< イザヤ書 18 >

1 ああ、エチオピヤの川々のかなたなるぶんぶんと羽音のする国、
Kuş çaylarının o tərəfində yerləşən, Qanad vızıltıları eşidilən ölkənin vay halına!
2 この国は葦の船を水にうかべ、ナイル川によって使者をつかわす。とく走る使者よ、行け。川々の分れる国の、たけ高く、膚のなめらかな民、遠近に恐れられる民、力強く、戦いに勝つ民へ行け。
Dəniz yolu ilə, qamış qayıqları ilə Bu ölkə elçilər göndərir! Ey sürətli qasidlər, yola düşün! Çaylarla bölünmüş ölkəyə, Ucaboylu, parlaq dərili millətin, Hər yanda qorxu doğuran xalqın, Güclü və işğalçı millətin yanına gedin!
3 すべて世におるもの、地に住むものよ、山の上に旗の立つときは見よ、ラッパの鳴りひびくときは聞け。
Ey bütün yer üzündə yaşayanlar! Ey dünya sakinləri! Dağların zirvəsinə bayraq dikələndə baxın! Şeypur çalınanda eşidin!
4 主はわたしにこう言われた、「晴れわたった日光の熱のように、刈入れの熱むして露の多い雲のように、わたしは静かにわたしのすまいから、ながめよう」。
Çünki Rəbb mənə belə deyir: «Günəş şüalarından yaranan qızmarlıq kimi, Biçin vaxtının istisində şeh buludu kimi Sakitcə məskənimdən baxacağam».
5 刈入れの前、花は過ぎてその花がぶどうとなって熟すとき、彼はかまをもって、つるを刈り、枝を切り去る。
Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl Üzümlər qora bağlayanda O, bağ qayçıları ilə pöhrələri kəsəcək, Şaxələnmiş budaqları qırıb atacaq.
6 彼らはみな山の猛禽と、地の獣とに捨て置かれる。猛禽はその上で夏を過ごし、地の獣はみなその上で冬を過ごす。
Hamısı dağın yırtıcı quşlarına, Yerin vəhşi heyvanlarının qarşısına atılacaq. Yayda yırtıcı quşlara, Qışda bütün vəhşi heyvanlara yem olacaq.
7 その時、川々の分れる国のたけ高く、膚のなめらかな民、遠くの者にも近くの者にも恐れられる民、力強く、戦いに勝つ民から万軍の主にささげる贈り物を携えて、万軍の主のみ名のある所、シオンの山に来る。
O vaxt çaylarla bölünmüş ölkə Ucaboylu, parlaq dərili xalq, Hər yanda qorxu doğuran xalq Güclü və işğalçı millət Ordular Rəbbinə, Ordular Rəbbinin adını qoyduğu yerə – Sion dağına xərac gətirəcək.

< イザヤ書 18 >