< レビ記 27 >

1 主はモーセに言われた、
Rəbb Musaya dedi:
2 「イスラエルの人々に言いなさい、『人があなたの値積りに従って主に身をささげる誓願をする時は、
«İsrail övladlarına söylə: “İnsanları Rəbbə həsr edən adam əhdini bu dəyərlərinə görə ödəyə bilər:
3 あなたの値積りは、二十歳から六十歳までの男には、その値積りを聖所のシケルに従って銀五十シケルとし、
Müqəddəs yerdəki şekelin ölçüsünə görə iyirmi yaşından altmış yaşına qədər kişinin dəyəri əlli şekel gümüş,
4 女には、その値積りは三十シケルとしなければならない。
qadının dəyəri otuz şekeldir;
5 また五歳から二十歳までは、男にはその値積りを二十シケルとし、女には十シケルとしなければならない。
beş yaşından iyirmi yaşına qədər oğlanın dəyəri iyirmi şekel, qızın isə on şekeldir;
6 一か月から五歳までは、男にはその値積りを銀五シケルとし、女にはその値積りを銀三シケルとしなければならない。
bir aydan beş yaşa qədər olan oğlanın dəyəri beş şekel gümüş, qızın dəyəri isə üç şekel gümüşdür;
7 また六十歳以上は、男にはその値積りを十五シケルとし、女には十シケルとしなければならない。
altmış yaşından yuxarı olan kişinin dəyəri on beş şekel, qadının isə on şekeldir;
8 もしその人が貧しくて、あなたの値積りに応じることができないならば、祭司の前に立ち、祭司の値積りを受けなければならない。祭司はその誓願者の力に従って値積らなければならない。
əgər əhdinə əməl edən adam belə dəyəri ödəmək üçün çox kasıbdırsa, qoy həsr etdiyi adamı kahinin önünə gətirsin ki, kahin onu qiymətləndirsin. Əhdinə əməl edənin gücü nəyə çatırsa, kahin onun qiymətini təyin etsin.
9 主に供え物とすることができる家畜で、人が主にささげるものはすべて聖なる物となる。
Əgər bir nəfər Rəbbə qurban gətirilən heyvanlardan birini həsr etsə, bunlardan Rəbbə verilən hər baş heyvan müqəddəs sayılır.
10 ほかのものをそれに代用してはならない。良い物を悪い物に、悪い物を良い物に取り換えてはならない。もし家畜と家畜とを取り換えるならば、その物も、それと取り換えた物も共に聖なる物となるであろう。
O adam heyvanı dəyişdirməsin. Nə pisi yaxşı ilə, nə yaxşını pislə əvəz etməsin. Əgər o, heyvanı dəyişdirirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılsın.
11 もしそれが汚れた家畜で、主に供え物としてささげられないものであるならば、その人はその家畜を祭司の前に引いてこなければならない。
Əgər Rəbbə qurban gətirməyə layiq olmayan hər hansı murdar heyvanlardan birini həsr etsə, qoy o heyvanı kahinin yanına gətirib ona göstərsin;
12 祭司はその良い悪いに従って、それを値積らなければならない。それは祭司が値積るとおりになるであろう。
kahin onu yaxşı ya pis olduğuna görə qiymətləndirsin və dəyəri onun təyin etdiyinə görə olsun.
13 もしその人が、それをあがなおうとするならば、その値積りにその五分の一を加えなければならない。
Əgər heyvanı həsr edən onu geri satın almaq istəsə, qoy o dəyərinə beşdə biri qədər əlavə edərək ödəsin.
14 もし人が自分の家を主に聖なる物としてささげるときは、祭司はその良い悪いに従って、それを値積らなければならない。それは祭司が値積ったとおりになるであろう。
Bir nəfər öz evini müqəddəs təqdim kimi Rəbbə təqdis edəndə kahin evi yaxşı ya pis olduğuna görə qiymətləndirsin. Qiymət kahinin təyin etdiyi kimi qalsın.
