< エゼキエル書 16 >

1 主の言葉が再びわたしに臨んだ、
Mənə Rəbbin bu sözü nazil oldu:
2 「人の子よ、エルサレムにその憎むべき事どもを示して、
«Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki,
3 言え。主なる神はエルサレムにこう言われる、あなたの起り、あなたの生れはカナンびとの地である。あなたの父はアモリびと、あなたの母はヘテびとである。
Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan Emorludur, anan isə Xetli.
4 あなたの生れについていえば、その生れた日に、へその緒は切られず、水で洗い清められず、塩でこすられず、また布で包まれなかった。
Doğulduğun gün göbək bağın kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin.
5 ひとりもあなたをあわれみ見る者なく、情をもってこれらのことの一つをも、あなたにしてやる者もなく、あなたの生れた日に、あなたはきらわれて、野原に捨てられた。
Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın.
6 わたしはあなたのかたわらを通り、あなたが血の中にころがりまわっているのを見た時、わたしは血の中にいるあなたに言った、『生きよ、
Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim.
7 野の木のように育て』と。すなわちあなたは成長して大きくなり、一人前の女になり、その乳ぶさは形が整い、髪は長くなったが、着物がなく、裸であった。
Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin.
8 わたしは再びあなたのかたわらをとおって、あなたを見たが、見よ、あなたは愛せられる年齢に達していたので、わたしは着物のすそであなたをおおい、あなたの裸をかくし、そしてあなたに誓い、あなたと契約を結んだ。そしてあなたはわたしのものとなったと、主なる神は言われる。
Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun.
9 そこでわたしは水であなたを洗い、あなたの血を洗い落して油を塗り、
Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim.
10 縫い取りした着物を着せ、皮のくつをはかせ、細布をかぶらせ、絹のきれであなたをおおった。
Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm.
11 また飾り物であなたを飾り、腕輪をあなたの手にはめ、鎖をあなたの首にかけ、
Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım.
12 鼻には鼻輪、耳には耳輪、頭には美しい冠を与えた。
Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum.
13 このようにあなたは金銀で飾られ、細布、絹、縫い取りの服をあなたの衣とし、麦粉と、蜜と、油とを食べた。あなたは非常に美しくなって王の地位に進み、
Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin.
14 あなたの美しさのために、あなたの名声は国々に広まった。これはわたしが、あなたに施した飾りによって全うされたからであると、主なる神は言われる。
Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
15 ところが、あなたは自分の美しさをたのみ、自分の名声によって姦淫を行い、すべてかたわらを通る者と、ほしいままに姦淫を行った。
“Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin.
16 あなたは自分の衣をとって、自分のために、はなやかに色どった聖所を造り、その上で姦淫を行っている。こんなことはかつてなかったこと、またあってはならないことである。
Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq.
17 あなたはわたしが与えた金銀の美しい飾りの品をとり、自分のために男の像を造って、これと姦淫を行った。
Mənim sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri düzəltdin və onlarla pozğunluq etdin.
18 また縫い取りのある自分の衣をとって彼らに着せ、わたしの油と香とをその前に供え、
Əlvan naxışlı paltarını götürüb onların üstünə örtdün, zeytun yağımı və buxurumu onların önünə qoydun.
19 またわたしがあなたに与えたパン、わたしがあなたを養うための麦粉、油および蜜を、こうばしきかおりとして彼らの前に供えたと、主なる神は言われる。
Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir.
20 あなたはまた、あなたがわたしに産んだむすこ、娘たちをとって、その像に供え、彼らに食わせた。このようなあなたの姦淫は小さい事であろうか。
“Mənim üçün doğduğun oğul və qızlarını götürüb bütlərə yemək olsun deyə qurban etdin. Fahişəliyin az idi ki,
21 あなたはわたしの子どもを殺し、火の中を通らせて彼らにささげた。
hələ övladlarımı da kəsdin və onları bütlərə təqdim etdin?
22 あなたがそのすべての憎むべきことや姦淫を行うに当って、あなたが衣もなく、裸で、血の中にころがりまわっていた自分の若き日のことを思わなかった。
Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”.
