< मत्तय 5 >

1 जेव्हा येशूने त्या लोकसमुदायांना पाहीले तेव्हा तो डोंगरावर चढला, मग तो तेथे खाली बसला असता त्याचे शिष्य त्याच्याजवळ आले.
İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.
2 त्याने आपले तोंड उघडले व त्यांना शिकवले. तो म्हणाला;
İsa danışmağa başlayıb onları öyrədərək dedi:
3 “जे आत्म्याने ‘दीन’ ते धन्य आहेत, कारण स्वर्गाचे राज्य त्यांचे आहे.
«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.
4 ‘जे शोक करतात’, ते धन्य आहेत, कारण ‘त्यांचे सांत्वन करण्यात येईल.’
Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.
5 ‘जे सौम्य’ ते धन्य आहेत, कारण ‘त्यांना पृथ्वीचे वतन मिळेल.’
Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.
6 जे न्यायीपणाचे भुकेले व तान्हेले ते धन्य आहेत, कारण ते संतुष्ट होतील.
Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
7 जे दयाळू ते धन्य आहेत, कारण त्यांच्यावर दया करण्यात येईल.
Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək.
8 जे अंतःकरणाचे शुद्ध ते धन्य आहेत, कारण ते देवाला पाहतील.
Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.
9 जे शांती करणारे ते धन्य आहेत, कारण त्यांना देवाची मुले म्हणतील.
Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.
10 १० न्यायीपणाकरता ज्यांचा छळ झाला आहे ते धन्य आहेत, कारण स्वर्गाचे राज्य त्यांचे आहे.
Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.
11 ११ जेव्हा लोक माझ्यामुळे तुमचा अपमान करतात व छळ करतात आणि तुमच्याविरुध्द सर्वप्रकारचे वाईट लबाडीने बोलतात तेव्हा तुम्ही धन्य आहात.
İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!
12 १२ आनंद व उल्लास करा, कारण तुम्हास स्वर्गात मोठे प्रतिफळ आहे, कारण तुमच्यापूर्वी जे संदेष्टे होऊन गेले त्यांचाही लोकांनी अशाचप्रकारे छळ केला.
Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
13 १३ तुम्ही पृथ्वीचे मीठ आहात, पण जर मिठाचा खारटपणा गेला तर ते पुन्हा कसे खारट बनवता येईल? ते तर पुढे कोणत्याही उपयोगाचे न राहता केवळ फेकून देण्याच्या व मनुष्यांच्या पायदळी तुडवले जाण्यापुरते उपयोगाचे राहील.
Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
14 १४ तुम्ही जगाचा प्रकाश आहात; डोंगरावर वसलेले नगर लपवता येत नाही.
Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.
15 १५ आणि दिवा लावून तो कोणी टोपलीखाली लपवून ठेवत नाही, उलट तो दिवठणीवर ठेवतात म्हणजे तो दिवा घरातील सर्वांना प्रकाश देतो.
Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.
16 १६ तुमचा प्रकाश इतरांसमोर याप्रकारे प्रकाशू द्या की जेणेकरून त्यांनी तुमची चांगली कामे पाहावी आणि तुमचा पिता जो स्वर्गात आहे त्याचे गौरव करावे.
Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
17 १७ नियमशास्त्र किंवा संदेष्ट्यांचे ग्रंथ रद्द करावयास मी आलो आहे असा विचार करु नका; मी ते रद्द करावयास नव्हे तर ते पूर्ण करावयास आलो आहे.
Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.
18 १८ कारण मी तुम्हास खरे सांगतो, आकाश व पृथ्वी ही नाहीशी होतील, परंतु सर्वकाही पूर्ण झाल्याशिवाय, नियमशास्त्रातील एकही काना किंवा मात्रा रद्द होणार नाही.
Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.
19 १९ यास्तव जो कोणी या लहान आज्ञातील एखादी आज्ञा रद्द करील व त्याप्रमाणे लोकांस शिकवील त्यास स्वर्गाच्या राज्यात अगदी लहान म्हणतील; पण जो कोणी त्या पाळील व शिकवील त्यास स्वर्गाच्या राज्यात महान म्हणतील.
Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.
20 २० म्हणून मी तुम्हास सांगतो, शास्त्री व परूशी यांच्या न्यायीपणापेक्षा तुमचे न्यायीपण अधिक झाल्याशिवाय स्वर्गाच्या राज्यांत तुमचा प्रवेश होणारच नाही.
Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
21 २१ ‘खून करू नको आणि जो कोणी खून करतो तो न्याय‍सभेच्या दंडास पात्र होईल,’ असे प्राचीन लोकांस सांगितले होते, हे तुम्ही ऐकले आहे.
Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.
22 २२ मी तर तुम्हास सांगतो, जो कोणी आपल्या भावावर (उगाच) रागावेल तो न्याय‍सभेच्या शिक्षेस पात्र होईल; जो कोणी आपल्या भावाला, ‘अरे वेडगळा,’ असे म्हणेल तो वरिष्ठ सभेच्या पात्र होईल आणि जो कोणी त्याला, ‘अरे मूर्खा,’ असे म्हणेल, तो नरकाग्नीच्या शिक्षेस पात्र होईल. (Geenna g1067)
Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. (Geenna g1067)
23 २३ यास्तव तू आपले अर्पण वेदीवर अर्पिण्यास आणीत असता आपल्या भावाच्या मनात आपल्याविरूद्ध काही आहे अशी तुला तेथे आठवण झाली,
Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,
24 २४ तर आपले अर्पण तसेच वेदीसमोर ठेव आणि आपल्या मार्गाने परत जा व प्रथम आपल्या भावासोबत समेट कर आणि मग येऊन आपले अर्पण वेदीवर अर्पण कर.
qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.
