< Isaiæ 15 >

1 Onus Moab. Quia nocte vastata est Ar Moab, conticuit: quia nocte vastatus est murus Moab, conticuit.
Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.
2 Ascendit domus, et Dibon ad excelsa in planctum super Nabo, et super Medaba, Moab ululavit: in cunctis capitibus eius calvitium, et omnis barba radetur.
Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı.
3 In triviis eius accincti sunt sacco: super tecta eius, et in plateis eius omnis ululatus descendit in fletum.
Çula bürünərək küçələrdə, Damlarda, meydanlarda hər kəs fəryad edir, Göz yaşları sel kimi axır.
4 Clamabit Hesebon, et Eleale, usque Iasa audita est vox eorum. super hoc expediti Moab ululabunt, anima eius ululabit sibi.
Xeşbon və Elale fəryad edir, Səsləri Yahsaya qədər eşidilir. Buna görə Moav əsgərləri nalə çəkir, Ürəkləri qorxu içindədir.
5 Cor meum ad Moab clamabit, vectes eius usque ad Segor vitulam conternantem: per ascensum enim Luith flens ascendet, et in via Oronaim clamorem contritionis levabunt.
Ürəyim Moav üçün kədərlənir, Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.
6 Aquæ enim Nemrim desertæ erunt, quia aruit herba, defecit germen, viror omnis interiit.
Nimrim suları quruduğu üçün ot soldu, Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.
7 Secundum magnitudinem operis et visitatio eorum: ad torrentem salicum ducent eos.
Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini Söyüdlər vadisindən keçirir.
8 Quoniam circuivit clamor terminum Moab: usque ad Gallim ululatus eius, et usque ad Puteum Elim clamor eius.
Xalqın ağlaşması Moav torpağını bürüyür, Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.
9 Quia aquæ Dibon repletæ sunt sanguine: ponam enim super Dibon additamenta: his, qui fugerint de Moab leonem, et reliquiis terræ.
Çünki Dimon suları qanla doludur, Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm, Moavdan qaçıb-qurtulanların, Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.

< Isaiæ 15 >