< アモス書 1 >

1 テコアの牧者のひとりであるアモスの言葉。これはユダの王ウジヤの世、イスラエルの王ヨアシの子ヤラベアムの世、地震の二年前に、彼がイスラエルについて示されたものである。
Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü.
2 彼は言った、「主はシオンからほえ、エルサレムから声を出される。牧者の牧場は嘆き、カルメルの頂は枯れる」。
Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur.
3 主はこう言われる、「ダマスコの三つのとが、四つのとがのために、わたしはこれを罰してゆるさない。これは彼らが鉄のすり板で、ギレアデを踏みにじったからである。
Rəbb belə deyir: “Dəməşqlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü.
4 わたしはハザエルの家に火を送り、ベネハダデのもろもろの宮殿を焼き滅ぼす。
Buna görə də Xazaelin sarayına od yağdıracağam ki, Ben-Hadadın qalalarını yandırıb-yaxsın.
5 わたしはダマスコの貫の木を砕き、アベンの谷から住民を断ち、ベテエデンから王のつえをとる者を断つ。スリヤの民はキルに捕えられて行く」と主は言われる。
Dəməşqin darvazalarının sürgülərini qıracağam, Aven dərəsindən əhalini silib-atacağam, Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm, Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir.
6 主はこう言われる、「ガザの三つのとが、四つのとがのために、わたしはこれを罰してゆるさない。これは彼らが人々をことごとく捕えて行って、エドムに渡したからである。
Rəbb belə deyir: “Qəzzəlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam. Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi.
7 わたしはガザの石がきに火を送り、そのもろもろの宮殿を焼き滅ぼす。
Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın.
8 わたしはアシドドから住民を断ち、アシケロンから王のつえをとる者を断つ。わたしはまた手をかえしてエクロンを撃つ。そして残ったペリシテびとも滅びる」と主なる神は言われる。
Aşdoddan əhalini silib-atacağam, Aşqelondan əsa gəzdirəni kəsəcəyəm. Eqrona qarşı əlimi qaldıracağam, Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir.
9 主はこう言われる、「ツロの三つのとが、四つのとがのために、わたしはこれを罰してゆるさない。これは彼らが人々をことごとくエドムに渡し、また兄弟の契約を心に留めなかったからである。
Rəbb belə deyir: “Surluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu.
10 それゆえ、わたしはツロの石がきに火を送り、そのもろもろの宮殿を焼き滅ぼす」。
Buna görə də Surun divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın”.
11 主はこう言われる、「エドムの三つのとが、四つのとがのために、わたしはこれを罰してゆるさない。これは彼がつるぎをもってその兄弟を追い、全くあわれみの情を断ち、常に怒って、人をかき裂き、ながくその憤りを保ったからである。
Rəbb belə deyir: “Edomluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular, Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər.
12 それゆえ、わたしはテマンに火を送り、ボズラのもろもろの宮殿を焼き滅ぼす」。
Buna görə də Temana od yağdıracağam ki, Bosranın qalalarını yandırıb-yaxsın”.
13 主はこう言われる、「アンモンの人々の三つのとが、四つのとがのために、わたしはこれを罰してゆるさない。これは彼らがその国境を広げるために、ギレアデのはらんでいる女をひき裂いたからである。
Rəbb belə deyir: “Ammonluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar ərazilərini genişləndirmək üçün Gileadda hamilə qadınların qarınlarını yırtdılar.
14 それゆえ、わたしはラバの石がきに火をはなち、そのもろもろの宮殿を焼き滅ぼす。これは戦いの日に、ときの声をもってせられ、つむじ風の日に、暴風をもってせられる。
Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq.
15 彼らの王はそのつかさたちと共に捕えられて行く」と主は言われる。
Onların padşahları ilə başçıları Birgə sürgünə aparılacaq” Rəbb belə deyir.

< アモス書 1 >