< イザヤ書 13 >

1 アモツの子イザヤに示されたバビロンについての託宣。
Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:
2 あなたがたは木のない山に旗を立て、声をあげて彼らを招き、手を振って彼らを貴族の門に、はいらせよ。
Çılpaq dağın zirvəsinə bayraq sancın! Döyüşçüləri bərkdən səsləyin, Əl edin ki, onlar Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.
3 わたしはわが怒りのさばきを行うために聖別した者どもに命じ、わが勇士、わが勝ち誇る者どもを招いた。
Mən seçdiklərimə əmr verdim, Qəzəbimi düşmənlərə tökmək üçün Cəsur cəngavərləri, Ucalığımla öyünən igidləri səslədim.
4 聞け、多くの民のような騒ぎ声が山々に聞える。聞け、もろもろの国々、寄りつどえるもろもろの国民のざわめく声が聞える。これは万軍の主が戦いのために軍勢を集められるのだ。
Dağlardakı izdihamın gurultusunu eşidin, Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, Padşahlıqların nidasını dinləyin! Ordular Rəbbi bir ordunu döyüşə çağırır!
5 彼らは遠い国から、天の果から来る。これは、主とその憤りの器で、全地を滅ぼすために来るのだ。
Onlar uzaq ölkədən, Üfüqlərin o biri tərəfindən gəlir. Ölkəni tamamilə yerlə yeksan etmək üçün Rəbb və Onun qəzəbinin silahı gəlir.
6 あなたがたは泣き叫べ。主の日が近づき、滅びが全能者から来るからだ。
Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir!
7 それゆえ、すべての手は弱り、すべての人の心は溶け去る。
Buna görə hamının əlləri yanına düşəcək, Hər kəs qorxub ürəyini yeyəcək.
8 彼らは恐れおののき、苦しみと悩みに捕えられ、子を産まんとする女のようにもだえ苦しみ、互に驚き、顔を見あわせ、その顔は炎のようになる。
Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq.
9 見よ、主の日が来る。残忍で、憤りと激しい怒りとをもってこの地を荒し、その中から罪びとを断ち滅ぼすために来る。
Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin.
10 天の星とその星座とはその光を放たず、太陽は出ても暗く、月はその光を輝かさない。
Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq.
11 わたしはその悪のために世を罰し、その不義のために悪い者を罰し、高ぶる者の誇をとどめ、あらぶる者の高慢を低くする。
Rəbb deyir: «Pisliyə görə dünyanı, Günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, Zalımların məğrurluğunu alçaldacağam.
12 わたしは人を精金よりも、オフルのこがねよりも少なくする。
İnsan saf qızıldan da az olacaq, Adam Ofir qızılından da nadir halda tapılacaq.
13 それゆえ、万軍の主の憤りにより、その激しい怒りの日に、天は震い、地は揺り動いて、その所をはなれる。
Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək.
14 彼らは追われた、かもしかのように、あるいは集める者のない羊のようになって、おのおの自分の民に帰り、自分の国に逃げて行く。
Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb Öz xalqının yanına qayıdacaq, Öz vətəninə qaçacaq.
15 すべて見いだされる者は刺され、すべて捕えられる者はつるぎによって倒され、
Bütün tutulanların bədəni dəlik-deşik olacaq, Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək.
16 彼らのみどりごはその目の前で投げ砕かれ、その家はかすめ奪われ、その妻は汚される。
Onların gözləri önündə körpələri parça-parça ediləcək, Evləri talan ediləcək, Arvadlarının namusuna toxunulacaq.
17 見よ、わたしは、しろがねをも顧みず、こがねをも喜ばないメデアびとを起して、彼らにむかわせる。
Gümüşə qiymət verməyən, Qızılı sevməyən Midiyalıları Onlara qarşı qaldıracağam.
18 彼らの弓は若い者を射殺し、腹の実をあわれむことなく、幼な子を見て、惜しむことがない。
Ox-kamanları gəncləri parça-parça edəcək, Körpələrə rəhm etməyəcəklər, Uşaqları əsirgəməyəcəklər.
19 国々の誉であり、カルデヤびとの誇である麗しいバビロンは、神に滅ぼされたソドム、ゴモラのようになる。
Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam.
20 ここにはながく住む者が絶え、世々にいたるまで住みつく者がなく、アラビヤびともそこに天幕を張らず、羊飼もそこに群れを伏させることがない。
Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, Çobanlar sürülərini orada saxlamayacaq.
21 ただ、野の獣がそこに伏し、ほえる獣がその家に満ち、だちょうがそこに住み、鬼神がそこに踊る。
Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq.
22 ハイエナはその城の中で鳴き、山犬は楽しい宮殿でほえる。その時の来るのは近い、その日は延びることがない。
Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq».

< イザヤ書 13 >