25 २५ तुझा फिर्यादी तुझ्याबरोबर वाटेवर आहे तोच त्याच्याशी समेट कर, नाही तर कदाचित फिर्यादी तुला न्यायाधीशाच्या हाती देईल, न्यायाधीश तुला शिपायांच्या हाती देईल आणि तू तुरूंगात पडशील.
Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan.
26 २६ मी तुला खरे सांगतो शेवटची दमडी फेडीपर्यंत तू त्याच्यातून सुटणारच नाहीस.
Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
27 २७ ‘व्यभिचार करू नको,’ म्हणून सांगितले होते हे तुम्ही ऐकले आहे,
“Zina etmə” deyildiyini eşitmisiniz.
28 २८ मी तर तुम्हास सांगतो, जो कोणी एखाद्या स्त्रीकडे कामवासनेने पाहतो त्याने आपल्या अंतःकरणात तिच्याशी व्यभिचार केलाच आहे;
Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.
29 २९ तुझा उजवा डोळा तुला पाप करण्यासाठी प्रवृत्त करीत असेल तर तो उपट आणि फेकून दे; कारण तुझे संपूर्ण शरीर नरकात टाकले जावे यापेक्षा तुझ्या एका अवयवाचा नाश व्हावा हे तुझ्या हिताचे आहे. (Geenna g1067)
Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. (Geenna g1067)
30 ३० तुझा उजवा हात तुला पाप करण्यासाठी प्रवृत्त करीत असेल तर तो तोडून टाकून दे; कारण तुझे संपूर्ण शरीर नरकात पडावे, यापेक्षा तुझ्या एका अवयवाचा नाश व्हावा हे तुझ्या हिताचे आहे. (Geenna g1067)
Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. (Geenna g1067)
31 ३१ ‘कोणी आपली पत्नी सोडून देतो तर त्याने तिला सूटपत्र द्यावे’ हे सांगितले होते.
“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.
32 ३२ मी तर तुम्हास सांगतो की, जो कोणी आपल्या पत्नीला व्यभिचाराच्या कारणाशिवाय टाकतो, तो तिला व्यभिचारिणी करतो आणि जो कोणी अशा टाकलेल्या पत्नीबरोबर लग्न करतो तो व्यभिचार करतो.
Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
33 ३३ आणखी ‘खोटी शपथ वाहू नको’ तर ‘आपल्या शपथा परमेश्वरापुढे खऱ्या कर’ म्हणून प्राचीन काळच्या लोकांस सांगितले होते, हे तुम्ही ऐकले आहे.
Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz.
34 ३४ मी तर तुम्हास सांगतो शपथ वाहूच नका; स्वर्गाची नका, कारण ते देवाचे आसन आहे;
Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır;
35 ३५ पृथ्वीचीही वाहू नका, कारण ती त्याचे पादासन आहे; यरूशलेमेचीहि वाहू नका कारण ती थोर राजाची नगरी आहे.
nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir.
36 ३६ आपल्या मस्तकाचीही शपथ वाहू नको, कारण तू आपला एकही केस पांढरा किंवा काळा करू शकत नाहीस.
Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən.
37 ३७ तर तुमचे बोलणे, होय तर होय आणि नाही तर नाही एवढेच असावे; याहून जे अधिक ते त्या दुष्टापासून आहे.
Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
38 ३८ ‘डोळ्याबद्दल डोळा’ व ‘दाताबद्दल दात’ असे सांगितले होते, हे तुम्ही ऐकले आहे.
“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.
39 ३९ परंतु मी तर तुम्हास सांगतो, दुष्टाला अडवू नका. जो कोणी तुझ्या उजव्या गालावर मारतो, त्याच्याकडे दुसरा गाल कर;
Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
40 ४० जो तुझ्यावर आरोप करून तुझी बंडी घेऊ पाहतो त्यास तुझा अंगरखाही घेऊ दे;
Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.
41 ४१ आणि जो कोणी तुला बळजबरीने धरून एक कोस नेईल त्याच्याबरोबर दोन कोस जा.
Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
42 ४२ जो कोणी तुझ्याजवळ काही मागतो त्यास दे आणि जो तुझ्यापासून उसने घेऊ पाहतो त्यास पाठमोरा होऊ नको.
Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
43 ४३ ‘आपल्या शेजार्‍यावर प्रीती कर व आपल्या वैऱ्याचा द्वेष कर’, असे सांगितले होते, हे तुम्ही ऐकले आहे.
“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.
44 ४४ मी तर तुम्हास सांगतो, तुम्ही आपल्या वैऱ्यांवर प्रीती करा आणि जे तुमचा छळ करतात त्यांच्यासाठी प्रार्थना करा.
Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.
45 ४५ अशासाठी की, तुम्ही आपल्या स्वर्गातील पित्याचे पुत्र व्हावे; कारण तो दुष्टांवर व चांगल्यांवर आपला सूर्य उगवतो आणि नीतिमानांवर व अनीतिमानांवर पाऊस पाडतो.
Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
46 ४६ कारण जे तुमच्यावर प्रीती करतात त्यांच्यावर तुम्ही प्रीती केली तर तुम्हास काय प्रतिफळ मिळावे? जकातदारही तसेच करतात की नाही?
Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
47 ४७ आणि तुम्ही आपल्या बंधुजनांना मात्र सलाम करीत असला तर त्यामध्ये विशेष ते काय करता? परराष्ट्रीय लोकही तसेच करीतात ना?
Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi?
48 ४८ यास्तव जसा तुमचा स्वर्गीय पिता परिपूर्ण आहे तसे तुम्ही परिपूर्ण व्हा.
Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

< मत्तय 5 >