23 あなたがもろもろの悪を行った後、(あなたはわざわいだ、わざわいだと、主なる神は言われる)
Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis əməllərindən sonra
24 あなたは自分のために高楼を建て、広場、広場に台を造り、
özünə fahişəlik yuvaları qurdun və hər meydanda səcdəgahlar düzəltdin.
25 ちまた、ちまたのつじに台を造って、あなたの美しさを汚し、すべてかたわらを通る者に身をまかせて、大いに姦淫を行っている。
Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın.
26 あなたはまた、かの肉欲的な隣りエジプトの人々と姦淫を行い、大いに姦淫を行って、わたしを怒らせた。
Cinsiyyət üzvləri böyük olan qonşuların Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini artırdın.
27 それゆえ、わたしはわたしの手をあなたの上に伸べて、あなたの賜わる分を減らし、あなたの敵、すなわち、あなたのみだらな行為を恥じるペリシテびとの娘らの欲のままに、あなたを渡した。
Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin əxlaqsız əməllərindən utanır.
28 あなたは飽くことがないので、またアッスリヤの人々と姦淫を行ったが、彼らと姦淫を行っても、なお飽くことがなかった。
Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.
29 あなたはまたカルデヤの商業地と大いに姦淫を行ったが、これと姦淫を行っても、なお飽くことがなかった。
Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, ancaq bu da sənə kifayət etmədi”.
30 主なる神は言われる、あなたの心はどんなに恋いわずらうのか。あなたは、これらすべての事を行った。これはあつかましい姦淫のわざである。
Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın.
31 あなたは、ちまた、ちまたのつじに高楼を建て、広場、広場に台を設けたが、価をもらうことをあざけったので、遊女のようではなかった。
Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın.
32 自分の夫に替えて他人と通じる姦婦よ。
Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın oldun.
33 人はすべての遊女に物を与える。しかしあなたはすべての恋人に物を与え、彼らにまいないして、あなたと姦淫するために、四方からあなたの所にこさせる。
Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına gəlsinlər və səninlə pozğunluq etsinlər.
34 このようにあなたは姦淫を行うに当って、他の女と違っている。すなわち、だれもあなたに姦淫をさせたのではない。あなたはかえって価を払い、相手はあなたに払わない。これがあなたの違うところである。
Fahişəlik etməkdə başqa qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”.
35 それで遊女よ、主の言葉を聞け。
Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as.
36 主なる神はこう言われる、あなたがその恋人と姦淫して、あなたの恥じる所をあらわし、あなたの裸をあらわし、またすべての偶像と、あなたが彼らにささげたあなたの子どもらの血のゆえに、
Xudavənd Rəbb belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara qurban verdiyin oğullarının qanından ötrü –
37 見よ、わたしはあなたと遊んだあなたのすべての恋人、およびすべてあなたが恋した者と、すべてあなたが憎んだ者とを集め、四方から彼らをあなたの所に集めて、あなたの裸を彼らにあらわす。彼らはあなたの裸を、ことごとく見る。
bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər.
38 わたしは姦淫を行った女と、血を流した女がさばかれるように、あなたをさばき、憤りと、ねたみの血とを、あなたに注ぐ。
Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm.
39 わたしはあなたを恋人の手に渡す。彼らはあなたの高楼を倒し、台をこわし、あなたの衣をはぎ取り、あなたの美しい飾りの品を奪い、あなたを衣服のない裸者にする。
Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq, səni lüt və çılpaq qoyacaqlar.
40 彼らは民衆をかり立ててあなたを攻め、石であなたを撃ち、つるぎであなたを切り、
Camaatı üzərinə qaldıracaq, səni daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar.
41 火であなたの家を焼き、多くの女たちの前で、あなたにさばきを行う。こうしてわたしはあなたに淫行をやめさせ、重ねて価を払わせないようにする。
Evlərinə od vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən.
42 そしてあなたに対するわが憤りをしずめ、わがねたみをあなたから離し、わたしは心を安んじて、再び怒ることをしない。
Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm.
43 またあなたはその若き日の事を覚えず、すべてこれらの事をもって、わたしを怒らせたから、見よ、わたしもあなたの行うところをあなたのこうべに報いると、主なる神は言われる。あなたはもろもろの憎むべき事に加えて、このみだらな事をおこなったではないか。
İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?
