< 詩篇 23 >

1 ダビデの歌 主はわたしの牧者であって、わたしには乏しいことがない。
Davudun məzmuru. Rəbb mənim çobanımdır, möhtac olmaram.
2 主はわたしを緑の牧場に伏させ、いこいのみぎわに伴われる。
O, məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
3 主はわたしの魂をいきかえらせ、み名のためにわたしを正しい道に導かれる。
Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
4 たといわたしは死の陰の谷を歩むとも、わざわいを恐れません。あなたがわたしと共におられるからです。あなたのむちと、あなたのつえはわたしを慰めます。
Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
5 あなたはわたしの敵の前で、わたしの前に宴を設け、わたしのこうべに油をそそがれる。わたしの杯はあふれます。
Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
6 わたしの生きているかぎりは必ず恵みといつくしみとが伴うでしょう。わたしはとこしえに主の宮に住むでしょう。
Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

< 詩篇 23 >