet.
Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur.
11 Sions berg gleder sig, Judas døtre fryder sig for dine dommers skyld.
Qoy Sion dağı sevinsin. Sənin hökmlərinə görə Qoy Yəhuda qızları şad olsun.
12 Gå omkring Sion og vandre rundt om det, tell dets tårn!
Sionun ətrafında gəzib-dolaşın, Onun qüllələrini sayın.
13 Gi akt på dets voller, vandre gjennem dets borger, forat I kan fortelle derom til den kommende slekt.
Divarlarına fikir verin, Qalalarına diqqətlə baxın. Gələcək nəslə belə deyin:
14 For denne Gud er vår Gud evindelig og alltid; han skal føre oss ut over døden.
«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»

< Salmenes 48 >