44 見よ、すべてことわざを用いる者は、あなたについて、『この母にしてこの娘あり』という、ことわざを用いる。
Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›.
45 あなたは、その夫と子どもとを捨てたあなたの母の娘、またその夫と子どもとを捨てた姉妹を持っている。あなたの母はヘテびと、あなたの父はアモリびと、
Sən ərindən və övladlarından ikrah edən ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi.
46 あなたの姉はサマリヤ、サマリヤはその娘たちと共に、あなたの北に住み、あなたの妹はソドムで、その娘たちと共に、あなたの南に住んでいる。
Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur.
47 あなたは彼らの道を歩まず、彼らの憎むべき事に従っていないが、しばらくすると、あなたのおこないは、彼らよりもさらに悪くなる。
Ancaq sən onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da pozğun oldun.
48 主なる神は言われる、わたしは生きている。あなたの妹ソドムとその娘たちは、あなたとあなたの娘たちがしたほどのことはしなかった。
Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi.
49 見よ、あなたの妹ソドムの罪はこれである。すなわち彼女と、その娘たちは高ぶり、食物に飽き、安泰に暮していたが、彼らは、乏しい者と貧しい者を助けなかった。
Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar.
50 彼らは高ぶり、わたしの前に憎むべき事をおこなったので、わたしはそれを見た時、彼らを除いた。
Qürurlanıb Mənim önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim.
51 サマリヤはあなたの半分も罪を犯さなかった。あなたは彼らよりも多く憎むべき事をおこない、あなたのおこなったもろもろの憎むべき事によって、あなたの姉妹を義と見せかけた。
Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh kimi göstərdin.
52 あなたはその姉妹を有利にさばいたことによって、あなたもまた自分のはずかしめを負わなければならない。それはあなたが彼らよりも、さらに憎むべきことをした罪によって、彼らはあなたよりも義とされるからである。それであなたも恥を受け、はずかしめを負わなければならない。それはあなたがその姉妹を義と見せかけたからである。
Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin.
53 わたしは彼らの幸福をもとに返す。すなわちソドムとその娘たちの幸福、サマリヤとその娘たちの幸福、また彼らの中にいるあなたの幸福をもとに返す。
Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün olunmuşları yenidən öz yerlərinə qaytaracağam.
54 これはあなたに自分のはずかしめを負わせるため、またすべてあなたのなした事を恥じさせるためである。こうしてあなたは彼らの慰めとなる。
Onda öz rüsvayçılığının yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun.
55 あなたの姉妹ソドムと、その娘たちとは、そのもとの所に帰り、サマリヤと、その娘たちとは、そのもとの所に帰り、あなたと、あなたの娘たちとは、そのもとの所に帰る。
Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız.
56 あなたの高ぶりの日に、あなたの姉妹ソドムは、あなたの口に、ことわざとなったではなかったか。
Pisliyin üzə çıxmadan, qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin.
57 すなわちあなたの悪があらわされた時まで、そうではなかったか。しかし今はあなたも彼女と同様に、エドムの娘たちと、すべてその周囲の者、および四方からあなたをあざけるペリシテの娘たちのそしりとなった。
İndi sən ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən.
58 あなたはあなたのみだらな行為と、あなたの憎むべき事のとがとを、身に負っていると主は言われる。
Sən pozğunluğunun və iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir.
59 主なる神はこう言われる、誓いを軽んじ、契約を破ったあなたには、あなたがしたように、わたしもあなたにする。
Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.
60 しかしわたしはあなたの若き日に、あなたと結んだ契約を覚え、永遠の契約をあなたと立てる。
Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
61 わたしがあなたの姉および妹を受け、またあなたとの契約によらずに、娘として彼らをあなたに与える時、あなたは自分のおこないを思い出して恥じる。
Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə bu yox idi.
62 わたしはあなたと契約を立て、あなたはわたしが主であることを知るようになる。
Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb Mənəm.
63 こうしてすべてあなたの行ったことにつき、わたしがあなたをゆるす時、あなたはそれを思い出して恥じ、その恥のゆえに重ねて口を開くことがないと、主なる神は言われる」。
Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan edir».

< エゼキエル書 16 >