< प्रेषि. 3 >

1 पेत्र व योहान हे प्रार्थनेच्या वेळेस दुपारच्या तीन वाजता वर परमेश्वराच्या भवनात जात होते.
Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər.
2 आणि जन्मापासून पांगळा असा एक मनुष्य होता, भवनाच्या सुंदर नावाच्या दाराजवळ भवनात जाणाऱ्याकडे भीक मागण्यास दररोज त्यास कोणीतरी नेऊन ठेवत असत.
Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın.
3 पेत्र व योहान हे परमेश्वराच्या भवनात जात आहेत, असे पाहून त्याने त्यांच्याकडे भीक मागितली.
O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi.
4 तेव्हा पेत्र, योहानाबरोबर त्यास निरखून पाहत, म्हणाला, “आमच्याकडे पाह.”
Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax».
5 तेव्हा त्यांच्यापासून काही मिळेल, अशी आशा धरून त्याने त्यांच्याकडे लक्ष लावले.
Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi.
6 आणि पेत्र म्हणाला, “रूपे व सोने माझ्याजवळ काहीच नाही; पण जे माझ्याजवळ आहे. ते मी तुला देतो, नासोरी येशू ख्रिस्ताच्या नावाने उठून चालू लाग.”
Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz».
7 आणि त्याने त्याचा उजवा हात धरून त्यास उठवले: तेव्हा लागलेच त्याची पावले व त्याचे घोटे यांत बळ आले.
Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı.
8 आणि तो उडी मारून उभा राहिला व चालू लागला, आणि तो चालत व उड्या मारत व देवाची स्तुती करत त्याच्याबरोबर परमेश्वराच्या भवनात गेला.
Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi.
9 आणि सर्व लोकांनी त्यास चालताना व देवाची स्तुती करताना पाहिल.
Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir.
10 १० आणि जो भवनाच्या सुंदर दाराजवळ भीक मागण्यासाठी बसत असे; तो हाच आहे असे त्यांनी त्यास ओळखले तेव्हा त्यास जे झाले होते त्यावरून ते आश्चर्याने व विस्मयाने व्याप्त झाले.
Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.
11 ११ तेव्हा तो पेत्राला व योहानाला धरून राहिला असता, सर्व लोक फार आश्चर्य करीत शलमोनाचा द्वारमंडप म्हटलेल्या ठिकाणी, त्याच्याकडे धावत आले.
Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı.
12 १२ हे पाहून पेत्राने त्या लोकांस उत्तर दिले, तो म्हणाला, “अहो इस्राएल मनुष्यांनो, यावरुन तुम्ही आश्चर्य का करता? अथवा आम्ही आपल्या सामर्थ्याने किंवा सुभक्तीने याला चालायला लावले आहे, असे समजून आम्हाकडे का न्याहाळून पाहता?
Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüdrətimizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq.
13 १३ अब्राहामाचा, इसहाकाचा, व याकोबाचा देव, आमच्या पूर्वजांचा देव, याने आपला सेवक येशू याचे गौरव केले आहे. त्यास तुम्ही मरणास सोपवून दिले, व पिलाताने त्यास सोडून देण्याचे ठरवले असताही त्यास तुम्ही त्याच्यासमक्ष नाकारले.
İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi,
14 १४ तुम्ही तर जो पवित्र व नीतिमान त्यास नाकारले, आणि घातक मनुष्य आम्हास द्यावा असे मागितले.
amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz.
15 १५ आणि जीवनाच्या अधिपतीला तुम्ही जिवे मारले; त्यास देवाने मरण पावलेल्यामधून उठवले याचे आम्ही साक्षी आहोत.
Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik.
16 १६ आणि त्याच्या नावाने त्याच्या नावावरील विश्वासाकडून ज्याला तुम्ही पाहता, व ओळखता त्या या मनुष्यास शक्तीमान केले आहे. आणि, त्याच्याद्वारे प्राप्त झालेल्या विश्वासानेच तुम्ही सर्वांच्यादेखत याला हे पूर्ण आरोग्य दिले आहे.
Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı.
17 १७ तर आता भावांनो, मी जाणतो की अज्ञानाने तुम्ही तसेच तुमच्या अधिकाऱ्यांनीही हे केले आहे,
İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz.
18 १८ परंतु आपल्या ख्रिस्ताने दुःखे सोसावी, म्हणून देवाने आपल्या सर्व संदेष्ट्याच्या तोंडाने जे पूर्वी कळवले होते, ते याप्रमाणे पूर्ण केले आहे.
Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi.
19 १९ तर तुमची पापे पुसून टाकली जावी, म्हणून पश्चात्ताप करा, व फिरा अशासाठी की विसाव्याचे समय प्रभूच्या समक्षतेपासून यावे;
Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki,
20 २० आणि तुमच्याकरिता पूर्वी नेमलेला, ख्रिस्त येशू याला त्याने पाठवावे.
Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin.
21 २१ सर्व गोष्टींची सुस्थिती पुनःस्थापित होण्याच्या काळांपर्यंत स्वर्गात त्यास राहणे अवश्य आहे, त्या काळाविषयी युगाच्या आरंभापासून देवाने आपल्या पवित्र संदेष्ट्याच्या तोंडून सांगितले आहे. (aiōn g165)
Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. (aiōn g165)
22 २२ मोशेने तर सांगितले की, ‘प्रभू देव तुम्हासाठी माझ्यासारखा संदेष्टा तुमच्या भावांमधून उठवील. तो जे काही तुम्हास सांगेल ते सर्व त्याचे ऐका.’
Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”.
23 २३ आणि असे होईल की जो कोणी जीव त्या संदेष्ट्याचे ऐकणार नाही तो लोकांमधून अगदी नष्ट केला जाईल.
“Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”.
24 २४ आणखी, शमुवेलापासून जे संदेष्ट्याच्या परंपरेने झाले, जितके बोलत आले, त्या सर्वानी या दिवसाविषयी कळवले.
Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər.
25 २५ तुम्ही संदेष्ट्याचे मुले आहात आणि तुझ्या संततीद्वारे पृथ्वीतील सर्व कुळे आशीर्वादित होतील, असे अब्राहामाशी बोलून, ‘देवाने तुमच्या पूर्वजांशी जो करार केला त्या कराराची तुम्ही मुले आहा.’
Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”.
26 २६ देवाने आपला सेवक येशू याला उठवून प्रथम तुमच्याकडे पाठवले, यासाठी की, त्याने तुमच्यातील प्रत्येकाला तुमच्या दुष्कर्मापासून फिरण्याने तुम्हास आशीर्वाद द्यावा.”
Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».

< प्रेषि. 3 >