15 もしその家をささげる人が、それをあがなおうとするならば、その値積りの金に、その五分の一を加えなければならない。そうすれば、それは彼のものとなるであろう。
Əgər o adam evini geri satın almaq istəsə, qoy o qiymətə görə beşdə birini əlavə edərək ödəsin və ev ona qayıtsın.
16 もし人が相続した畑の一部を主にささげるときは、あなたはそこにまく種の多少に応じて、値積らなければならない。すなわち、大麦一ホメルの種を銀五十シケルに値積らなければならない。
Əgər bir nəfər mülkü olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə bir xomer arpa əkilən tarlanın qiyməti əlli şekel gümüş olsun.
17 もしその畑をヨベルの年からささげるのであれば、その価はあなたの値積りのとおりになるであろう。
Əgər o adam tarlasını Azadlıq ilindən başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın.
18 もしその畑をヨベルの年の後にささげるのであれば、祭司はヨベルの年までに残っている年の数に従ってその金を数え、それをあなたの値積りからさし引かなければならない。
Əgər tarlasını Azadlıq ilindən sonra təqdis edirsə, kahin onunla qiymətini sonrakı Azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri belə aşağı salınsın.
19 もしまた、その畑をささげる人が、それをあがなおうとするならば、あなたの値積りの金にその五分の一を加えなければならない。そうすれば、それは彼のものと決まるであろう。
Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o, gümüşə görə dəyərinə beşdə birini əlavə edərək ödəsin və tarla ona qayıtsın.
20 しかし、もしその畑をあがなわず、またそれを他の人に売るならば、それはもはやあがなうことができないであろう。
Əgər tarlanı geri satın almadan başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz.
21 その畑は、ヨベルの年になって期限が切れるならば、奉納の畑と同じく、主の聖なる物となり、祭司の所有となるであろう。
O tarla Azadlıq ilində azad olanda həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın; kahinin mülkü olsun.
22 もしまた相続した畑の一部でなく、買った畑を主にささげる時は、
Əgər bir nəfər öz mülkü olmayaraq, satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə,
23 祭司は値積りしてヨベルの年までの金を数えなければならない。その人はその値積りの金をその日に主にささげて、聖なる物としなければならない。
qoy kahin onunla Azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş bir şey kimi versin.
24 ヨベルの年にその畑は売り主であるその地の相続者に返るであろう。
Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın.
25 すべてあなたの値積りは聖所のシケルによってしなければならない。二十ゲラを一シケルとする。
Bütün dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir.
26 しかし、家畜のういごは、ういごとしてすでに主のものだから、だれもこれをささげてはならない。牛でも羊でも、それは主のものである。
Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir.
27 もし汚れた家畜であるならば、あなたの値積りにその五分の一を加えて、その人はこれをあがなわなければならない。もしあがなわないならば、それを値積りに従って売らなければならない。
Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın.
28 ただし、人が自分の持っているもののうちから奉納物として主にささげたものは、人であっても、家畜であっても、また相続の畑であっても、いっさいこれを売ってはならない。またあがなってはならない。奉納物はすべて主に属するいと聖なる物である。
Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir.
29 またすべて人のうちから奉納物としてささげられた人は、あがなってはならない。彼は必ず殺されなければならない。
Məhv edilməyə həsr olunmuş hər kəs geri satın alınmamalıdır, hamısı öldürülməlidir.
30 地の十分の一は地の産物であれ、木の実であれ、すべて主のものであって、主に聖なる物である。
Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib.
31 もし人がその十分の一をあがなおうとする時は、それにその五分の一を加えなければならない。
Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq istəsə, qoy qiymətinə beşdə birini əlavə edərək ödəsin.
32 牛または羊の十分の一については、すべて牧者のつえの下を十番目に通るものは、主に聖なる物である。
Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın.
33 その良い悪いを問うてはならない。またそれを取り換えてはならない。もし取り換えたならば、それと、その取り換えたものとは、共に聖なる物となるであろう。それをあがなうことはできない』」。
Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın; birini o biri ilə dəyişdirməsin. Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır”».
34 これらは主が、シナイ山で、イスラエルの人々のために、モーセに命じられた戒めである。
Bu, Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir.

< レビ記 27 >