< מַעֲשֵׂי הַשְּׁלִיחִים 4 >

ויהי בדברם אל העם ויקומו עליהם הכהנים ונגיד בית המקדש והצדוקים׃ 1
Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər.
כי חרה להם על אשר למדו את העם והגידו בישוע את תחית המתים׃ 2
Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar.
וישלחו בהם את ידיהם וישימום במשמר עד למחר כי כבר בא הערב׃ 3
Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar.
ורבים מהשמעים את הדבר האמינו ויהי מספר האנשים כחמשת אלפים׃ 4
Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
ויהי ממחרת ויקהלו שריהם ראשיהם וזקניהם וסופריהם ירושלים׃ 5
Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar.
וחנן הכהן הגדול וקיפא ויוחנן ואלכסנדרוס וכל אשר ממשפחת הכהן הגדול׃ 6
Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi.
ויעמידו אתם בתוך וישאלום באי זה כח ובאי זה שם עשיתם זאת׃ 7
Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?»
וימלא פטרוס רוח הקדש ויאמר אליהם אתם ראשי העם וזקני ישראל׃ 8
O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları!
אם אנחנו נחקרים היום על הטובה אשר עשינו לאיש חולה ושאלתם במה זה נושע׃ 9
Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə,
יודע לכלכם ולכל עם ישראל כי בשם ישוע המשיח הנצרי אשר צלבתם אותו ואשר האלהים הקימו מן המתים כי בשמו עמד זה לפניכם בריא׃ 10
hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub.
והוא האבן אשר מאסתם אתם הבונים ותהי לראש פנה׃ 11
Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır.
ואין הישועה באחר ואין תחת השמים שם אחר הנתן לבני אדם אשר בו נושע׃ 12
Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
ויהי כאשר ראו את בטחון לב של פטרוס ויוחנן והבינו כי הדיוטים ולא בעלי חכמה המה ויתמהו עליהם ויכירום כי התהלכו עם ישוע׃ 13
Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular.
ובראותם את האיש הנרפא עמד אצלם לא מצאו לדבר נגדם דבר׃ 14
Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər.
ויצוו אתם לצאת חוצה מן הסנהדרין ויתיעצו יחדו׃ 15
Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb
ויאמרו מה נעשה לאנשים האלה הנה אות גלוי נעשה על ידיהם וגם מפרסם לכל ישבי ירושלים ולא נוכל לכחש בו׃ 16
dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik.
אך למען לא ירבה הדבר בעם ויפרץ נזהירה אתם בגערה לבלתי דבר עוד לכל אדם בשם הזה׃ 17
Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər».
ויקראו אתם ויצוום אשר לא ידברו דבר ולא ילמדו בשם ישוע׃ 18
Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır.
ויענו פטרוס ויוחנן ויאמרו אליהם הנכון הוא לפני האלהים שמע לכם יתר משמע לאלהים שפטו אתם׃ 19
Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur?
כי לא נוכל אנחנו לחדל מדבר את אשר ראינו ושמענו׃ 20
Axı eşidib-gördüklərimizi deməyə bilmərik».
ויוסיפו לגער בם ויפטרו אתם באשר לא מצאו דבר לענוש אתם מפני העם כי כלם מהללים את האלהים על הנעשה׃ 21
Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi.
כי בן ארבעים שנה ומעלה היה האיש ההוא אשר נעשה עמו אות הרפואה הזאת׃ 22
Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.
ואחרי הפטרם באו אל אחיהם ויספרו להם את אשר אמרו אליהם הכהנים הגדולים והזקנים׃ 23
Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar.
ויהי כאשר שמעו את זאת וישאו את קולם בלב אחד לאלהים ויאמרו אדני אתה האל העשה את השמים ואת הארץ ואת הים ואת כל אשר בם׃ 24
Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən.
אשר אמרת בפי עבדך דוד למה רגשו גוים ולאמים יהגו ריק׃ 25
Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin: “Nə üçün millətlər belə hirslənir, Ümmətlər boş şeylər düşünür?
יתיצבו מלכי ארץ ורוזנים נוסדו יחד על יהוה ועל משיחו׃ 26
Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”.
כי אמנם נוסדו הורדוס ופנטיוס פילטוס עם הגוים ולאמי ישראל על ישוע עבדך הקדוש אשר משחת׃ 27
Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki,
לעשות את אשר ידך ועצתך מקדם גזרה להיות׃ 28
Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin.
ועתה אדני ראה את גערתם ותן לעבדיך לדבר את דברך בכל בטחון לבם׃ 29
İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq.
בנטתך את ידך למרפא ולתת אתות ומופתים בשם ישוע עבדך הקדוש׃ 30
Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər».
ויהי כאשר התפללו וינע המקום אשר היו נקהלים שם וימלאו כלם רוח הקדש וידברו את דבר האלהים בבטחון לבב׃ 31
Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.
וקהל המאמינים היה להם לב אחד ונפש אחת ואין איש מהם אומר על אשר בידו לי הוא כי הכל היה להם בשתפות׃ 32
İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi.
ובגבורה גדולה יעידו השליחים על תקומת האדון ישוע וחסד גדול נמשך לכלם׃ 33
Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu.
כי לא היה בהם חסר דבר כי כל בעלי שדות ובתים מכרו אתם ויביאו את כסף מחירם׃ 34
Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər,
וישימהו לרגלי השליחים ויתן לכל איש ואיש די מחסרו׃ 35
həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı.
ויוסף אשר כנוהו השליחים בשם בר נבא פרושו בן הנחמה איש לוי אשר נולד בארץ כתים׃ 36
Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif
גם לו היה שדה וימכרהו ויבא את הכסף וישימהו לרגלי השליחים׃ 37
sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.

< מַעֲשֵׂי הַשְּׁלִיחִים 4 >