< गलती 6 >

1 बंधूंनो, कोणी मनुष्य एखाद्या अपराधात सापडला, तर तुम्ही जे आत्मिक आहात ते त्यास सौम्यतेच्या आत्म्याने पुनःस्थापित आणा; तू स्वतःही परीक्षेत पडू नये म्हणून स्वतःकडे लक्ष दे.
Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver.
2 तुम्ही एकमेकांची ओझी वाहा म्हणजे अशाने ख्रिस्ताचा नियम पूर्ण कराल.
Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
3 कारण आपण कोणी नसता कोणीतरी आहोत असे मानतो, तो स्वतःला फसवतो.
Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır.
4 पण प्रत्येकाने स्वतःच्या कामाची परीक्षा करावी आणि मग, त्यास दुसर्‍याच्या संबंधात नाही, पण केवळ आपल्यात अभिमानाला जागा मिळेल.
Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək.
5 कारण प्रत्येकाने आपला स्वतःचा भार वाहिलाच पाहिजे.
Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır.
6 ज्याला वचनाचे शिक्षण मिळते त्याने शिक्षण देणार्‍याला सर्व प्रकारच्या चांगल्या पदार्थांचा वाटा द्यावा.
Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.
7 फसू नका, देवाचा उपहास होणार नाही कारण मनुष्य जे काही पेरतो तेच पीक त्यास मिळेल.
Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək.
8 कारण जो आपल्या देहाकरता पेरतो त्यास देहाकडून नाशाचे पीक मिळेल, पण जो देवाच्या आत्म्याकरता पेरतो त्यास आत्म्याकडून सार्वकालिक जीवनाचे पीक मिळेल. (aiōnios g166)
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. (aiōnios g166)
9 आणि चांगले करण्याचा आपण कंटाळा करू नये; कारण आपण खचलो नाही, तर नियोजित समयी कापणी करू.
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
10 १० म्हणून आपल्याला संधी असेल तसे आपण सर्वांचे बरे करावे व विशेषतः विश्वासाने एका घराण्यात एकत्र आलेल्या विश्वास ठेवणाऱ्यांचे बरे करावे.
Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
11 ११ पाहा, किती मोठ्या अक्षरात, मी तुम्हास स्वतःच्या हाताने लिहित आहे.
Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!
12 १२ जितके दैहिक गोष्टींचा डौल मिरवू पाहतात असे तितके ख्रिस्ताच्या वधस्तंभामुळे त्यांचा छळ होऊ नये म्हणूनच तुम्हास सुंता करून घेण्यास भाग पाडतात;
Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər.
13 १३ कारण ज्यांची सुंता झाली आहे ते स्वतः तर नियमशास्त्र पाळीत नाहीत पण तुमच्या देहावरून नावाजून घेण्यासाठी, म्हणून, तुमची सुंता व्हावी अशी त्यांची इच्छा बाळगतात.
Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər.
14 १४ आपला प्रभू येशू ख्रिस्त ह्याच्या वधस्तंभाच्या अभिमानाशिवाय कशाचाही अभिमान बाळगणे माझ्यापासून दूर राहो पण ज्याच्या द्वारे जग मला आणि मी जगाला वधस्तंभावर खिळलेला आहे.
Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.
15 १५ कारण सुंता होण्यात किंवा सुंता न होण्यात काही नाही, तर नवी उत्पत्ती हीच काय ती होय.
Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.
16 १६ आणि जे या नियमाने चालतात अशा सर्वांवर व देवाच्या इस्राएलावर शांती व दया असो.
Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.
17 १७ आतापासून कोणी मला त्रास देऊ नये, कारण मी आपल्या शरीरावर येशूच्या खुणा धारण केल्या आहेत.
Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram.
18 १८ बंधूंनो, आपल्या प्रभू येशू ख्रिस्ताची कृपा तुमच्या बरोबर असो. आमेन.
Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin.

< गलती 6 >