< प्रक. 19 >

1 या गोष्टींनंतर मी जणू एक, विशाल समुदायाची मोठी वाणी स्वर्गात ऐकली; ती म्हणाली हालेलूया, तारण, गौरव आणि सामर्थ्य आमच्या देवाचीच आहेत,
Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi: «Halleluya! Xilas, izzət və qüdrət Allahımıza məxsusdur!
2 कारण त्याचे न्याय खरे आणि नीतीचे आहेत; कारण ज्या महावेश्येने आपल्या व्यभिचारी वागण्याने पृथ्वी भ्रष्ट केली तिचा त्याने न्यायनिवाडा केला आहे. आणि आपल्या दासांच्या रक्ताबद्दल तिचा सूड घेतला आहे.
Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı».
3 आणि ते दुसऱ्यांदा म्हणाले, हालेलूया तिचा धूर युगानुयुग वर चढत आहे. (aiōn g165)
Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir». (aiōn g165)
4 तेव्हा ते चोवीस वडील व चार जिवंत प्राणी पालथे पडले, त्यांनी राजासनावर बसलेल्या देवाला नमन केले आणि ते म्हणालेः आमेन; हालेलूया.
Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi: «Amin! Halleluya!»
5 आणि राजासनाकडून एक वाणी आली; ती म्हणालीः तुम्ही सर्व त्याचे दास, दोन्ही लहानमोठे आणि सामर्थ्यवान त्यास भिणारे, आपल्या देवाची स्तुती करा.
Taxtdan da belə bir səs gəldi: «Ey Onun bütün qulları, Böyükdən kiçiyə qədər Ondan qorxanlar, Allahımızı mədh edin!»
6 आणि, मी जणू एका, विशाल समुदायाची वाणी, ऐकली; ती वाणी महापूराच्या आणि मेघांच्या मोठ्या गडगडाटांच्या आवाजासारखी होती. ती म्हणाली, हालेलूया; कारण, आमचा प्रभू सर्वसत्ताधारी देव हा राज्य करीत आहे.
Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: «Halleluya! Çünki Külli-İxtiyar Rəbb Allahımız Padşahlıq taxtına çıxdı!
7 या, आपण आनंद करू, हर्ष करू, आणि त्यास गौरव देऊ; कारण कोकऱ्याचे लग्न निघाले आहे, आणि त्याच्या नवरीने स्वतःला सजविले आहे.
Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb;
8 आणि तिला नेसायला, स्वच्छ, शुभ्र, चमकणारे तलम तागाचे वस्त्र दिले आहे. (हे तलम वस्त्र म्हणजे पवित्रजनांच्या नीतिमत्त्वाची कामे होत.)
Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
9 आणि तो देवदूत मला म्हणाला, “लिहीः कोकऱ्याच्या लग्नाच्या भोजनाला बोलावलेले धन्य होत.” आणि तो मला म्हणाला, “ही देवाची खरी वचने आहेत.”
Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir».
10 १० आणि, मी त्यास नमन करायला त्याच्या पायाशी पालथा पडलो, परंतु तो मला म्हणाला, “असे करू नको; मी तुझ्या सोबतीचा आणि येशूची साक्ष ज्यांच्याजवळ आहे त्या तुझ्या बंधूंच्या सोबतीचा दास आहे. देवाला नमन कर कारण येशूविषयीची साक्ष हा भविष्यवानीचा आत्मा आहे.”
Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».
11 ११ तेव्हा मी बघितले की, स्वर्ग उघडला आणि पाहा, एक पांढरा घोडा आणि त्यावर जो बसला होता त्याचे नाव विश्वासू आणि खरा आहे, तो नीतीने न्याय करतो, आणि युद्ध करतो,
Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.
12 १२ त्याचे डोळे अग्नीच्या ज्वालेसारखे होते व त्याच्या डोक्यावर पुष्कळ मुकुट होते आणि त्याचे एक नाव लिहिलेले होते; ते त्याच्याशिवाय कोणी जाणत नाही.
Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb.
13 १३ त्याने एक, रक्तात भिजवीलेला झगा घातला होता; आणि देवाचा शब्द हे नाव त्यास देण्यात आले आहे;
O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır.
14 १४ आणि स्वर्गातल्या सेना पांढऱ्या घोड्यांवर बसून शुभ्र, स्वच्छ, तलम तागाची वस्त्रे परिधान करून त्याच्या मागोमाग जात होत्या.
Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi.
15 १५ आणि त्याने राष्ट्रांवर प्रहार करावा म्हणून त्याच्या तोंडामधून एक धारदार तलवार निघते, तो त्यांच्यावर लोहदंडाने सत्ता चालवील; तो सर्वसमर्थ देवाच्या अतीकोपाचे द्राक्षकुंड तुडवील.
Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.
16 १६ त्याच्या झग्यावर व त्याच्या मांडीवर राजांचा राजा आणि प्रभूंचा प्रभू असे नाव लिहिलेले आहे.
Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».
17 १७ आणि मी बघितले की, एक देवदूत सूर्यात उभा होता; तो आकाशात उडणाऱ्या सर्व पक्ष्यांना मोठ्या आवाजात ओरडून म्हणालाः या आणि देवाच्या मोठ्या भोजनासाठी जमा व्हा;
Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki,
18 १८ म्हणजे तुम्ही राजांचे सेनापतीचे मांस खाल आणि बलवान पुरुषांचे मांस खाल; घोड्यांचे आणि त्यावर बसणाऱ्यांचे मांस खाल, स्वतंत्र आणि दास, लहान आणि मोठे अशा सर्वांचे मांस खाल.
padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz».
19 १९ आणि मी बघितले की, तो जो घोड्यावर बसला होता त्याच्याबरोबर आणि त्याच्या सेनेबरोबर लढाई करायला तो पशू व पृथ्वीचे राजे आणि त्यांच्या सेना एकत्र आल्या होत्या.
Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb.
20 २० मग त्या पशूला व त्याच्याबरोबर त्या खोट्या संदेष्ट्याला धरण्यात आले; त्याने त्याच्यासमोर चिन्हे करून, त्या पशूने शिक्का घेणाऱ्यांस व त्याच्या मूर्तीला नमन करणाऱ्यांस फसवले होते. या दोघांनाही गंधकाने जळणाऱ्या अग्नीच्या सरोवरात जिवंत टाकण्यात आले; (Limnē Pyr g3041 g4442)
Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. (Limnē Pyr g3041 g4442)
21 २१ बाकीचे लोक जो घोड्यावर बसला होता त्याच्या तोंडातून बाहेर येणाऱ्या तलवारीने मारले गेले आणि त्यांच्या मांसाने सगळे पक्षी तृप्त झाले.
Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.

< प्रक. 19 >